Iki qoşun arasında əsil döyüşlər 38-ci ilin səfər ayının birində başlandı və ayın on üçündə günortaya qədər davam etdi. Tarixçilər o ayın ortancıl gecəsini "Leylətül-hərir" adlandırırlar. "Hərir" ərəb dilində itin ulamasına deyilir, çünki o gecə Müaviyənin əsgərləri aldıqları ağır zərbələrə görə it kimi ulayırdılar. Müaviyənin və əməvilərin hökumətinin tamamilə məhv edilməsinə az qalırdı, amma bu zaman Əmr As hiylə işlədərək Imam (ə)-ın qoşununda ixtilaf yaratdı və beləliklə həlledici anlarda döyüşü dayandırdı. Nəhayət, ayın on yeddisində, cümə günü hadisə "həkəmiyyət"lə nəticələndi və müharibənin müvəqqəti olaraq dayandırılması elan olundu. Tarixçilər Siffeyn hadisələrini ayın onuna kimi tərtiblə, ardıcıl yazmışlar, lakin ondan sonrakı hadisələrin arasındakı bağlılığı itirmişlər.148
Indi "Leylətül-Hərir" günü günortaya qədərki vaxt ərzində baş verən hadisələri qeyd edirik.