TARIX TƏKRAR OLUNUR
Siffeyn müharibəsində bu hadisənin oxşarı az-çox baş vermişdir ki, onların bəzilərini qeyd edirik:
1-Iraqlılardan Nəim ibni Süheyb Bəcli öldürülmüşdü. Onun əmioğlusu Nəim ibni Haris Bəcli Şam ordusunda idi və Müaviyədən israrla tələb edirdi ki, öz əmioğlusunun cəsədini dəfn etsin. Müaviyə bu işə icazə vermir və bəhanə gətirərək deyirdi ki, Osman bunların qorxusundan gecə dəfn olundu. Lakin o dedi:–"Ya gərək bu işi görəsən, ya da gedib Əliyə qoşulacağam!" Nəhayət Müaviyə ona, öz əmioğlusunun cənazəsini dəfn etməyə icazə verdi.155
2-Əzd qəbiləsinin iki şaxəsi qarşı-qarşıya dayandı. Onlardan birinin başçısı dedi:–"Böyük bəlalardan biri budur ki, bir qəbilədən olan iki şaxə bir-birinə qarşı dayansın. Allaha and olsun ki, biz bu müharibədə öz əlimizlə özümüzün əl-ayağımızı kəsib-doğramaqdan başqa bir iş görmürük. Əgər bu işi görməsək, öz qəbiləmizə və başçımıza kömək etməmiş olarıq, görsək də öz izzətimizi puça çıxarar, həyat işığımızı söndürmüş olarıq."156
3-Şamlılardan bir nəfər meydana girib mübariz istədi. Iraqlılardan biri onun qabağına çıxdı, aralarında şiddətli döyüş başlandı, nəhayət iraqlı şamlının boynundan tutub zərbə ilə yerə vurdu və sinəsinin üstündə oturdu. Onun dəbilqəsini çıxarıb niqabını üzündən götürdükdə öz doğma qardaşı olduğunu gördü. O, Imam (ə)-ın dostlarından istədi ki, Imam (ə) onun vəzifəsini aydınlaşdırsın. Imam (ə) buyurdu ki, onu azad etsinlər. Onu buraxdılar, o da yenidən Müaviyəyə qoşuldu.157
4-Müaviyənin qoşunundan Süveyd adlı bir nəfər meydana gəlib mübariz çağırdı. Imam (ə)-ın qoşunundan Qeys onun qarşısına çıxdı. Yaxınlaşanda bir-birini tanıdılar, hər biri digərini öz rəhbərinə qoşulmağa dəvət etdi. Qeys Əli (ə)-a olan imanının mərtəbələrini öz əmioğlusuna aydınlaşdırıb dedi:–"Tək olan Allaha and olsun! Əgər bacara bilsəm, əlimdəki qılıncla bu ağ xeyməyə (Müaviyənin xeyməsinə işarə etdi) o qədər vuraram ki, onun sahibindən heç bir əsər-əlamət qalmasın."158
Dostları ilə paylaş: |