Dünyanın qəribəliklərindən biri də budur ki, Şimr Siffeyn müharibəsində Imam (ə)-a qarşı sədaqət və vəfadarlıq göstərirdi. O, Ədhəm adlı bir nəfərlə vuruşanda alnından ağır yaralandı və onun alın sümüyü sındı. O da əvəzini çıxmaq üçün şamlıya bir qılınc zərbəsi endirdi, lakin zərbə boşa çıxdı. Şimr dincəlmək üçün öz xeyməsinə qayıtdı, su içdikdən sonra bir nizə götürüb meydana getdi və gördü ki, onun şamlı rəqibi yerindəcə dayanıb. Ona möhlət vermədi, nizə ilə vurub atdan yerə saldı. Əgər şamlılar onun köməyinə gəlməsəydilər, Şimr onu öldürəcəkdi. Bu vaxt Şimr dedi:–"Bu nizə elə o qılınc zərbəsinin əvəzində!"159