Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 249,24 Kb.
səhifə78/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   74   75   76   77   78   79   80   81   ...   162

HƏRBI TAKTIKA


Onuncu və ondan sonrakı günlərdə iraqlı süvarilərlə şamlı süvarilər arasında şiddətli çarpışmalar başlandı, bu zaman Imam (ə)-ın ordusundan min nəfər şamlıların mühasirəsinə düşdü və onların mərkəzi qərargahla olan rabitələri kəsildi. Bu vaxt Imam (ə) uca səslə buyurdu: "Bir kəs yoxdurmu ki, Allahın razılığını alsın və axirətin müqabilində öz dünyasını satsın?!"

Əbül-Əziz adlı bir nəfər Imam (ə)-ın yanına gəlib dedi:–"Hər nə əmr etsən, yerinə yetirməyə hazıram." O, boz ata minmişdi, bədəni zirehli paltarda qərq olmuşdu, gözlərindən başqa bir yeri görünmürdü. Imam (ə) onun üçün dua edib buyurdu: "Şam qoşununa hücum edib özünü mühasirədəkilərə çatdır. Onlara yaxınlaşdıqda de ki, Əmirəl-möminin sizə salam göndərir və istəyir ki, siz o tərəfdən təkbir deyəsiniz, biz də bu tərəfdən; siz o tərəfdən hücum edin, biz isə bu tərəfdən. Sonra mühasirəni yarıb, sizi azad edək."

Imam (ə)-ın göndərdiyi adam şücaətlə Şam qoşununa hücum edib özünü mühasirədəkilərə çatdırdı. Onlar Imam (ə)-ın göndərdiyi xəbəri eşidəndə sevindilər. Bu vaxt hər iki tərəfdən təkbir və "la ilahə illəllah" səsləri ucaldı, mühasirə yarıldı və mühasirədəkilər Imam (ə)-ın qoşununa qoşuldular. Şamlılar səkkiz yüz nəfər tələfat verməklə geri çəkildilər, bununla da müharibə müvəqqəti olaraq sakitləşdi.161


Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin