Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ


"Əmr Asın istədiyini ona ver



Yüklə 249,24 Kb.
səhifə8/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   4   5   6   7   8   9   10   11   ...   162
"Əmr Asın istədiyini ona ver.

O bu gün dünya naminə dinini tərk etmişdir."

Nəhayət, Müaviyə nəyin bahasına olursa olsun, Əmr Ası həmkarlığa cəlb edərək onun sözlərinə əməl etmək qərarına gəldi. Lakin Əmr As onun hiylə və məkr işlədəcəyindən tam əmin deyildi və Müaviyənin ondan qələbə üçün bir vasitə kimi istifadə edib məqsədinə nail olandan sonra onu işdən kənarlaşdırmasına ehtimal verirdi. Buna görə də dedi:–Bizim qərarımız gərək yazılı şəkildə olsun, bu barədə bir müqavilə yazılsın, sonra hər ikimiz onu imza edək.

Müqavilənamə yazıldı, imzalanmaq üçün hazırlandı, lakin onların hər biri öz imzasının kənarına bir cümlə yazaraq öz hiyləgərlik və nifaqlarını aşkar etdilər. Müaviyə öz adının yanında belə yazdı: "Bu müqavilə şərtin itaəti pozmayacağı vaxta qədər etibarlıdır." Əmr As da öz adının yanında belə yazdı: "Bu şərtlə ki, itaət, şərti pozmasın."19

Onların hər ikisi bu qeydi əlavə etməklə bir-birinə kələk gəlib müqaviləni pozmaq üçün özlərinə çıxış yolu qoydular. Müaviyənin həmin şərti qoymaqda məqsədi bu idi ki, Əmr As mütləq şəkildə və qeydsiz-şərtsiz olaraq ona beyət etmişdir və əgər Müaviyə nə vaxtsa Misri ona verməsə, artıq onun öz əhdinə əməl etməməsini bəhanə gətirərək beyəti pozmağa haqqı yoxdur. Amma Müaviyənin köhnə rəqibi onun hiyləsindən agah olduqda, bunun qarşısını almaq üçün yazdı ki, onun beyəti o vaxta qədər etibarlıdır ki, Müaviyəyə tabe olmaq müqavilənin şərtinin (Misrə hakim olmağın) pozulmasına səbəb olmasın və gərək Müaviyə Misri ona versin.

Onların hər ikisi hiyləgər siyasətbaz idilər, dində təqvalı olmadıqları kimi, siyasi məsələlərdə də təqvaları yox idi.

Əmr As Müaviyənin evindən çölə çıxdı, halbuki sevincindən öz dərisinə sığmırdı. Onu gözləyənlərlə qarşılaşdıqda aralarında belə bir sual-cavab oldu:

Əmr Asın oğlanları:–Ata, işin nəticəsi nə oldu?

Əmr As:–Misrin hökumətini mənə verdilər.

Oğlanları:–Misir ölkəsi ərəbin qüdrət və hakimiyyəti ilə müqayisədə bir şey deyil.

Əmr As:–Əgər Misir sizi qane etmədisə, onda Allah heç vaxt sizi qane etməsin!20

Əmr Asın qardaşıoğlu:–Indi Qüreyşin arasında hansı adla yaşamaq istəyirsən? Öz dinini satdın və başqa bir dünyaya aldandın! Misir əhalisi Osmanın qatilləridir, Əli də hakimiyyətdədir, bu halda onlar oranı Müaviyəyə verərlərmi?! Tutaq ki, Müaviyə ora hakim olacaq, amma görəsən, öz imzasının kənarında yazdığını bəhanə edərək Misri sənin əlindən almazmı?!

Əmr As bir neçə anlığa fikrə daldı, sonra öz sözünə etiqadlı olmasına görə deyil, ərəblərin adətinə görə dedi:–Iş yalnız Allahın əlindədir, nə Əlinin, nə də Müaviyənin əlində deyildir. Əgər mən Əli ilə olsaydım, öz evim mənə kifayət edərdi, lakin indi Müaviyə iləyəm!

Əmr Asın qardaşıoğlu:–Əgər sən Müaviyəni istəməsəydin, o da səni istəməzdi. Sən onun dünyasına göz dikmisən, o isə sənin dininin müştərisidir.

Bu söhbət Müaviyənin qulağına çatdıqda Müaviyə onu (Əmr Asın qardaşıoğlunu) tutmaq istədi, lakin o, Iraqa qaçdı və Imam (ə)-ın ordusuna qoşuldu, o həzrəti bu iki qoca siyasətçinin söhbətlərindən və sövdələşməsindən xəbərdar etdi, nəticədə Imam (ə)-ın xüsusi hörmətini qazandı.21

Mərvan ibni Həkəm də Müaviyə ilə Əmr Asın sövdələşməsindən xəbər tutduqda etiraz edib dedi:–Nə üçün bizi də Əmr As kimi satın almırlar?! (Və öz əməvi dininin bahasına islam ölkəsinin bir hissəsini bizə vermirlər?!)

Müaviyə bu sözləri eşidəndə ona təsəlli verərək dedi:–Əmr As kimi adamlar sənin kimilər üçün alınırlar ki, əməvi hökuməti möhkəmlənsin, sən də ki, onun bir hissəsisən.22



Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin