Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 249,24 Kb.
səhifə83/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   79   80   81   82   83   84   85   86   ...   162

ƏMMARIN ÇIXIŞI


Əmmar meydana getmək qərarına gəldikdə Imam (ə)-ın dostlarına dedi:–Ey Allah bəndələri, ayağa qalxın və özünə zülm edərək Allahın Kitabının əksinə hökm edən bir adamın (Osmanın) intiqamını almaq istəyənlərlə mübarizə edin! Halbuki onu saleh insanlar, yaxşı işə əmr, təcavüzü inkar edənlər öldürmüşlər. Lakin onun öldürülməsi ilə öz mənafelərinin təhlükəyə düşdüyünü görənlər "o nə üçün öldürülmüşdür?!" deyə etiraz etdilər. Cavabda dedik ki, o, pis və yaramaz əməllərinə görə öldürülmüşdür. Dedilər ki, "axı o, pis bir iş görməmişdir!" Bəli, onların nəzərində Osman heç bir qanunsuz iş görməmişdir. Halbuki o, beytül-malın dinarlarını onlara peşkəş etdi, onlar da yeyib dağıtdılar. Onlar Osmanın intiqamını almaq istəmirlər, sadəcə dünya ləzzətlərini dadmışlar və dünyanı sevirlər, bunu da bilirlər ki, əgər bizim əlimizə düşsələr, o cür ləzzətli yeməklərdən məhrum olacaqlar. Üməyyə sülaləsi islamı hamıdan əvvəl qəbul etməmişlər ki, bu cəhətdən hakimiyyətə layiq olalar. Onlar camaatı aldadaraq "Imamımız (Osman) məzlumcasına öldürülmüşdür" bəhanəsini kətirərək camaata zülm ilə hakim olmaq istəyirlər. Bu bir hiylədir və gördüyünüz kimi, bu yolla istədiklərinə çatmışlar. Əgər belə bir hiyləyə əl atmasaydılar, onlarla iki nəfər belə, beyət etməz, onlara kömək etməzdilər."175

Əmmar bu sözləri deyib meydana yola düşdü. Köməkçiləri də onun arxasınca hərəkət etdilər. Onun gözü Əmr Asın xeyməsinə sataşdıqda uca səslə dedi:–"Öz dinini Misir hökumətinə satdın! Vay olsun sənə!" Sonra gözü Üübeydullah ibni Ömərin xeyməsinə sataşanda dedi:–Allah səni öldürsün! Öz dinini Allahın və islamın düşməninin dünyasına satdın.

Übeydullah dedi:–Xeyr! Mən məzlum şəhidin qisasını almaq istəyirəm!

Əmmar dedi:–Yalan deyirsən! Allaha and olsun, sən Allahın razılığını əsla istəmirsən. Sən əgər bu gün də öldürülməsən, sabah öləcəksən. Əgər Allah Öz bəndələrini onların niyyətləri əsasında mükafatlandırıb cəzalandırırsa, bax gör sənin niyyətin nədir!

Sonra Əli (ə)-ın köməkçiləri onun ətrafını tutmuş halda dedi:–Ilahi! Sən bilirsən ki, əgər Sənin razılığın özümü bu dəryaya atmağımda olsa, onda özümü ora ataram. Əgər bilsəm ki, Sənin razılığın qılıncın ucunu qarnıma dayandırıb, onun üstündə iki qat olmağımda və kürəyimdən çıxmağındadır, onda elə belə də edəcəyəm. Ilahi, mən bilirəm və Sən də məni agah etmisən ki, bu gün Səni hər şeydən artıq razı salan şey yalnız bu qoşuna qarşı cihad etməkdir. Əgər bundan başqa da bir iş Sənin razılığına səbəb olsaydı, elə onu da edərdim.176


Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin