Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ


-MÜAVIYƏNIN QULAMI HƏRISIN ÖLDÜRÜLMƏSI



Yüklə 249,24 Kb.
səhifə87/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   83   84   85   86   87   88   89   90   ...   162

2-MÜAVIYƏNIN QULAMI HƏRISIN ÖLDÜRÜLMƏSI


Şam qoşununda ən güclü pəhləvan Müaviyənin qulamı Həris idi. O, hərdən Müaviyənin paltarlarını geyib döyüşə girişir və bundan xəbərsiz olanlar döyüşənin Müaviyənin özü olduğunu güman edirdilər. Bir gün Müaviyə onu çağırıb dedi:–Əli ilə döyüşdən çəkin, amma öz nizənlə kimi istəsən, nişan al.

O, Əmr Asın yanına gedib Müaviyənin sözlərini ona söylədi. Əmr As (hər niyyətlə olursa-olsun) Müaviyənin fikrini səhv hesab edib dedi:–Əgər sən Qüreyşdən olsaydın, Müaviyə istəyərdi ki, Əlini sən öldürəsən, amma o belə bir iftixarın Qüreyşdən qeyrisinə nəsib olmasını istəmir. Əgər əlinə fürsət düşsə, Əliyə də hücum et.

Təsadüfən həmin gün Imam (ə) öz süvari qoşununun qarşısında meydana gəldi. Həris Əmr Asın sözlərinin təsiri altında Imam (ə)-ı mübarizəyə çağırdı. Imam (ə) rəcəz oxuyandan sonra irəli çıxdı və döyüşə başladı, elə ilk anlarda onu bir zərbə ilə iki yerə böldü. Bu xəbər Müaviyəyə çatanda həddindən artıq təsirləndi və onu aldatdığına görə Əmr Ası məzəmmət edərək bir şer oxudu. O şerin iki beytinin tərcüməsi belədir:

"Həris, ey məğlub olmuş qəhrəman! Məgər bilmirdin ki, Əli bütün qəhrəmanlara qalibdir?!

Elə bir qəhrəman tapılmadı ki, Əli ilə mübarizəyə girişəndə (Əli) onu öldürməsin."

Hərisin ölümü Müaviyənin qoşununda qəzəblə yanaşı olan qorxu dalğası yaratdı. Əmr ibni Həsin adlı başqa bir pəhləvan Əli (ə)-dan onun intiqamını almaq üçün meydana girdi, lakin hələ o həzrətlə qarşılaşmamış Imam (ə)-ın ordusundan olan Səid ibni Qeysin əli ilə öldürüldü.181



Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin