ƏMR ASIN MALIKLƏ QARŞILAŞMASI
Malikin döyüş meydanında göstərdiyi rəşadət Müaviyənin yuxusuna haram qatmışdı. Buna görə də Mərvan ibni Həkəmə əmr etdi ki, bir dəstə qoşunla Malikin ömrünə son qoysun. Lakin o bu işi qəbul etmədi və dedi:–Sənə ən yaxın adam Əmr Asdır ki, Misrin hökumətini ona vermisən. Yaxşı olardı ki, bu məsuliyyəti onun öhdəsinə qoyasan. O sənin sirdaşındır, mənim yox. Ona çoxlu bəxşişlər etmisən, məni isə hər şeydən məhrum etmisən.
Müaviyə çarəsiz qalıb Əmr Asa əmr etdi ki, bir dəstə qoşunla Maliklə döyüşməyə getsin, çünki Malikin döyüş təcrübəsi və misilsiz şücaəti şamlıların arasında çaxnaşma salmışdı. Əmr As Mərvanın sözlərindən agah idi, amma çarəsizlikdən bu işi qəbul etdi. Amma tülkü hara, aslanla qarşılaşmaq hara! Əmr As Maliklə qarşılaşanda bədəni lərzəyə düşdü, lakin meydandan qaçmağı özünə ar bildi. Hər iki tərəf rəcəz oxuduqdan sonra hücuma keçdilər.
Malik hücum edəndə Əmr As geri çəkildi, nizə onun üzünü yaraladı. Əmr As canının qorxusundan üzünün yarasını bəhanə edərək bir əli ilə atın yüyənini, bir əli ilə də üzünü tutub öz qoşununa tərəf qaçdı. Onun meydandan qaçmasını görən əsgərlər "nə üçün belə yaramaz və qorxaq bir adamı onlara əmir seçmişdir?" - deyə Müaviyəyə etiraz etdilər.187
Dostları ilə paylaş: |