Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 249,24 Kb.
səhifə95/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   91   92   93   94   95   96   97   98   ...   162

MÜAVIYƏNIN SÜLHƏ ISRARI


Siffeyn müharibəsinin həddindən artıq uzun sürdüyünə və şamlıların ağır tələfat verdiyinə görə Müaviyə məcburiyyət qarşısında qalaraq hansı yolla olursa olsun, Imam (ə)-ı sülhə, sazişə vadar etmək və müharibəni saxlatdırıb qoşunları əvvəlki yerlərinə qaytarmaq fikrinə düşdü. Bu işə o, bir neçə yolla başladı. Onların ümdəsi aşağıdakılar idi:

1-Əşəs ibni Qeyslə müzakirə;

2-Qeys ibni Sədlə müzakirə;

3-Imam (ə)-a məktub yazmaq.

Amma Imam (ə)-ın qoşununda olan yüksək ruhiyyə nəticəsində bu tədbirlərin hamısı heçə çıxırdı. Nəhayət "Leylətül-Hərir" hadisəsi baş verdi, bu zaman Müaviyənin hərbi təşkilatının bütünlüklə dağılmasına az qalırdı. Amma Müaviyənin məkrli hiylələri, iraqlıların sadəlövhlükləri, Müaviyənin casuslarının Imam (ə)-ın qoşunu içərisində geniş fəaliyyət göstərməsi və s. kimi işlər hadisələrin gedişini şamlıların xeyrinə olaraq dəyişdi. Indi isə bu müzakirələri ətraflı şəkildə qeyd edirik:

1-Müaviyə öz qardaşı və söz ustası olan Ütbə ibni Əbi Süfyanı çağırıb ona dedi ki, Imam (ə)-ın ordusunda böyük nüfuza malik olan Əşəs ibni Qeyslə görüşsün və ondan, hər iki qoşundan sağ qalanlara rəhm etməsini xahiş etsin. Ütbə özünü ön cəbhəyə yetirdi və elə oradan özünü təqdim edib Əşəsi çağırdı ki, Müaviyənin sözünü ona desin. Əşəs onu tanıyıb dedi:–"Israfçı və əyyaş bir adamdır, onunla görüşmək lazımdır." Ütbənin sözlərinin xülasəsi bu idi: "Müaviyə Əlidən başqa birisi ilə görüşməli olsaydı, onda səninlə görüşərdi. Çünki, sən, iraqlıların rəisi, Yəmən əhlinin böyüyü və Osmanın kürəkənisən. Səni Osman vəzifəyə qoymuşdur. Sən Malikdən və Ədi ibni Hatəmdən tam ayrı bir adamsan. Malik Osmanı qətlə yetirdi, Ədi də camaatı bu işə təhrik edirdi. Mən demirəm ki, Əlidən ayrıl və Müaviyəyə kömək et; mən səni, sağ qalanların canını qoruyub saxlamağa dəvət edirəm. Mənim və sənin xeyrin elə bundadır."

Əşəsin cavabda Əli (ə)-ı hörmət və əzəmətlə yad edərək "Iraqın və Yəmənin böyüyü Əlidir" deməsinə baxmayaraq, axırda bir diplomat kimi sülh təklifini qəbul etdi və dedi:–"Sağ qalanları hifz etməkdə sizin ehtiyacınız bizimkindən çox deyildir." Ütbə Əşəsin sözlərini Müaviyəyə deyəndə Müaviyə sevinib dedi:–"Sülhə meyl etmişdir."

2-Peyğəmbər (s)-in ənsar və mühacirdən ibarət olan səhabələri Imam (ə)-ın ətrafına yığışmışdı, amma ənsardan yalnız Nöman ibni Bəşir və Məsləmə ibni Müxəlləd Müaviyəyə qoşulmuşdu. Müaviyə Nömana dedi ki, Imam (ə)-ın şücaətli sərkərdəsi olan Qeys ibni Səd ilə görüşsün, onun razılığını cəlb etməklə sülhün müqəddiməsini hazırlasın. O, Qeys ilə görüşəndə hər iki qoşuna dəyən zərərləri irəli çəkərək dedi:–"Müharibə bizə də, sizə də gördüyünüz tələfatları və xəsarətləri vurmuşdur. Belə isə, sağ qalanlar barəsində Allahdan qorxun və bir çıxış yolu fikirləşin!"191

Qeys Nömana cavab verəndə Müaviyənin və Əli (ə)-ın ətrafındakıların kim olmasına istinad edərək dedi:–Biz Peyğəmbər (s) zamanında düşmənin nizələri qarşısında haqq qələbə çalana kimi canla-başla dayanırdıq, halbuki kafirlər bu işdən narahat idilər. Ey Nöman, indi Müaviyənin köməkçiləri bir ovuc "azad olunmuşlar"dan, çöldə yaşayanlardan və aldadılmış yəmənlilərdən başqa heç kəs deyildir. Amma Əliyə bax: onun ətrafını Allahın razı olduğu mühacir, ənsar və tabein tutmuşdur. Müaviyənin ətrafında səndən və sənin dostundan (Məsləmə ibni Müxəlləddən) başqa bir kəs yoxdur. Siz nə Bədrdə olmusunuz, nə də Ühüddə; nə islamda təqdirəlayiq bir xidmətiniz vardır, nə də sizin barənizdə bir ayə nazil olmuşdur.192

3-Bu görüşlərdə məqsəd sülh və saziş üçün şərait yaratmaq idi. Lakin Müaviyənin istədiyi kimi olmadı. Buna görə də Imam (ə)-a bir məktub yazaraq ona itaətsizlik etdiyi ilk günlərdəki istəyini, yəni Şam hökumətini, o həzrətə beyət və itaət etmədən ona verilməsini istədi, sonra əlavə etdi: "Bizim hamımız Əbdü-Mənafın övladlarıyıq, öz izzətini və azadlığını itirənlərdən başqa heç birimiz digərindən üstün deyildir."

Imam (ə) öz katibini çağırdı, ona göstəriş verdi ki, məktubun cavabını onun imla etdiyi şəkildə yazsın. O həzrətin məktubunun mətni "Nəhcül-Bəlağə"də, 17-ci nömrə altında gəlmişdir.193


Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin