Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 249,24 Kb.
səhifə97/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   93   94   95   96   97   98   99   100   ...   162

İYİRMİNCİ FƏSİL

HƏKƏMIYYƏT MƏSƏLƏSI VƏ TƏZYIQ QRUPU


Əmr Asın irəli sürdüyü təklif müsbət nəticə verdi, Imam (ə)-ın qoşununda qəribə bir ixtilaf və ikitirəlik yaratdı. Ixtilaf yaradanların və bu fitnəyə uyanların əksəriyyəti sadəlövh adamlar idi. Onlar Müaviyənin hiyləgərliklərinə aldanaraq Imam (ə)-ın icazəsi olmadan onun tərəfindən şüar verib deyirdilər ki, Əli Quranın hökm etməsinə razıdır. Halbuki o həzrət mütləq şəkildə sükut edərək islamın gələcəyi barəsində fikirləşirdi.202

MÜAVIYƏNIN IMAM (ə)-A MƏKTUBU


Belə bir böhranlı şəraitdə Müaviyə Əli (ə)-a belə bir məktub yazdı: "Bizim aramızdakı çəkişmələr çox uzandı, hər birimiz qarşı tərəfdən tələb etdiyi şeydə özünü haqlı bilir, amma tərəflərdən heç biri digərinə tabe olmaq istəmir. Hər iki tərəfdən çoxlu adam öldürülmüşdür. Mən qorxuram ki, gələcək keçmişdən daha pis olsun. Bu müharibənin məsuliyyəti ikimizin boynundadır və bizdən başqa heç kim onun məsuliyyətçisi deyildir. Mən elə bir təklif irəli sürürəm ki, ümmətin xeyri və həyatı ondadır, onların özlərinin salamat qalması, dini barışıq, kinlərin aradan qaldırılması da ona bağlıdır. O təklif budur ki, razı olduğumuz iki nəfər: biri mənim, biri isə sənin tərəfindən bizim aramızda Quran əsasında mühakimə yürütsün. Bu iş həm sənin üçün, həm də mənim üçün yaxşı olar, fitnəni aradan qaldırar. Bu barədə Allahdan qorx, əgər Quran əhlisənsə Quranın hökmünə razılıq ver!"203

Quranı nizələrin ucuna sancıb qaldırmaq ixtilaf yaradan bir fitnədən başqa bir şey deyildi. Bu üsul Quranın qəzavət etməsi yolunu əsla öyrətmirdi. Lakin Müaviyə bu məktubda bu şübhəni dəf edərək hər iki tərəfdən bir nəfər seçilməsini ortaya atdı. O, məktubun axırında tam həyasızlıqla Imam (ə)-ı təqvaya, Qurana dəvət etdi!



Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin