Signature Example Individual


SIĞORTAÇI “PAŞA HƏYAT SIĞORTA” ASC



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix12.10.2023
ölçüsü0,96 Mb.
#130125
1   2   3   4   5   6   7
0a8fea8f-8116-4be8-ac18-b01631c25b6d

SIĞORTAÇI
“PAŞA HƏYAT SIĞORTA” ASC
______________________ M.Y
İmza
Sığortaçı tərəfindən imzalanma tarixi: 10.10.2023


Sənəd №: PHS/F-573
Yoxlama №: 06
Yoxlama tarixi: 29.08.2023
Qüvvəyə minmə tarixi: 17.01.2019
“PAŞA Həyat Sığorta” ASC-nin “100 QAT HƏYAT SIĞORTASI ŞƏHADƏTNAMƏSİ”
üzrə
YADDAŞ VƏRƏQİ
1. 
"PAŞA Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – “Sığortaçı”) 23.05.2023-cü il tarixli ““Həyat
sığortası qaydaları”və “Sağalmaz xəstəliklərdən sığorta qaydaları”na (bundan sonra “Qaydalar”) əsasən bağlanmış
sığorta müqaviləsi (şəhadətnaməsi) üzrə Sığortaçı Sığortalıya, Qaydaların “İstisnalar” bəndində nəzərdə tutulmuş
hallar istisna olmaqla aşağıdakılar nəticəsində baş vermiş sığorta hadisələrinə sığorta təminatı verir:
1.1. 
Bədbəxt hadisə və ya xəstəlik nəticəsində sığorta olunanın orqanizminin funksiyalarının 31-60 faiz pozulmasına
görə ona əlilliyin müəyyən edilməsi;
1.2. 
Bədbəxt hadisə və ya xəstəlik nəticəsində sığorta olunanın orqanizminin funksiyalarının 61-80 faiz pozulmasına
görə ona əlilliyin müəyyən edilməsi;
1.3. 
Bədbəxt hadisə və ya xəstəlik nəticəsində sığorta olunanın orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına
görə ona əliliyin müəyyən edilməsi;
1.4. 
Şəhadətnamə ilə təminat verilən sağalmaz xəstəliklər və vəziyyətlər.
Qeyd : 
Şəhadətnamədə qeyd olunan təminatlar əsas götürülür.
Sığortaçının sığorta ödənişindən imtina etməsi üçün əsaslar aşağıdakılardan ibarətdir:
Sığortaçıya və ya onun nümayəndəsinə sığorta hadisəsi hesab edilə bilən hadisə və ya hal ilə əlaqəsi olan
məlumatı sərbəst əldə etmək imkanı yaratmaq tələblərinə əməl edilməməsi nəticəsində Sığortaçının hadisənin
sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması və Sığortaçının sığorta
hadisəsi hesab edilə bilən hadisənin və ya halın baş verməsi səbəblərini araşdırmasına Sığortalı, Sığorta olunan,
Faydalanan şəxs tərəfindən maneçilik törədilməsi;
Baş vermiş hadisənin qanunvericiliyə,Qaydalara və ya sığorta müqaviləsinə əsasən sığorta hadisəsi hesab
edilməməsi;
Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan
başqa, Sığortalının, Faydalanan şəxsin, Sığorta olunanın, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş
verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan
qəsdən cinayət törətməsi;
Sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi hesab edilə bilən hadisə və ya hal
barəsində Sığortalının Sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində Sığortaçının sığorta riskini
qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək
imkanından tam və ya qismən məhrum olması;
Müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, hadisənin baş verməsinin səbəbinin təminata istisna hesab olunan
halların nəticəsi olması;
Sığorta haqqının sığorta müqaviləsində (şəhadətnaməsində) nəzərdə tutulmuş vaxtda ödənilməməsi;
Sığortaçının qaydaları və Mülki Məcəllədə nəzərdə tutulan Sığortalı və Sığorta olunanın vəzifələrinin icra
edilməməsi;
2. 
Yuxarıda göstərilən 1.1.-ci bənd üzrə sığorta hadisəsi hesab edilə bilən hal baş verərsə, Faydalanan şəxs aşağıdakı
qaydada hərəkət etməlidir:
Müvafiq səlahiyyətli dövlət orqanına dərhal məlumat verməlidir:
- Təcili tibbi yardım : (012) 103
- Daxili İşlər Nazirliyinin zəng mərkəzi: (012) 102
Faydalanan şəxs Sığortaçını istənilən mümkün yolla ən qısa zamanda məlumatlandırmalıdır.
Sığorta hadisəsinin təsdiq edilməsi ilə bağlı tələb olunan sənədləri toplamalı və Sığortaçıya təqdim etməlidir.


Sənəd №: PHS/F-573
Yoxlama №: 06
Yoxlama tarixi: 29.08.2023
Qüvvəyə minmə tarixi: 17.01.2019
3. 
Yuxarıda göstərilən 1.2-1.4-cü bəndlər üzrə sığorta hadisəsi baş verdikdə, Sığortalı və ya Faydalanan şəxs sığorta
ödənişinin həyata keçirilməsi üçün lazım olan sənədləri Sığortaçıya təqdim etməlidir.
4. 
Tələb olunan sənədlər Sığortaçıya təqdim edildiyi tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq Sığortaçı baş
vermiş hadisəyə görə ödənişi həyata keçirir və ya yazılı şəkildə əsaslandırmaqla sığorta ödənişinin verilməsindən
imtina edir.
Sığorta hadisəsi hesab edilə bilən hadisə və ya hal baş verdikdə, sualınız olduğu halda həftənin bütün günləri 24 saat
ərzində aşağıda qeyd olunan telefon nömrəsinə (012) 942 zəng edə və ya claims@pasha-life.az ünvanına yaza
bilərsiniz.
5. 
Sığorta müqaviləsi (şəhadətnaməsi) ilə bağlı şikayətiniz olduqda, siz Sığortaçının şikayətlərin idarəedilməsi üzrə
təyin edilmiş məsul əməkdaşı-koordinator ilə əlaqə saxlaya bilərsiniz (koordinatorun adı və onunla əlaqə məlumatları
aşağıda göstərilir):
Hüseynli Aysel Cavanşir qızı
E-mail: complaints@pasha-life.az, ayhuseynli@pasha-life.az
Tel: (012) 942 (şikayətlər bölməsi)
Mob: (+994 51) 207 55 18
Siz koordinatorla əlaqə saxlamayıb birbaşa Sığortaçıya (ünvan: Bakı şəhəri, Səbail rayonu, M.Useynov 61 (Sahil
Plaza)) şikayət ərizəsi ilə müraciət edə bilərsiniz.
Daxil olmuş şikayətlərə 5 (beş) iş günü ərzində baxılaraq cavablandırılacaqdır. Şikayət əlavə araşdırma tələb etdiyi
halda, müştəriyə araşdırmanın gecikmə səbəbləri və atılacaq addımlar barədə izahedici cavab təqdim - olunur.
Müvafiq şikayət ilə bağlı yenilik və ya dəyişiklik olarsa, bu barədə şikayətçi mütləq təkrar məlumatlandırılır.
Şikayətinizin nəticələri ilə razılaşmadığınız təqdirdə, bununla bağlı sizin Azərbaycan Respublikasının Mərkəzi
Bankına şikayətlə müraciət etmək hüququnuz vardır. Ünvan: Bakı şəhəri, Bülbül prospekti 27;Tel:(+994 12) 493 50
58, (+994 12) 966.
Sığortaçının və Mərkəzi Bankın şikayətinizlə bağlı cavabları sizi qane etmədikdə isə şikayətlə Mediatora (mediasiya
təşkilatı) və ya Məhkəməyə müraciət etmək hüququnuz var.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin