XƏZƏR UNİVERSİTETİ
Sillabus (fənn üzrə işçi tədris proqramı) haqqında
Əsasnamə
-
Ümumi müddəalar
Bu əsasnamə Ali təhsil pilləsinin dövlət standartı və proqramına, bakalavriat təhsilinin məzmunu və təşkili qaydalarına və digər normativ sənədlərə uyğun hazırlanmışdır.
Əsasnamə Xəzər Universitetinin professor-müəllim heyətinin tədris etdiyi hər fənn üzrə hazırlanmış işçi tədris proqramının (sillabus) məzmun və strukturuna olan ümumi tələblər, onun tərtibi və təsdiq prosessini müəyyən edir.
Sillabus tədris olunan fənnin təsviri və məqsədi, istifadə olunan tədris metodları, gözlənilən tədris nəticələri və ona uyğun qiymətləndirmə meyarlarını əks etdirən sənəddir.
Sillabus bakalavr, magistr və doktor pilləsində tədris olunan bütün fənlər üzrə hazırlanır.
Sillabus hər bir konkret fənn üzrə tədris prosesində müəllimlərin tələbləri və tələbələrin öhdəliklərini müəyyənləşdirir.
-
Strukturu və məzmunu
Sillabusda aşağıdakı məlumat öz əksini tapmalıdır:
Fənn haqqında ümumi məlumat
Universitet kataloquna uyğun olaraq tədris olunan fənnin adı və kodu, AKTS kreditlərinin sayı, fənnin öncə şərtləri (əgər varsa)
Tədris dili və fənnin növü (məcburi, seçmə və s.), tədris semestri
Müəllim haqqında məlumat
Müəllimin adı və əlaqə məlumatı (e-mail və telefon nömrəsi), kafedranın adı, dərs vaxtı və məsləhət saatları, mühazirə otağı
Fənnin təsviri və məqsədləri
Universitet kataloquna uyğun olaraq fənnin xülasəsi, onun əhəmiyyəti, tədris planındakı digər fənlər ilə əlaqəsi və məqsədləri haqqında məlumat
Gözlənilən tədris nəticələri
Fənnin məqsədlərinə uyğun olaraq gözlənilən tədris nəticələrinin, yəni fənnin oyrənilməsində təhsilalanın nələri bildiyi, anladığı və tədris prosesini bitirdikdə hansı bacarıqlara yiyələnəcəyi qeyd olunur.
Tövsiyə olunan əsas və əlavə ədəbiyyat
Son illər çap olunmuş və Xəzər Universitetinin kitabxanasında sayı kifayət qədər olan əsas dərslik, dərs vəsaitləri və tövsiyə olunan əlavə mənbələr göstərilir. Tövsiyə olunan mənbələrin siyahısında həm çap, həm də elektron resurslar (məlumat bazası, vebsayt və s.) qeyd olunur.
Tədris fəaliyyətinin növləri
Fənninin tədrisi prosesində mühazirə, qrup işi, seminar, laboratoriya işləri, praktiki məsələnin təhlili və s. tədris fəaliyyətinin növləri kimi qeyd olunur.
Qiymətləndirmə
Aralıq və yekun imtahanlarını daxil etməklə, qiymətləndirmə komponentləri, məsələn fərdi prezentasiya, kurs işi, qrup işi, esse və s., haqqında məlumat verilir və hər komponentin çəkisi faizlə göstərilir. Qiymətləndirmə 100 ballıq şkala ilə ölçülür. Nəzərə alınmalıdır ki, Xəzər universitetinin qəbul olunmuş qiymətləndirmə sistemində aralıq və yekun imtahanları müvafiq olaraq 20-25 və 35-40 bal təşkil edir. Bakalabr səviyyəsində aralıq və yekun imtahanlarının ümumi balı 60-dan, magistr səviyyəsində isə 65-dən artıq olmamalıdır. Davamiyyət üçün isə 5-10 bal nəzərdə tutulur. Xəzər Universitetində bakalavt tələbəsi üçün fənn üzrə nəzərdə tutulmuş keçid balı 60, maqistr tələbəsi üçün isə 65-dır.
Tədris siyasəti və davranış
Müəllim davamiyyət (universitet qaydalarına görə fənn üzrə ümumi dərs saatlarının 20 faizindən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır), tapşırıqlar, onları yerinə yetirilməsinin son vaxtı, dərsdə fəal iştirak və s. üzrə qoyulan tələbləri müəyyən edir.
Təqvim-tematik planı
Təqvim-tematik planında dərslərin mövzuları, tapşırıqlar və onların yerinə yetirilmə müddəti cədvəl şəklində göstərilir.
-
Hazırlanması və təsdiq prosesi
Hər semestr üçün universitet üzrə qəbul olunmuş vahid forma (əlavə 1) əsasında professor-müəllim heyəti tədris etdiyi fənlərə uyğun sillabus hazırlayır. Hazırlanmış sillabus kafedra müdiri tərəfindən təsdiq edilir. Əgər hər hansı bir səbəbdən kafedra müdiri yoxdursa, o zaman sillabus fakültənin dekanı tərəfindən təsdiqlənir.
Sillabus fənnin tədris olunduğu dildə hazırlanır
Tələbələr sillabus ilə dərsin birinci günündə tanış olmalıdırlar və hər semestrin əvvəlində Xəzər universitetinin vebsaytında yerləşdirilməlidir.
Sillabus davamiyyət jurnalına əlavə olunur.
Ümumi məlumat
|
Fənnin adı, kodu və kreditlərin sayı
|
KİV hüququ,JOUR206,3 kredit
|
Departament
|
Jurnalistika departamenti
|
Proqram (bakalavr, magistr)
|
Bakalavr (BA)
|
Tədris semestri
|
2014, Yaz
|
Fənni tədris edən müəllim
|
Cabir Məmmədli
|
E-mail:
|
ja1az@yahoo.com
|
Telefon:
|
(050) 526 5568 (mobil)
|
Mühazirə otağı/Cədvəl
|
307N
|
Məsləhət saatları
|
|
Prerekvizitlər
|
|
Tədris dili
|
Azərbaycanca
|
Fənnin növü
(məcburi, seçmə)
|
Məcburi/seçmə
|
Dərsliklər və əlavə ədəbiyyat
|
1. Amaşov Ə., Əlibəyli Q., Məmmədli C. və başqaları. Jurnalistika və hüquq (Dərs vəsaiti). B., 2002. 248 s.
2. Xuduoğlu Ş. Jurnalistlərin hüquq-məlumat kitabı. Qanun Nəşriyyatı, B. 2000. 208 s.
3. Azərbaycan Respublikasının konstitusiyası.
|
Kursun vebsaytı
|
|
Tədris metodları
|
Mühazirə
|
32
|
Qrup müzakirəsi
|
|
Praktiki tapşırıqlar
|
|
Praktiki məsələnin təhlili
|
|
Digər
|
|
Qiymətləndirmə
|
Komponentləri
|
Tarix/son müddət
|
Faiz (%)
|
Aralıq imtahanı
|
|
40
|
Praktiki məsələ
|
|
|
Fəallıq
|
|
10
|
Tapşırıq və testlər
|
|
|
Kurs işi (Layihə)
|
|
|
Prezentasiya/Qrup müzakirə
|
|
|
Final imtahanı
|
|
40
|
Digər
|
|
10
|
Yekun
|
|
100
|
Kursun təsviri
|
“Kütləvi informasiya vasitələri hüququ” kursunda Azərbaycanda KİV-nin idarə olunduğu qanunlar (KİV haqqında Azərbaycan Respublikasının Qanunu və s.), jurnalistlərin hüquqları – məlumat almaq, onu müəyyən oxucu və ya dinləyici auditoriyasına çatdırmaq, eləcə də qanunları pozduqları halda onları gözləyən cəzalar, sanksiyalar, mətbu orqanların, televiziya və radioların təsis və idarə edilməsi və s. qaydaların öyrənilməsi nəzərdə tutulmuşdur. Kurs müddətində həmçinin, bugünkü Azərbaycan KİV-nin vəziyyəti (jurnalistlərə edilən təzyiqlər, qətllər, həbslər, korrupsiya, rüşvət və s.), inkişaf etmiş Avropa ölkələrində, ABŞ-da KİV-ni idarə edən qanunların oxşar və fərqli cəhətlərindən bəhs edilir.
|
Kursun məqsədləri
|
|
Tədrisin (öyrənmənin) nəticələri
|
|
Qaydalar (Tədris siyasəti və davranış)
|
|
Cədvəl (dəyişdirilə bilər)
|
Həftə
|
Tarix (planlaşdırılmış)
|
Fənnin mövzuları
|
Dərslik/Tapşırıqlar
| -
|
13.02.2014
|
“Kütləvi informasiya vasitələri hüququ” kursunun obyekti, predmeti, məqsəd və vəzifələri.
•Ümumi məlumat
•Fənnin keçirilməsində məqsəd
|
| -
|
20.02.2014
|
KİV haqqında qanunvericiliyin mənbələri.
•Söz və mətbuat azadlığının cəmiyyətdə rolu
•Senzura, yaranma səbəbləri və ləğvi
•Qanunvericilik və beynəlxalq təcrübə
•Azərbaycanda məhkəmə sistemi
|
8-33 səh. ( Amaşov Ə., Əlibəyli Q., Məmmədli C. və başqaları. Jurnalistika və hüquq (Dərs vəsaiti). B., 2002. 248 s.)
| -
|
27.02.2014
|
Kütləvi informasiya azadlığının əsasları.
•Kütləvi informasiya azadlığının mahiyyəti (məlumat azadlığının təmin edilməsi
•Məlumat açıqlığı və onun mübadilə edilməsinin azadlığı
•Məlumatın obyektivliyi, tamlığı və həqiqiliyi
•Məlumatın axtarılmasının əldə edilməsinin, ifadə olunmasının yayılmasının və qorunmasının qanuniliyi
•Hər kəsin şəxsi və ailə həyatının sirrinin saxlanılması
•Şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunması)
|
34-39 səh. ( Amaşov Ə., Əlibəyli Q., Məmmədli C. və başqaları. Jurnalistika və hüquq (Dərs vəsaiti). B., 2002. 248 s.)
| -
|
06.03.2014
|
Kütləvi informasiya azadlığının təminatı.
• KİV
• KİV-in məlumat almaq hüququ
• Senzuranın yolverilməzliyi
• Antiinhisar tədbirlər
• Məhkəməyə şikayət vermək hüququ
|
40-51 səh. ( Amaşov Ə., Əlibəyli Q., Məmmədli C. və başqaları. Jurnalistika və hüquq (Dərs vəsaiti). B., 2002. 248 s.)
| -
|
13.03.2014
|
Məlumat və onun hüquqi rejimi.
•Açıq məlumatlar
•Alınması məhdudlaşdırılan məlumatlar
•Dövlət sirri
•Həkim sirri
•Notariat sirri
•Vəkil sirri
|
52-66 səh. ( Amaşov Ə., Əlibəyli Q., Məmmədli C. və başqaları. Jurnalistika və hüquq (Dərs vəsaiti). B., 2002. 248 s.)
|
|
20.03.2014
| NOVRUZ BAYRAMI |
| -
|
27.03.2014
| Məlumat və onun hüquqi rejimi (ardı) •Qulluq sirri •Bank sirri •Kommersiya sirri •Statistik sirr •Şəxsi və ailə həyatına dair məlumatlar •Terrorçuluqla mübarizə tədbirləri haqqında məlumatlar |
67-79 səh. ( Amaşov Ə., Əlibəyli Q., Məmmədli C. və başqaları. Jurnalistika və hüquq (Dərs vəsaiti). B., 2002. 248 s.)
| -
|
03.04.2014
|
Kütləvi informasiya vasitəsinin hüququ
•KİV-in təsis edilməsi
•Kütləvi informasiya vasitəsinin istehsalının, yayımının dayandırılması və ya ona xitam verilməsi
•Kütləvi informasiya vasitələrinin iqtisadi əsasları
•Jurnalistin statusu
|
80-93 səh. ( Amaşov Ə., Əlibəyli Q., Məmmədli C. və başqaları. Jurnalistika və hüquq (Dərs vəsaiti). B., 2002. 248 s.)
|
|
10.04.2014
|
Ara imtahan
|
| -
|
17.04.2014
|
Kütləvi informasiya vasitəsinin fəaliyyətinini hüquqi tənzimi
• KİV-in fəaliyyətinin ümumi əsasları
• Kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün hüquqi məhdudiyyətlər
|
94-102 səh . ( Amaşov Ə., Əlibəyli Q., Məmmədli C. və başqaları. Jurnalistika və hüquq (Dərs vəsaiti). B., 2002. 248 s.)
| -
|
24.04.2014
|
KİV istehsalının hüquqi əsasları
•Mətbu nəşrin təsis edilməsinin xüsusiyyətləri
•Mətbubu nəşrin redaksiyası
•Mətbu nəşrin redaksiyasının hquqi şəxs kimi dövlət qeydiyyatına alınması
•Mətbu nəşrin istehsalı və yayılmasının hüquqi tənzimi
|
103-113 səh. ( Amaşov Ə., Əlibəyli Q., Məmmədli C. və başqaları. Jurnalistika və hüquq (Dərs vəsaiti). B., 2002. 248 s.)
| -
|
01.05.2014
|
Kütləvi informasiya vasitələrində şərəf və ləyaqətin müdafiəsi
•Müdafiənin ümumi səciyyəsi
•Mülki-hüquqi müdafiə
•Cinayət hüquqi müdafiə
|
114-122 səh. ( Amaşov Ə., Əlibəyli Q., Məmmədli C. və başqaları. Jurnalistika və hüquq (Dərs vəsaiti). B., 2002. 248 s.)
| -
|
08.05.2014
|
Kütləvi informasiya vasitələri haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
•Məsuliyyətin əsasları
•İnzibati məsuliyyət
•Cinayət məsuliyyəti
|
123-134 səh. ( Amaşov Ə., Əlibəyli Q., Məmmədli C. və başqaları. Jurnalistika və hüquq (Dərs vəsaiti). B., 2002. 248 s.)
| -
|
15.05.2014
|
Müəlliflik hüququ və KİV
•Müəlliflik hüququ nədir və nəyi qoruyur?
•Müəlliflik hüququ nəyi qorumur?
•Müəlliflik hüququ və əlaqəli hüquqlara dair beynəlxalq konvensiyalar
•Media və müəlliflik hüququ
•Məhkəmə protokolu “orijinal əsər” sayıla bilərmi?
•Pis əsərə müəlliflik hüququ şamil edilirmi?
•Müəlliflik hüququ fakt və olayları qoruya bilərmi?
•Müəlliflik hüququ ilə qorunan əsərlərdən KİV necə yararlana bilər?
|
135-155 səh. ( Amaşov Ə., Əlibəyli Q., Məmmədli C. və başqaları. Jurnalistika və hüquq (Dərs vəsaiti). B., 2002. 248 s.)
| -
|
22.05.2014
|
Jurnalistlərin əmək hüquqları
•Əmək müqaviləsi üzrə hüquqlar
•Kollektiv müqavilə bağlamaq hüququ
•Jurnalistlər tərəfindən əmək müqaviləsinə xitam verilməsi
•Redaksiyanın ləğvi və ya ştataların ixtisarı zamanı işçilərin təminatları
•İxtisar zamanı işdə saxlanılmağa üstünlüyü olan şəxslər
•İş vaxtı
•İstirahət vaxtı
•Məzuniyyətlər
•Jurnalistin sosial sığorta hüququ
•Əmək hüquqları pozulan zaman jurnalistin hüququ
|
166-176 səh. ( Amaşov Ə., Əlibəyli Q., Məmmədli C. və başqaları. Jurnalistika və hüquq (Dərs vəsaiti). B., 2002. 248 s.)
| -
|
29.05.2014
|
Reklam və söz azadlığı
•Reklam nədir və nəyə xidmət edir?
•Reklamın hüquqi aspektləri və etik çərçivələri
•Tələblər, məhdudiyyətlər
•Media və reklam
•Xarici ölkələrdə reklam yayımına qoyulan məhdudiyyətlər
|
177-190 səh. ( Amaşov Ə., Əlibəyli Q., Məmmədli C. və başqaları. Jurnalistika və hüquq (Dərs vəsaiti). B., 2002. 248 s.)
|
|
|
Final imtahan
|
|
Dostları ilə paylaş: |