Hər semestrin əvvəlində kredit sistemi tətbiq olunmuş orta ixtisas təhsili müəssisələri öz saytında ixtisasın təhsil və fənn proqramları əsasında müəllimlər tərəfindən tərtib olunmuş fənlər üzrə sillabuslar yerləşdirilməli və tələbələrə ona sərbəst giriş imkanı yaratmalıdırlar.

Sillabuslar tələbələrə fənn və müəllim seçimində köməklik etməli, sadə, asan başa düşülən dildə, lakonik formada tərtib olunmalıdır.
Orta ixtisas təhsili müəssisələrinin müəllimlərinə təqdim olunan bu sənəd sillabusun strukturunu və onun hər bir struktur bölməsinin işlənilməsi üçün metodik tövsiyələri özündə əks etdirir.
Kredit sistemində orta ixtisas təhsili müəssisələrinin müəllimləri tərəfindən yeni tədris-metodiki sənədlər, o cümlədən sillabuslar hazırlamalıdır.
Kredit sistemində orta ixtisas təhsili müəssisələrinin müəllimləri tərəfindən yeni tədris-metodiki sənədlər, o cümlədən sillabuslar hazırlamalıdır.
Sillabus – fənnin tədris proqramıdır.
O, fənni tədris edən müəllim tərəfindən tərtib olunur və fənnin qısa məzmununu, onun əsas xüsusiyyətlərini və s. özündə əks etdirir.
Sillabus - tələbə tərəfindən fənnin öyrənilməsi üçün zəruri olan informasiyanı özündə əks etdirir və müəllimlə tələbə arasında olan əsas kommunikasiya vasitəsi kimi istifadə olunur.
Fənnin təyinatı bölümündə tələbənin təhsil aldığı ixtisasa yiyələnmək üçün həmin fənnin təyinatı və onun öyrənilməsi nəticəsində əldə olunan kompetensiyalar izah olunmalıdır.
Fənnin öyrənilməsi zamanı tələbə və müəllimin qarşılıqlı əlaqələri;
Tədris olunan fənnin tələbəyə hansı nəzəri bilikləri və ya peşəkar vərdişləri aşılaması barədə məlumatlar verilməlidir.
(bu bölümü tərtib edərkən müəllim – “Fənn tələbəni nə ilə tanış edir?”, “Nəyi öyrədir?”, “Hansı bilik və vərdişləri aşılayır?” kimi sualları cavablandırmalıdır).
Fənnin məzmunu fənn proqramlarına uyğun təsvir olunmalıdır.
Fənnin məzmunu fənn proqramlarına uyğun təsvir olunmalıdır.
Məzmun lokanik (qısa) formada izah olunmalı, fənnin öyrənilməsində tələbələrdə daha böyük maraq doğura bilən mövzular şərh olunmalıdır.
Bu bölümü tərtib edərkən müəllim nəzərə almalıdır ki, burada izah olunanlar tələbələr tərəfindən fənn və müəllim seçimində əsas tutulacaq.
“Fənnin tədrisi nəticəsində əldə olunan kompetensiyalar” bölümündə buraya daxil olan anlayışlar təsvir olunmalıdır:
“Fənnin tədrisi nəticəsində əldə olunan kompetensiyalar” bölümündə buraya daxil olan anlayışlar təsvir olunmalıdır:
Kompetensiya – fənnin mənimsənilməsi nəticəsində əldə olunan bilik, bacarıq və vərdişlərin praktiki tətbiqi kimi; Bilik – tələbələrin fənnin məzmununu başa düşməsi, yadda saxlanması və ifadə etməsi kimi;
Bacarıq – tələbələrin əldə etdikləri nəzəri biliklərin təcrübədə istifadə olunması kimi;
Bacarıq – tələbələrin əldə etdikləri nəzəri biliklərin təcrübədə istifadə olunması kimi;
Vərdiş – təkrar istifadə zamanı formalaşan bacarıq kimi izah olunmalıdır.
Fənnin öyrənilməsinin təqvim planı
Bu bölümdə müəllim fənn proqramını izah etməli və təqvim planına qoyulan tələbləri formalaşdırmalıdır.
Həmin plan aşağıdakı forma üzrə tərtib oluna bilər:
* Tədrisin forması dedikdə, mühazirə, seminar, laboratoriya-məşğələ, işgüzar oyun, treninq, kompyuter texnologiyalarından istifadə olunan dərslər və s. nəzərdə tutulur.
* Tədrisin forması dedikdə, mühazirə, seminar, laboratoriya-məşğələ, işgüzar oyun, treninq, kompyuter texnologiyalarından istifadə olunan dərslər və s. nəzərdə tutulur.
Tələbənin müstəqil işi bölümündə müəllim müstəqil iş üçün tapşırıqların siyahısını təqdim etməlidir.
Tələbənin müstəqil işi bölümündə müəllim müstəqil iş üçün tapşırıqların siyahısını təqdim etməlidir.
Bu zaman müstəqil işin kim tərəfindən (müəllim və ya tələbə) planlaşdırılması, hansı məqsədləri daşıması, harada reallaşması (auditoriyada, kitabxanada, laboratoriyada, kompyuter sinifində və s.) və hansı formada təqdim olunması (referat, hesabat, layihə, inşa və s.) barədə məlumatlar verilməlidir.
Nəzarətin növləri: cari, aralıq, yekun
Nəzarətin növləri: cari, aralıq, yekun
Bu bölümdə müəllim tələbələrin biliyinə nəzarət və onun qiymətləndirilməsi formaları və məqsədləri barədə məlumatları verməlidir.
Cari nəzarətin məqsədi – tələbələrin nəzəri biliklərinin, müəyyən məsələlərin həllində onlardan istifadə etmək səviyyəsinin yoxlanılmasından ibarətdir. Cari nəzarət şifahi və yazılı formada aparılır. Bu bölümdə cari nəzarətin müəllim tərəfindən hansı formada aparılması öz əksini tapmalıdır.
Aralıq və yekun nəzarət imtahan formasında həyata keçirilir. Bütün imtahanlar bir qayda olaraq yazılı formada aparılır (burada müəllim imtahanın aparılma qaydasını izah etməlidir).
Bu bölümdə həmçinin tələbələrin biliyinin qiymətləndirilməsi qaydalarının izahatı verilməlidir.
Bu bölümdə həmçinin tələbələrin biliyinin qiymətləndirilməsi qaydalarının izahatı verilməlidir.
Biliyin qiymətləndirilməsi dedikdə tələbələrin bilik səviyyəsinin etalon göstəricilərlə müqayisəsi nəzərdə tutulur.
Qiymətləndirmənin məqsədi tələbələrin təhsilalma prosesini istiqamətləndirmək və stimullaşdırmaqdan ibarətdir. Tələbələrin biliyinə verilən qiymət obyektiv olmalı və aşkarlıq şəraitində yazılmalıdır (müəllim bunları təmin etmək üçün nə edəcəyini şərh etməlidir).
Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə təhsilalanların biliyi aşağıdakı kimi qiymətləndirilir:
51 baldan aşağı - “qeyri-kafi” -F
51-60 bal - “qənaətbəxş” -E
61-70 bal - “kafi” -D
71-80 bal - “yaxşı” -C
81-90 bal - “çox yaxşı” -B
91-100 bal - “əla” -A
Müsbət qiymət almış tələbə fənn üzrə müəyyən olunmuş krediti qazanır. Qeyri-müvəffəq qiymət almış tələbə isə həmin fənn üzrə kreditləri qazanmır və mövcud qaydalara görə həmin fənni təkrar dinləməlidir.
Bu bölümdə tələbənin nizam-intizamına qoyulan tələblər izah olunmalıdır.
Bu bölümdə tələbənin nizam-intizamına qoyulan tələblər izah olunmalıdır.
Həmin tələblər ilk növbədə tələbələrin dərsə davamiyyətini, dərslərdə nizam-intizam qaydalarını əhatə etməlidir.
Tələblər təhsil müəssisəsinin Nizamnaməsinə uyğun müəyyənləşdirilməlidir.
1. Sillabus kompyuterdə çap olunmuş 3-5 səhifə həcmində olmalıdır.
1. Sillabus kompyuterdə çap olunmuş 3-5 səhifə həcmində olmalıdır.
2. Mətn Times New Roman şrift ilə 14 ölçüdə olmalıdır.
3. Sillabusun səhifələri nömrələnməlidir.
4. Sillabus orta ixtisas təhsili müəssisələrinin saytında yerləşdirilməlidir.
Bakı Sənaye Pedaqoji Kollecinin metodisti Həlimə Süleymanova tərəfindən Kimya fənni üzrə metodik tövsiyələrin əsasında tərtib olunmuş sillabusun nümunəsi əlavə olunur
Bakı Sənaye Pedaqoji Kollecinin metodisti Həlimə Süleymanova tərəfindən Kimya fənni üzrə metodik tövsiyələrin əsasında tərtib olunmuş sillabusun nümunəsi əlavə olunur