S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiyasının
direktoru Rakif Abdullayevə
25.04.2016-cı il tarixli
60 nömrəli məktuba
Səhiyyə Nazirliyinə ünvanladığınız laborant vəzifəsində çalışan 3 nəfər tibb işçisinin ixtisasartırma kursu keçməsi və sertifikasiya olunması barədə müraciətinizə baxılmışdır.
Bildiririk ki, Lənkəran Regional Taun Əleyhinə şöbədə laborant vəzifəsində çalışan Qurbanov Ramiz Şahverdi oğlu və Dövlətova Fərqanə Əli qızı “Laboratoriya diaqnostikası” ixtisası üzrə təkmilləşdirmə kursu keçdikdən sonra həmin ixtisas üzrə sertifikasiya oluna bilərlər.
Digər işçi Qurbanov Rafiq Şamməd oğlunun adına yazılan orta ixtisas təhsil haqqında diplom yoxlanılmış və onun 2001-2004-cü illərdə 1 nömrəli Bakı Tibb Kollecində təhsil almadığı aşkarlanmışdır. Məsələni araşdırmaq üçün məlumat Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektoruna verilmişdir.
Kadrlar, elm və təhsil
şöbəsinin müdiri Kəmalə Mehdiyeva
Dostları ilə paylaş: |