Simli alətlər üç qrupa bölünürlər. B u qruplardır: Simli, barmaqla çalınan və yaylı



Yüklə 238,58 Kb.
səhifə3/4
tarix05.01.2022
ölçüsü238,58 Kb.
#111881
1   2   3   4
Zərb alətləri

Gürcü zərb alətləri də müxtəlifliyi ilə seçilirlər. Onların sırasına aiddirlər: dəf , daira, dəf-dəf yəni nağara, diplipito, tsintsila və s.



N ağara Gürcüstanın aranında yayılmış musiqi alətidir. Onu taxtadan hazırlayırlar, başına və ucuna isə dəri çəkilmişdir. Dəri qaytanlarla bərkidilir. Nağara daha çox əllə ifa olunur, bəzən isə çubuqlardan da istifadə edilir. Rəqs zamanı nağaranın səsi rəqsin ritmini vurğulayır. Onu tez-tezi müxtəlif musiqi aləti ilə birləşdirirlər.

Nağaradan fərqli olaraq dairə alçaq və kiçik ölçüdədir. O, taxta dairədir. Onun üzərinə nazik qoyun dərisi çəkilmişdir. Dairənin içərisindən zınqırovlar və xırda lövhələr asılmışdır. Bəzi hallarda dairənin taxtası gözəl şəkillərlə bəzənir. Belə bir bahalı dairələr əvvəllə yaxşı musiqiçilərdə və ya zəngin ailələrdə olurdu. Yaxşı dairə ifaçıları toylarda, ziyafətlərdə, məclislr də və sairədə iştirak edirdilər. Dairəyə Sameqrelo və Raçada, Şərqi Gürcüstanın aranında və Tuşetidə təsadüf edilir. Xarici forması ilə müxtəlif guşələrin dairələri arasında fərq yoxdur. İfa zamanı dairə hər iki əldə tutulur və onda əlin barmaqları ilə ifa edilir.

D airə və nağaraya uyğun olaraq diplipito da zərb alətidir. Onu əsasən musiqi ansambllarında ifa edirlər. Diplipito müxtəlif endə və eyni uzunluqda iki gil qabdan ibarətdir. Qabların üzərinə çəpiş dərisi çəkilmişdir. Onlar bir-birinə qaytanla bağlanmışdır. Diplipito əsasən Şərqi Gürcüstanın şəhərlərində yayılmışdır. Onun üzərində xırda çubuqlarla ifa edirlər. Bu çubuqları “keçi ayaqları” adlandırırlar.

Zərb alətlərindən tsintsila çox qədimdir. O, boşqab formalı, yuxarı tərəfindən qabarıq, dəstəkli alətdir. Tsintsila Modinaxe və Armazi qəsrlərinin ərazisində tapılmışdır. İfa üçün iki tsintsila lazımdır, biri böyük, digəri isə nisbətən balaca. Tsintsilalardan bu gün də istifadə edilir. Onda əsasən təntənəli hərbi yürüşlər zamanı başqa alətlərlə yanaşı ifa olunur.



Yüklə 238,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin