Sinif: Tarix



Yüklə 20,98 Kb.
tarix31.03.2020
ölçüsü20,98 Kb.
#102414


VI sinif Ədəbiyyat Kiçik summativ qiymətləndirmə 4
İlyas Əfəndiyev. “Zəmidə bir turac səslənirdi”
Şagirdin soyadı və adı: ______________________________________

Sinif: ________

Tarix : ____________

1. Aşağıdakı abzasdan əlaqələndirilmış təsvir vasitələrini müəyyənləşdirin:
Bizim kəndin yaz axşamları gözəl olur. Kəndimizin yarım kilometrliyindən axan Quruçay şırıldayır, elə bil ki axıb gəldiyi qalın meşələrdən bizə qəribəəfsanələr hekayət edir. Qurbağalar aramla səslənir. Evimizin arxasındakı zəmidə isə bir turac dalbadal oxuyur.
a)Yer, görmə

b)Yer, eşitmə

c)Tarix, yer

d)Say, eşıitmə

2. Mətnin növünü müəyyənləşdirin:
a)Nəqli-təsviri

b)Təsviri

c)Mühakimə

d)Nəqli

3.Mətndə verilmiş “sapand” sözünün mənasını tapın:
a)Ox

b)Kəsici alət

c)Daş atmaq üçün qədim silah

d)Qamçı

4. Aşağıdakı cümlədə hansı bədii təsvir vasitəsi hislərlə əlaqələndirilmişdir?
Daş qoyub atanda tapança kimi şaqqıldayırdı.
a) Epitet, dad

b)Təşbeh, eşitmə

c)Epitet, qoxu

d)Təşbeh, toxunma

5.Mətndə hadisələrin ardıcıllığını müəyyənləşdirin:
1.Zəmidə oxuyan turac, ovçuluğa maraq

2.Turacın yaralanması, Quruçayın səsi

3.Həsənin inadı, ana turacın fəryadı

4.Nənənin yardımı, eşidilməyən nəğmə

______________________________


  • 3,2,4

  • 1,3,4

  • 1,2,4

  • 1,2,3


6.Mətndə verilmiş “heybə” sözünün mənasını tapın:

a)Xurcun

b)Yol çantası

c)Torba

d)Zənbil
7.Aşağıdakı cümlədə hansı təsvir vasitələri əlaqələndirilmişdir?
Turac bir qədər havaya millənib, sonra qurğuşun kimi yerə düşdü.
a)Epitet, say

b)Təşbeh, yer

c)Epitet, ad

d)Təşbeh, ad
8.Mətndə hansı hadisələr baş vermir?
a)Uşaqlar quşcuğaza kömək etdilər.

b)Zəmidən turac səsi eşidilirdi.

c)Uşaqlar Quruçayın şırıltısına tamaşa edirdilər.

d)Körpə bala anasına baxıb hey civildəyirdi.
9.Quşcuğazın körpə balasına baxan Həsən hansı hisləri keçirirdi?
a)Qorxu

b)Sevinc

c)Qəzəb

d)Təəssüf
10.Əsərin nəticəsində bu hadisə baş vermir ?
a)Uşaqlar turac ovuna hazırlaşırlar.

b)Yaralı Turac ürkək nəzərləri ilə bizə baxırdı.

c)Yaz gecəsi yenə öz əfsanəsini söyləyirdi.

d)Evimizin arxasındakı zəmidən daha turac nəgməsi eşidilmirdi.

Səhv cavab_________________
Düz cavab__________________
Qiymət: ____________________
Müəllim___________________


Yüklə 20,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin