Sintaksis haqqında məlumat yazın Sintaksis yunanca syntaxis



Yüklə 14,9 Kb.
tarix18.06.2018
ölçüsü14,9 Kb.
#54068
növüYazı

Ad

Soyad



Fakültə

Mövzu


Qrup

Kurs


Sintaksis haqqında məlumat yazın

Sintaksis (yunanca syntaxis) qrammatikanın bir bölməsidir. Hərfi mənası yunancadan tərcümədə "tərtib etmək" deməkdir. Sintaksisdə söz birləşmələri və cümlələr öyrənilir. İki ve daha artıq müstəqil leksik mənalı sözün məna ve qrammatik cəhətdən birləşməsinə söz birləşməsi deyilir. Məsələn : agıllı uşaq, Vətəni sevmək, Vətni qoruyan əsgər və s.

Qeyd: söz birləşmələri ən az iki müstəqil leksik mənalı sözdən əmələ gəlir.Buna görə də tərkibi feillər ( dost olmaq, kömək etmək və s. ) , həmçinin "evə doğru , sənin üçün " və s.qoşmalı sözlər söz birləşməsi sayılmır.



Mürəkkəb cümlə əmələ gətirən sadə cümlələr bir-biri ilə sintaktik cəhətdən iki cür bağlanır: tabesizlik yolu ilə, tabelilik yolu ilə.
Mürəkkəb cümləni təşkil edən sadə cümlələrin ya hamısı bərabər hüquqlu olur, ya da tərkib hissələrindən biri qrammatik cəhətdən müstəqil, digəri ondan asılı olur. Məsələn: Al rəngli şəfəqlər ətrafı bürüyürdü – cümləsində tərkib hissələri bərabərhüquqludur (hətta bəzi belə cümlələrdə tərkib hissələrinin yerini dəyişsək də məna dəyişmir). Mürəkkəb cümləni təşkil edən sadə cümlələr arasındakı bu cür bağlılıq tabesizlik bağlılıqdır. Belə mürəkkəb cümlələr tabesizlik mürəkkəb cümlələr adlanır.
Zeynəb hiss etdi, Tükəzban xala ona inanmır – cümləsində sadə cümlələrdən birincisi qrammatik cəhətdən müstəqil olduğu halda, ikinci birinciyə tabedir, çünki ikinci  cümlənin tərkib hissəsi (Tükəzban xala ona inanmır) birinci hissəsini (Zeynəb hiss etdi) aydınlaşdırır və tamamlayır.
Mürəkkəb cümlənin tərkibindəki sadə cümlələr arasında bağlılıq tabeli bağlılıq adlanır. Belə mürəkkəb cümlələrə tabeli mürəkkəb cümlələr deyilir.
Beləliklə mürəkkəb cümlələr iki növə ayrılır: 1) tabesizlik mürəkkəb cümlələri 2) tabeli mürəkkəb cümlələr.

TABESIZ MÜRƏKKƏB CÜMLƏLƏR

Mürəkkəb cümlələrin bir qismində tərəflər bərabərhüquqlu olur. Tərkib hissələr bir-birindən eyni dərəcədə asılı olur, fikrin ifadəsində eyni dərəcədə, bərabər şəkildə edir. Məsələn: Arabir göy guruldayır, yağış güclənir. Birdən Əlabbas kişi pəncərəni açdı, külək yağışı kişinin üzünə çırpdı.


Bərabərhüquqlu sadə cümlələrin birləşməsində əmələ gələn mürəkkəb cümlələrə tabesiz mürəkkəb cümlələr deyilir. Tabesiz mürəkkəb cümlələrin hissələri ya yalnız intonasiya ilə ya da intonasiya və tabesizlik bağlayıcıları ilə əlaqələnir. Məsələn: Elə özü deyir, özü də eşidilirdi. Doğrudur, babam sağlamdı, lakin mən yenə də Allahdan əlimi üzmədim. Bu tabesiz mürəkkəb cümlələrdən əvvəlki ikisinin tərkib hissələri intonasiya ilə, sonrakıların tərkib hissələri və, lakin bağlayıcıları ilə əlaqələnmişdir.
Tərkib hissələri intonasiya ilə əlaqələnən tabesiz mürəkkəb cümlələr bağlayıcısız, bağlayıcıların köməyi ilə tabesiz mürəkkəb cümlələr bağlayıcılı tabesiz mürəkkəb cümlələr adlanır.

Tabeli mürəkkəb cümlənin sintaktik təhlil qaydası


  1. Cümlənin məqsəd və intonasiyaya görə növü müəyyənləşdirilir.

  2. Baş və budaq cümlə müəyyən edilir.

  3. Budaq cümlənin növü (mübtəda, tamamlıq, təyin budaq cümləsi olması və s.), baş cümlənin hansı vasitələrlə bağlandığını müəyyən edilir. Sonra baş və budaq cümlənin hər biri ayrı-ayrılıqda sadə cümlə kimi təhlil edilir.

 Cümlə üzvləri bir-biri ilə həm mənaca, həmdə qrammatik cəhətdən bağı olur və sintaktik suala cavab verir. Məsələn: Bülbül bir bir an meşənin sükutunu dinlədi – cümləsində bülbülün hərəkəti, bu hərəkətin zamanı və obyekti ifadə olunur.

Hər hansı söz cümlə üzvü olmaq üçün, ilk növbədə, müstəqil leksik mənaya malik olmalı və cümlədəki başqa üzvlərlə sintaktik əlaqəyə girməlidir. Məsələn: Eldar, deyəsən sən də bu yay çox işləmisən – cümləsində Eldar və deyəsən sözləri daxil olduğu cümlənin üzvləri ilə mənaca bağlı olsada, qramatik cəhətdən bağlı deyil. Ona görə də belə sözlər cümlə üzvü sayılmır. Birinci söz (Eldar) xitab, ikinci söz (deyəsən) ara söz hesab olunur.


Cümlə üzvləri əsas nitq hissələri ilə ifadə olunur. İsim daha çox mübtəda və tamamlıq vəzifəsində, sifət, say, daha çox təyin, zərf – zərflik, təsriflənən fellər xəbər vəzifəsində işlənir. Məsələn: Siz Məhəmməd deyilsinmi? – cümləsində siz sözü ismi əvəz etdiyi üçün mübtəda vəzifəsində işlənir.
Nitq hissələri ilə ifadə olunan üzvlər sadə, söz birləşmələri ilə ifadə olunanlar mürəkkəb üzvlər adlanır.
Yüklə 14,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin