ŞİRKƏTLƏr arasi rəqabəT



Yüklə 0,81 Mb.
səhifə25/97
tarix01.01.2022
ölçüsü0,81 Mb.
#107406
1   ...   21   22   23   24   25   26   27   28   ...   97
Rəqabət Kitabı (3)

Miqyas İqtisadiyyatı - İxracata yönəlmiş strategiyalr vasitəsi ilə şirkətlər miqyas iqtisadiyyatını əldə etmək üçün istehsal mərkəzlərində cəmləşərək buna nail olub­lar. Milli bazarlar arasında qarşılıqlı asılılıqdan birin­cisi olan miqyas iqtisadiyyatı ixracat strategi­ya­sı­dır. Bu mərhələ qısa olub. Şirkətlərin məhsullarını it­xal edən bir çox xarici dövlət şirkətləri itxal edilən məh­sulun öz ölkələrində istehsalını tələb ediblər. Bu da öz növbəsində xarici investisiya qoyuluşu strate­gi­yasının ortaya çıxmasına yol açıb.

  • Fəaliyyətdə Qarşılıqlı Asılılıq - Şirkətlər xaricə sər­ma­yə qoyuluşu sadəcə tələb etdikləri üçün deyil, eyni za­manda rəqiblərin strategiyalarına reaksiya vermək üçün də ölkədən kənara investisiya qoyurlar. Buna ən gö­zəl nümuna Coca-Cola ilə Pepsi-Cola şirkətləridir. Coca-Cola şirkətinin investisiya qoyduğu hər bir öl­kədə Pepsi-Cola şirkəti də var. İlkin mərhələdə şöbələr avtonomiya formasında idarə olunr. Lakin zamanla, bu öz növbəsində fəaliyətlərdə qarşılıqlı asılılığı artırıb. Şirkətin şöbəsində və ya əməkdaşlıq etdiyi tərəf mü­qa­bi­linin istehsal etdiyi yarımfabrikatlara olan ehtiyacı şir­kətləri qarşılıqlı asılılığa yönəldib. Bir şirkətin fəa­liyyətindəki tərəf müqabilinin fəaliyyətinə olan ehtiyac fəaliyyətlərdə qarşılıqlı asılılığı meydana gətirir. Bu da milli bazarların bir-birinə qarşılıqlı və davamlı ası­lı­lığını artırır.

  • İnformasiyada Qarşılıqlı Asılılıq - Qlobal rəqabətin üçün­cü dövrəsi iformasiyada qarşılıqlı asılılığın tə­ka­mü­lüylə birlikdə ortaya çıxır. Bu mərhələdə fərqli ba­zarlardan öyrənmə, öyrəndiklərini mənimsəmə və bu­nu bazarlardakı strateji mövqeyini gücləndirmədə isti­fadə etmə ehtiyacıdır.

    1. Oyuna Təsir Edə Bilmək Ya da Aktyor Olmaq

    Yeni rəqabət şərtləri, oyunda iştirak edən aktyorların rollarını və qarşılıqlı təsirlənmələri yenidən qiymətləndiril­mə­yi də tələb edir. Bu da öz növbəsində qloballaşma şərai­tində, rəqabətin əsasını təşkil edir və aktyorların rollarını, oyu­nun qaydalarını dəyişdirir. Çünki, oyunu artıq sərhədləri qey­ri-müəyyən olan qlobal bir arenada oynamaq lazımdır. Qlo­bal arenanın oyunçuları mütəmadi olaraq yenilənir və də­yişir. Hər iştirakçı, qaydaları ilə iştirak etməyə, bir aktyor ki­mi rollarını oynamağa çalışır. Oyuna qatılanlar, oyuna təsir et­dikləri ölçüdə və əldə etdikləri qazancla özlərini göstərirlər. Nə var ki, oyun oynamaq oyunçuların təşəbbüsündədir. Oyun­­­çular, oynamaq üçün məcbur olmadıqları kimi qazanc əldə etmək üçün də məcbur edilə bilməzlər. Qazanc əldə et­mək üçün oyuna qatılmaq lazımdır. Qaldı ki, heç bir aktyor itirmək üçün oyuna girməz. Girmədən əvvəl əldə edəcəyi qa­zancı düşünür. Təhqiqatlar, oyunda müvəffəqiyyətli olan şir­kət­lərin ümumiyyətlə yeni iştirakçılar olduğunu ortaya çıxar­mışdır.

    Şirkətlər lider şirkətləri nümunə götürərək onlar qədər təsirli olmağa çalışırlar. Bu cür fəaliyyətlər oyunda qala bil­mək üçün şərtdir. Amma oyunda qala bilmək də kafi deyil. Oyun­da qala bilmək üçün rəqiblərin olduqları yerə çatmaq əhə­miyyətli ola bilər bəlkə, amma əsl olan oyunda qalib gəl­mə yolunda yeni oyun qaydaları icad etmə qabiliyyətini da­şı­maqdır.

    Qloballaşan rəqabət arenasında davamlı dəyişmə (dəyi­şən-aktyorlar və rolları, şərait, vasitələr) prosesi yaşanır. Bu proseslə birlikdə bir sonrakı oyun qaydaları da dəyişir. Buna görə də mövcud rəqabət qaydaları üzərində deyil, gələcəyin rə­qabəti üzərində fikirləşmək lazımdır. Bunun üçün bənzərsiz və təqlid edilə bilməz dəyər yaratmaq lazımdır. Buda öz növ­bə­sində digər şirkətlərlə qarşılıqlı əlaqələr quraraq əmək­daş­lıq çərçivəsində oyunun aktyorlarından biri olmağa imkan verir. Bununla yeni rolların nələri ehtiva etdiyi, digər akt­yor­larla inteqrasiya olunmanın necə olacağının yaşanaraq öy­rə­nilməsini təmin edir və şirkətlərə davamlı öyrənmə imkanı tanıyır.

    Yeni rəqabət şərtlərində şirkətlər üçün yenilənmə, yara­dıcı düşünmə daha da əhəmiyyətli bir amildir. Mövcud sek­tor­larda rəqabətin bünövrəsini yenidən meydana gətirə bil­mək və yeni sektorlar yarada bilmək yenilənməyi, yaradıcı dü­şün­məyi tələb edir. Bazara yeni girən aktyorların rollarının dəyişməsi qarşısında, şirkətlər dəyişmək zərurəti hiss edirlər. Əks təqdirdə, arenadan çəkilərək, digər aktyorların rollarını oy­namalarına imkan verərək, özləri oyundan kənarda qa­la­caq­lar və bunun reallaşmaması üçün hər şeyi yenidən dü­şünmələri lazımdır. Hər şeyin yenidən, yaradıcı bir düşüncə ilə ələ alınması isə yeni fürsətlərin qiymətləndirilməsinə im­kan verəcək. Bu cür düşünmə forması keçmişin səhvlərindən tə­mizlənməyi və keçmişdəki uğurlarla öyünməkdən xilas olmağı təmin edir. Hər şeyi yenidən düşünmək, radikal qərar­lar almağı da tələb edir. Hər şeyi yenidən düşünərək təxəyyül iyerarxiyası meydana gətirmədə bəşəri sərmayələrinin(işçi qüvvəsinin) iştirakını da təmin edərlər. Bununla da yeni strateji düşünmənin içərisində təzə səslərin iştirakını real­laş­dırmış olarlar.




    Yüklə 0,81 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   21   22   23   24   25   26   27   28   ...   97




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin