Azərbaycan dilində, lüğətlərdə sahibkarlıq kimi tərcümə olunan İngilis dilindəki "entrepreneurship“, Türk dilində “girişimcilik" adlanır. Fikrimizcə Azərbaycan dilində təşəbbüskarlıq kəlməsinin bu terimin mənasını qarşılayır. Çünkü təşəbbüskarlıq kəliməsi təşəbbüskar olma, yenilik etmə mənasını verir. Bu da ingilis dilində və türk dilində bu kəlimənin mənası ilə üst üstə düşür. Təşəbüskarlıq mədəniyyəti bugün ən aktual mövzulardan biridir. Təşəbbüskarlıq mədəniyyəti mövzusunda müxtəlif təriflər olmasına baxmayaraq bunların hamısının ortaq bir nöqtəsi var. Bunu, potensial fürsətlərin davamlı yenidən şəkilləndiyi qlobal mühitdə qazanc və bazar imkanlarını axtarıb, riski və qeyri-müəyyənliyi minimuma endirərək, yenilik edərək araraşdırmaq və inkişaf etdirmə kimi qiymətləndirmək mümkündür. Qloballaşma istər böyük istər kiçik bütün şirkətlər üçün fürsətlər təqdim edir. Bu prosesdə qaçırılan fürsətlərin bir daha geri qaytarılması çox çətin olduğundan təşəbbüskarlıq mədəniyyəti qloballaşmanın bir parçası halına gəlib.
Bugün iş dünyasının qlobal səviyyə qazanmış olması, rəqabət etmə və davam etdirilə bilər rəqabətçi üstünlük qazanma fikri şirkətlərin idarə olunma fəlsəfəsinin əsasını təşkil edir. Şitkətlərin idarə olunmasl klassik və ənənəvi metodlarla deyil, məsələlərə daha çox intellektual və qlobal baxa bilməyi tələb edir. Bugün təcrübəyə söykənən, sıravi təşəbbüskarlıq yerinə, analizə və sintezə söykənən, təhsilli, proaktif şəxsiyyətə sahib, strateji düşünə bilən, missiya və vizion dizaynı meydana gətirə bilmə qabiliyyətinə sahib, informasiya cəmiyyətinin üzvü olmağa hazır təşəbbüskarlara buraxır. Bu mənada intellektual kimi səciyyələndirilən, təşkilatı davamlı yenidən yaradan, iş həyatına və sektora bağlı uzaqgörənliyi olan elmi, estetiği, analiz və sintez düşüncə cığırında davamlı istifadə edə bilən təşəbbüskarlara ehtiyac var. Dəyişmə sürətinin yüksək olduğu qlobal dünyanın və informasiya cəmiyyətinin təşəbbüskarları şirkətlərin idarə olunmasında və yeni rəqabət şərtlərində müəssisəni yaşadan və gələcəyə götürən mütəxəssislər olacaq.
Fərdi inkişaf olmadan təşkilatın inkişafını reallaşdıra bilmək mümkün deyil. Bu mənada bugün təşəbbüskar tipologiyası, idarə etmə bacarığı qədər dünyada meydana gələn dəyişmələr və inkişafları da yaxından izləyən, informasiyaya və düşüncə gücünə sahib fərdlərdən meydana gəlmək məcburiyyətindədir. Təşəbbüskar, davamlı informasiya satdığını anladığı anda informasiya çağına keçə bilər. Təşkilatı, istehsal etdiyi məhsul ya da xidmət haqqında hər cür sualı cavablaya biləcək bir ‘informasiya mərkəzi' kimi görmək lazımdır.
Bu cəhətiylə qiymətləndirildiyində, inkişaf edən və sərtləşən yerli və qlobal rəqabət mühitində, dəyişməyə uyğunlaşmayı təmin edib müvəffəqiyyətli ola bilmək üçün təşkilat daxilində paylaşılan bir təşəbbüskarlıq ruhu və rəqabət strategiyalarına sahib olmanın əhəmiyyəti get-gedə artır. Bir şirkətin rəqiblərindən əvvəl risk alması, yenilik etməsi, yeni qabiliyyətlər qazanması kimi təşəbbüskar fəaliyyətlərin cəmini ifadə edən şirkət təşəbbüskarlığı, nəticədə o şirkətin performansını artıran ən əhəmiyyətli amillərdən biri kimi qəbul edilməlidir.
Təşəbbüskar şirkət məfhumu üçün müəyyən tərif verməkdən çox bu məfhumun başa düşülməsi ilə əlaqədar cəhdlər müşahidə olunur. Başqa bir ifadə ilə, təşəbbüskar şirkət, rəqabətçi üstünlükləri yaratma prosesində ya da gəlirliliyi və rəqabətçi mövqeyi əldə etmə və ya var olan bir işin strateji yenilənməsini möhkəmlətmə, yeni gəlir sahələri yaratma və ya şirkət daxili davranış modellərini anlama ilə əlaqədardır. Şirkətlərin rəqibsiz mövqeyə gəlmə arzusu, ətraf mühüt şərtlərindəki dəyişmələr səbəbiylə, gələcəkdə ortaya çıxan fürsətlərin zamanında fərq edilərək yeni fikirlərin yaradılmasına yerli, beynəlxalq və qlobal bazarlardan yeni gəlir kanalları əldə edilməsinə və böyümələrini təmin etmələri, təşəbbüskar şirkətin davranış xətti kimi qiymətləndirilməsini tələb edir.
Ölkələrin rifah içində yaşaya bilmələrində, ölkənin iqtisadi böyümə və inkişafında və davam etdirilə bilər rəqabətçi üstünlük əldə edə bilmələrində son dərəcə əhəmiyyətli bir güc olan təşəbbüskarlıq mədəniyyətidir. Bu mənad, xüsusi ilə inkişaf etməkdə olan ölkələr üçün əhəmiyyət daşıyır. Qlobal ünsürlər, əsasən inkişaf etməkdə olan ölkələrin iqtisadi siyasətlərinin meydana gəlməsində açıqca ifadə edilməsə də böyük rol oynayırlar. Şübhəsiz bu vəziyyət təşəbbüskarları və təşəbbüskarlıq mədəniyyətinə də təsir edir. Çünki, bir ölkədə tətbiq olunan iqtisadi strategiyalar təşəbbüskarları və təşəbbüskarlığı yaxından maraqlandırır, onları istiqamətləndirən, var edən və ya yox edən nəticələri ehtiva edir.
Dostları ilə paylaş: |