ŞİRKƏTLƏr arasi rəqabəT


ÜÇÜNCÜ BÖLÜM RƏQABƏTDƏ YENİ PERSPEKTİVLƏRİN TƏHLİLİ



Yüklə 0,81 Mb.
səhifə36/97
tarix01.01.2022
ölçüsü0,81 Mb.
#107406
1   ...   32   33   34   35   36   37   38   39   ...   97
Rəqabət Kitabı (3)

ÜÇÜNCÜ BÖLÜM




RƏQABƏTDƏ YENİ PERSPEKTİVLƏRİN TƏHLİLİ


Yeni rəqabət şərtlərinin daha yaxşı başa düşülməsi, rəqabətin yenidən incələnməsini də zəruri edir. Bu baxımdan rəqabətin istiqamətləndirici strategiyalarının araşdırılması da vacib məsələ kimi qarşımıza çıxır. Rəqabətin yenidən in­cə­lən­məsi, şirkətlər tərəfindən reallaşdırılaması lazım olan ad­dım­ları əhatə edir. Bu addımlar şirkətlərin davam etdirilə bilər rəqabətçi üstünlük qazanmalarında əhəmiyyətli amil­lərdir.



Gələcəyi Görməyə Çalışmaq

Qloballaşan rəqabət arenasında davamlı dəyişmə pro­sesi yaşanır. Bu proseslə birlikdə rəqabətçi üstünlük təmin edən amillər və üsullar qalıcı deyil və şirkətlər rəqabət edə bilmə güclərini itirirlər. Dəyişə bilmək və bu dəyişmələri idarə edə bilmək bugün bütün təşkilat və şirkətlər üçün vacib məsələlərdən biridir və bundan sonra da olacaq. Başqa şir­kətlər tərəfindən dəyişməyə məcbur edilməkdənsə, dəyiş­mə­nin önündə olmaq, dəyişməyi reallaşdırmaq daha əhəmiy­yət­lidir. Buna görə də şirkətlər üçün əhəmiyyətli olan, mövcud rəqabət qaydaları üzərində deyil, gələcəyin rəqabəti üzərində düşünmələridir. Şirkətlər üçün, ayaqda qala bilmənin və var­lığını davam etdirə bilmənin ilk addımı, içində olduğu sekto­run quruluşunun gələcəyini əvvəlcədən görməyə çalışmaqdır.

Gələcəyin rəqabəti isə, fərqli olmağı ön plana çıxarır. Fərqliləşmə, yalnız məhsulla əlaqədar deyil, bütün mövzuları əhatə edir. Şirkətlərin rəqabətçi üçtünlük əldə etmələri ya da rə­qiblərindən bir addım qabaqda gələcəyə çatmaq üçün fərq­liləşmələri zərurət kimi görünür. Fərqli məhsullar və xid­mət­lər, fərqli üsullar ilə fərqliləşmə yollarını axtarma zəruriliyi bu gündən gələcəkdə yaşaya bilmək ya da davam etdirilə bi­lər rəqabətçi üstünlük ilə gələcəkdə var ola bilmək üçün əhə­miyyətlidir. Çünkü, fərqliləşməyən şirkətlərin gələcəyin rə­qabətində geri qalacaqları, hətta, yox olacaqları ifadə olunur.

Ayrıca, gələcəyi görmə, dəyişməyi xəyal edə bilmə ba­carığına bağlıdır. Dəyişmənin və gələcəyin fürsətlərinə isti­qa­mətləndirilmiş xəyal gücü, şirkət qabiliyyətlərinin bir bütün olaraq qiymətləndirilməsi ilə əlaqədardır. Fürsətlərə istiqamət verən və formalaşdıran şirkətlərin bu gündən gələcəkdəki mak­ro səviyyəli əsas meylləri sezmələri, dəyişmələr haqqında düşünmələri, strateji vəzifələri reallaşdırmaları, mikro səviy­yədə sözgəlişi müştərini idarə etmənin də önündə olması ilə mümkün ola biləcək. Şirkətlərin gələcəyin rəqabətçi üstün­lüyünə sahib ola bilmələri üçün görə bilmədiklərini xəyal et­mə­ləri və reallaşdırmaları lazımdır. Gələcək baxımından real­laş­dırılması lazım olan bəzi stratejik vəzifələr aşağıdaki cəd­vəldə göstərilib.





Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin