ŞİRKƏTLƏr arasi rəqabəT


Bütünləşmiş Əlaqələr Və Sistemlər



Yüklə 0,81 Mb.
səhifə47/97
tarix01.01.2022
ölçüsü0,81 Mb.
#107406
1   ...   43   44   45   46   47   48   49   50   ...   97
Rəqabət Kitabı (3)

Bütünləşmiş Əlaqələr Və Sistemlər

Yeni bazarların yaradılması, müştəri xidmətləri, yeni məhsul və prosses inkişaf etdirmə səyləri üçün inqilabi xüsu­siyyətdə dəyişikliklərin təmin edilə bilməsi tək bir şirkətin imkanı xaricindədir. Bu məqsədlə şirkətlər bir çox sahədə digər təşkilatlarla əməkdaşlığa gedərək ittifaqlar meydana gətirirlər, bütünləşmiş əlaqələr və sistemlər içində iştirak etmək məcburiyyətində qalırlar. İnformasiya texnologiya­larının köməkliyi ilə bu cür ittifaqlar ilə böyümənin açarı yeni şirkət dizaynları və şirkət birlikləri meydana gəlib. İstər şirkətin özü tərəfindən, istərsə və əksər hallarda digər quru­luş­lar tərəfindən təmin edilən, bir-birini tamamlayan xüsusiy­yətdəki funksiyalardan ibarət olan şəbəkələr qurulur, bu şəbə­kələr sinerjik birliklər və ya digər bir ifadə ilə "İş Ekosis­temleri" olaraq adlandırılan, bütünləşmiş əlaqələr və sistem­lər meydana gətirirlər. Hər nə qədər bu cür əməkdaşlıqlar yeni bir anlayış olmasa da, inteqrasiya olunmanın səviyyəsini və yeni təşkilatlar üçün təqdim etdiyi fürsətlər baxımından ələ alındığında mövcud texnologiya olmadan bu cür bir qu­ruluşun meydana gətirilməsinin mümkün olmadığı görülə­cək.

Şirkətlər qlobal miqyasda rəqabət edə bilmələri üçün davamlı yenilənmək məcburiyyətindədirlər. Texnologiya is­teh­sal edən şirkətlərdən istehsal şirkətlərinə qədər bütün təşkilatlar, istehsal yerindən satışa çıxarma və paylamaya qədər bütün prosseslərdə eynivaxtlı yeni qabiliyyətlər inkişaf etdirməli və bunu çox sürətli etmək məcburiyyətindədirlər. Məhdud qaynaqlarla bu cür rəqabətçi qabiliyyətləri yaradıcı şəkildə tək başına inkişaf etdirmək qeyri-mümkündür.

Bunun reallaşdırılması şirkətlər arasındakı bütünləş­mişl əlaqələr və sistemlər qurulmasıyla mümkündür. Bütün­ləş­miş əlaqələr qurularaq və sistemi meydana gətirən üzvlər bir-birlərini tamamlayaraq qabiliyyətlərini birlikdə inkişaf et­dirmə imkanı əldə edirlər. Şirkətlərin qlobal arenada davam et­­dirilə bilər rəqabətçi üstünlük əldə edə bilmələri üçün açar vəziyyətdəki bütün tərəflərlə əməkdaşlıq qurmaları və bütün­ləşmiş bir sistem içərisində iştirak etmələri ilə mümkündür.

Buna, İntel şirkətini uğurlu bir nümunə olaraq göstərə bilərik: İntel nizamlı bir şəkildə daha sürətli və üstün perfor­manslı mikro prosessorları bazara təqdim etdiyində mövcud və əvvəlki versiyaların qiymətlərini də salıb sonunda bazar­dan çəkər. Hər yeni nəsil mikro prosessorun meydana gətirdi­yi bazar və sənaye həqiqətən böyük ölçülərdədir. Bazar mey­dana gətirmə səyləri müştərilər və paylama kanalları; yəni top­dancılar, pərakəndəçilər və digər satıcılar üzərində fokus­la­nar. İntel daha sürətli mikroprossesorlara ehtiyac duyacaq bir müştəri kütləsi meydana gətirmək üçün on milyardlarla dol­lar pul xərcləyir. Bu məqsədlə İntel öz hədəflərini ta­mam­layıcı mal və xidmətlər təmin edən bir çox proqram və təc­hi­zat istehsalçısı texnologiya quruluşuyla əməkdaşlıq edir. İntel, sistemdə iştirak edən digər şirkətlərlə satın alma razılaş­maları edir, mühəndislik və texnologiya dəstəyi verir hətta tez-tez doğrudan sərmayə qoyuluşu əlaqələrinə girir, hər yeni nəsil mikroprossesor yüzlərcə şirkəti İntellə birlikdə inkişaf etməsinə məcbur edilir.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin