ŞİRKƏTLƏr arasi rəqabəT


Gələcəyi Yaratmaq Üçün Bir Məntiq: Birlikdə Çalışmaq



Yüklə 0,81 Mb.
səhifə48/97
tarix01.01.2022
ölçüsü0,81 Mb.
#107406
1   ...   44   45   46   47   48   49   50   51   ...   97
Rəqabət Kitabı (3)

Gələcəyi Yaratmaq Üçün Bir Məntiq: Birlikdə Çalışmaq

Yenidən formalaşn bazarlar, şirkətləri məcbur edir ki, daima rəqabətçi mövqe tutsunlar. Bununla da müntəzəm bir şəkildə güclü rəqiblərə qarşı və sürətlə dəyişən ətraf mühütə uyğunlaşsınlar. Elastiklik, keyfiyyət, maya dəyəri liderliyi davam etdirilə bilər rəqabətçi üstünlük meydana gətirmədə əhəmiyyətli rol oynasalarda, şirkətləri və rəhbərlərini bir çox yeni təşkilatı strategiyalara müraciət etməyə vadar edir. Yenilənən rəqabət, fərqli və təsirli iş prossesləri yaratmağı və birlikdə işləməyə məcbur edir.

Yeni rəqabət şərtlərində əməkdaşlıq çox miqyaslı və çox şaxəli struktur xüsusiyyəti ifadə edir. Şirkətlər bir-birindən fərqli mövzularda fərqli xidmət vahidlərinin qaynaq­la­rına, qabiliyyətlərinə hər an ehtiyac hiss edir, təşkilatın kompleks bir hala gəlməsinə gətirib çıxarır. Yeni məlumatlar meydana gətirmə və paylaşma sistemləri qurulur. Hər yerdə və hər zaman, məlumatı əldə etmək ya da məlumatı doğru adama zamanında təqdim edə bilmək əsas funksiyalardan biridir. Şirkətlərin bir-birlərinə bağlı fəaliyyətləri istər istə­məz başqa qaynaqların istifadəsini tələb edir və buna görə də diğər şirkətlərlə əməkdaşlığa olan ehtiyacı artırır. Bu isə, əməkdaşlığa bağlı daha təsirli və daha fərqli ya da ənənəvi üsullardan başqa iş imkanlarının araşdırılmasını tələb edir.

Ənənəvi rəqabətdə, rəqiblər bir-birlərini düşmən kimi görürlər. Bu məhdudlaşdırıcı bir görüşdür. Buna qarşı, Ya­poniyada müxtəlif qida məhsulları istehsal edən şirkətlər düş­mənlik yerinə, bir araya gələrək supermarketlərə yarısı boş yük maşınlarla ayrı-ayrı mal təslim etmənin məntiqli olma­dığını, daşıma işini paylaşmağa qərar verirlər. Bunun nəticəsi kimi də malların təslimatındakı xərclərində 80% azalma olmuşdur.

Bir şirkətin bütün sistemi idarə edə biləcək gücə və sərmayəyə sahib ola bilməsi getdikcə çətinləşir. Bu vəziyyət şirkətləri rəqibləriylə əməkdaşlıq etməyə doğru istiqamətlən­dirir. Rəqiblər bir-birlərinin iş tamamlayıcıları vəziyyətinə gəlirlər. Yaşadığımız dünyada yaradıcı strategiyalar meydana gətirmək olduqca çətinləşir. Şirkətlər müştəriləriylə danış­maq, tədarikçi şirkətlərlə birlikdə işləmək, qruplar meydana gətirmək və hətta rəqiblərlə birlikdə strateji əməkdaşlıq qur­maq zəruriliyi hiss edirlər.

Birlikdə işləyərək rəqabətin işləyişini tənzimləmək ciddi bir düşünmə prossesini tələb edir. Əməkdaşlıq ehtimal­larına və hər kəsin qazanacağı strategiyalara həssas bir şəkil­də yanaşmaq lazımdır. Əməkdaşlıq etmək və eyni zamanda rə­qabət etmək üçün nəticələrini hesablaya biləcək bir mexa­nizmə ehtiyac duyulur.

Birlikdə işləmək və daha çox dəyər əldə etmək üçün, şirkətlər mövcud ticari əlaqələrini və təşkilatlarını yenidən qiy­mətləndirmələrini, prossesləri yenidən hazırlamalarını va­cib məsələ kimi orataya çıxardır. Ticari əlaqələrin yenidən hazırlanması və mövqeləndirilməsi, sistemdə rolların yenidən təyin olunmasını, boş qalmış istehsal gücünün istifadə edil­məsini, xərclərin azaldılmasını və məhsuldarlığın artırılma­sını tələb edir. Burada; müştəri zövq və ehtiyaclarını qarşıla­mağa yönəlmiş prosseslər, bütünləşmiş dəyər zənciri isteh­salı, iş ortaqlarının ticari qazanclarının maksimum səviyyəyə çatdırmaq və ticari fəaliyyətlərdə davam etdilə bilən rəqabətçi mövqeləri ilə bağlı təkliflərin qiymətləndirilməsi əhəmiyyətli rol oynayır.

Bu prossesdə çalışanların rollarını, əməkdaşlıq platfor­ma­sında geniş iştirakı şəklində ələ almaq lazımdır. Lazımlı şüur, kafi motivasiya və güclü uyğunlaşma, prossesdə ola biləcək axsama və müqaviməti aradan qaldırmağa köməkçi olacaq. Birlikdə işləmək "qazan qazan şəklində bir əmək­daş­lıq modeli" inancı meydana gətirmək, ticari fəaliyyətlərdə qabaqcıl şirkətlərin rollarına da ölçü qazandırır. Bunun üçün etibarlı bir əməkdaşlıq, bilavasitə bir ünsiyyət və güclü bir məlumat sisteminin qurulması lazımdır. Bu baxımdan bir­likdə işləmək iş ortaqlarının satışlarla əlaqəli məsələlər böyük əhəmiyyət daşıyır.

Şirkətlərin birlikdə işləməsi müxtəlif şəkillərdə əmək­daşlıq edərək mümkün ola bilər. Bunlar:


  • Satışa çıxarma və Satış Əməkdaşlığı; bir bazara gir­mədə strategiya kimi şirkətlər bir araya gələrək məh­sullarını birlikdə satışa çıxarmağa qərar verirlər. Satışa çıxarma və satış əməkdaşlığı məhsulların bütü­nünü, mövcud və gələcək bazarları əhatə edir.

  • İstehsal əməkdaşlığı; istehsalçı şirkətlər bir araya gələrək bir-birilərinin məhsullarını tamamlayır və ya yeni bir məhsul meydana gətirirlər. Bu, eyni zamanda ortaq texnologiya istifadəsi mənasına da gəlir.

  • Yeni əməkdaşlıq; şirkətlər bir araya gələrək yeni bir şirkət meydana gətirirlər. Bu yeni bir inkişaf strate­giyasıdır. Bu şəkildə şirkətlər özlərini yeniləyərək, tex­nologiyalarını yeniləmə fürsətinə və miqyas iqtisa­diyyatına sahib olurlar.

  • Araşdırma-inkişaf etdirmə əməkdaşlığı; şirkətlər bir araya gələrək, inkişafı mümkün görülən iş sahələrində ris­qi paylaşmaq məqsədi və gəlirləri bölüşdürmək üçün lazım olan sərmayəni maliyələşdirirlər. Bu cür əməkdaşlıqda tərəflərin ortaq mənfəətləri əsas amil­dir.




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin