ŞİRKƏTLƏr arasi rəqabəT


Təşəbbüskarlıq Mədəniyyəti



Yüklə 0,81 Mb.
səhifə32/97
tarix01.01.2022
ölçüsü0,81 Mb.
#107406
1   ...   28   29   30   31   32   33   34   35   ...   97
Rəqabət Kitabı (3)

Təşəbbüskarlıq Mədəniyyəti

Azərbaycan dilində, lüğətlərdə sahibkarlıq kimi tərcü­mə olunan İngilis dilindəki "entrepreneurship“, Türk dilində “girişimcilik" adlanır. Fikrimizcə Azərbaycan dilində təşəb­büs­­karlıq kəlməsinin bu terimin mənasını qarşılayır. Çünkü təşəbbüskarlıq kəliməsi təşəbbüskar olma, yenilik etmə mə­nasını verir. Bu da ingilis dilində və türk dilində bu kəlimənin mənası ilə üst üstə düşür. Təşəbüskarlıq mədəniyyəti bugün ən aktual mövzulardan biridir. Təşəbbüskarlıq mədəniyyəti mövzusunda müxtəlif təriflər olmasına baxmayaraq bunların hamısının ortaq bir nöqtəsi var. Bunu, potensial fürsətlərin davamlı yenidən şəkilləndiyi qlobal mühitdə qazanc və bazar imkanlarını axtarıb, riski və qeyri-müəyyənliyi minimuma en­dirərək, yenilik edərək araraşdırmaq və inkişaf etdirmə kimi qiymətləndirmək mümkündür. Qloballaşma istər böyük istər kiçik bütün şirkətlər üçün fürsətlər təqdim edir. Bu prosesdə qaçırılan fürsətlərin bir daha geri qaytarılması çox çətin olduğundan təşəbbüskarlıq mədəniyyəti qloballaşmanın bir parçası halına gəlib.

Bugün iş dünyasının qlobal səviyyə qazanmış olması, rəqabət etmə və davam etdirilə bilər rəqabətçi üstünlük qa­zan­ma fikri şirkətlərin idarə olunma fəlsəfəsinin əsasını təşkil edir. Şitkətlərin idarə olunmasl klassik və ənənəvi metodlarla deyil, məsələlərə daha çox intellektual və qlobal baxa bilməyi tələb edir. Bugün təcrübəyə söykənən, sıravi təşəbbüskarlıq yerinə, analizə və sintezə söykənən, təhsilli, proaktif şəx­siy­yətə sahib, strateji düşünə bilən, missiya və vizion dizaynı mey­dana gətirə bilmə qabiliyyətinə sahib, informasiya cə­miy­yətinin üzvü olmağa hazır təşəbbüskarlara buraxır. Bu mə­na­da intellektual kimi səciyyələndirilən, təşkilatı davamlı ye­nidən yaradan, iş həyatına və sektora bağlı uzaqgörənliyi olan elmi, estetiği, analiz və sintez düşüncə cığırında davamlı is­tifadə edə bilən təşəbbüskarlara ehtiyac var. Dəyişmə sürəti­nin yüksək olduğu qlobal dünyanın və informasiya cəmiy­yə­tinin təşəbbüskarları şirkətlərin idarə olunmasında və yeni rəqabət şərtlərində müəssisəni yaşadan və gələcəyə götürən mütəxəssislər olacaq.

Fərdi inkişaf olmadan təşkilatın inkişafını reallaşdıra bilmək mümkün deyil. Bu mənada bugün təşəbbüskar tipolo­giyası, idarə etmə bacarığı qədər dünyada meydana gələn dəyişmələr və inkişafları da yaxından izləyən, informasiyaya və düşüncə gücünə sahib fərdlərdən meydana gəlmək məcbu­riyyətindədir. Təşəbbüskar, davamlı informasiya satdığını an­la­dığı anda informasiya çağına keçə bilər. Təşkilatı, istehsal etdiyi məhsul ya da xidmət haqqında hər cür sualı cavablaya biləcək bir ‘informasiya mərkəzi' kimi görmək lazımdır.

Bu cəhətiylə qiymətləndirildiyində, inkişaf edən və sərt­ləşən yerli və qlobal rəqabət mühitində, dəyişməyə uy­ğun­laşmayı təmin edib müvəffəqiyyətli ola bilmək üçün təşkilat daxilində paylaşılan bir təşəbbüskarlıq ruhu və rəqa­bət strategiyalarına sahib olmanın əhəmiyyəti get-gedə artır. Bir şirkətin rəqiblərindən əvvəl risk alması, yenilik etməsi, yeni qabiliyyətlər qazanması kimi təşəbbüskar fəaliyyətlərin cəmini ifadə edən şirkət təşəbbüskarlığı, nəticədə o şirkətin per­formansını artıran ən əhəmiyyətli amillərdən biri kimi qəbul edilməlidir.

Təşəbbüskar şirkət məfhumu üçün müəyyən tərif ver­mək­dən çox bu məfhumun başa düşülməsi ilə əlaqədar cəhd­lər müşahidə olunur. Başqa bir ifadə ilə, təşəbbüskar şir­kət, rəqabətçi üstünlükləri yaratma prosesində ya da gəlirliliyi və rəqabətçi mövqeyi əldə etmə və ya var olan bir işin strateji yeni­lənməsini möhkəmlətmə, yeni gəlir sahələri yaratma və ya şirkət daxili davranış modellərini anlama ilə əlaqədardır. Şirkətlərin rəqibsiz mövqeyə gəlmə arzusu, ətraf mühüt şərtlərindəki dəyişmələr səbəbiylə, gələcəkdə ortaya çıxan fürsətlərin zamanında fərq edilərək yeni fikirlərin yaradıl­ma­sı­na yerli, beynəlxalq və qlobal bazarlardan yeni gəlir kanal­ları əldə edilməsinə və böyümələrini təmin etmələri, təşəb­büs­kar şirkətin davranış xətti kimi qiymətləndirilməsini tələb edir.

Ölkələrin rifah içində yaşaya bilmələrində, ölkənin iqti­sadi böyümə və inkişafında və davam etdirilə bilər rəqabətçi üstünlük əldə edə bilmələrində son dərəcə əhəmiyyətli bir güc olan təşəbbüskarlıq mədəniyyətidir. Bu mənad, xüsusi ilə inkişaf etməkdə olan ölkələr üçün əhəmiyyət daşıyır. Qlobal ünsürlər, əsasən inkişaf etməkdə olan ölkələrin iqtisadi siya­sət­lərinin meydana gəlməsində açıqca ifadə edilməsə də bö­yük rol oynayırlar. Şübhəsiz bu vəziyyət təşəbbüskarları və təşəbbüskarlıq mədəniyyətinə də təsir edir. Çünki, bir ölkədə tətbiq olunan iqtisadi strategiyalar təşəbbüskarları və təşəb­büs­karlığı yaxından maraqlandırır, onları istiqamətləndirən, var edən və ya yox edən nəticələri ehtiva edir.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin