Bütünləşmiş Əlaqələr Və Sistemlər
Yeni bazarların yaradılması, müştəri xidmətləri, yeni məhsul və prosses inkişaf etdirmə səyləri üçün inqilabi xüsusiyyətdə dəyişikliklərin təmin edilə bilməsi tək bir şirkətin imkanı xaricindədir. Bu məqsədlə şirkətlər bir çox sahədə digər təşkilatlarla əməkdaşlığa gedərək ittifaqlar meydana gətirirlər, bütünləşmiş əlaqələr və sistemlər içində iştirak etmək məcburiyyətində qalırlar. İnformasiya texnologiyalarının köməkliyi ilə bu cür ittifaqlar ilə böyümənin açarı yeni şirkət dizaynları və şirkət birlikləri meydana gəlib. İstər şirkətin özü tərəfindən, istərsə və əksər hallarda digər quruluşlar tərəfindən təmin edilən, bir-birini tamamlayan xüsusiyyətdəki funksiyalardan ibarət olan şəbəkələr qurulur, bu şəbəkələr sinerjik birliklər və ya digər bir ifadə ilə "İş Ekosistemleri" olaraq adlandırılan, bütünləşmiş əlaqələr və sistemlər meydana gətirirlər. Hər nə qədər bu cür əməkdaşlıqlar yeni bir anlayış olmasa da, inteqrasiya olunmanın səviyyəsini və yeni təşkilatlar üçün təqdim etdiyi fürsətlər baxımından ələ alındığında mövcud texnologiya olmadan bu cür bir quruluşun meydana gətirilməsinin mümkün olmadığı görüləcək.
Şirkətlər qlobal miqyasda rəqabət edə bilmələri üçün davamlı yenilənmək məcburiyyətindədirlər. Texnologiya istehsal edən şirkətlərdən istehsal şirkətlərinə qədər bütün təşkilatlar, istehsal yerindən satışa çıxarma və paylamaya qədər bütün prosseslərdə eynivaxtlı yeni qabiliyyətlər inkişaf etdirməli və bunu çox sürətli etmək məcburiyyətindədirlər. Məhdud qaynaqlarla bu cür rəqabətçi qabiliyyətləri yaradıcı şəkildə tək başına inkişaf etdirmək qeyri-mümkündür.
Bunun reallaşdırılması şirkətlər arasındakı bütünləşmişl əlaqələr və sistemlər qurulmasıyla mümkündür. Bütünləşmiş əlaqələr qurularaq və sistemi meydana gətirən üzvlər bir-birlərini tamamlayaraq qabiliyyətlərini birlikdə inkişaf etdirmə imkanı əldə edirlər. Şirkətlərin qlobal arenada davam etdirilə bilər rəqabətçi üstünlük əldə edə bilmələri üçün açar vəziyyətdəki bütün tərəflərlə əməkdaşlıq qurmaları və bütünləşmiş bir sistem içərisində iştirak etmələri ilə mümkündür.
Buna, İntel şirkətini uğurlu bir nümunə olaraq göstərə bilərik: İntel nizamlı bir şəkildə daha sürətli və üstün performanslı mikro prosessorları bazara təqdim etdiyində mövcud və əvvəlki versiyaların qiymətlərini də salıb sonunda bazardan çəkər. Hər yeni nəsil mikro prosessorun meydana gətirdiyi bazar və sənaye həqiqətən böyük ölçülərdədir. Bazar meydana gətirmə səyləri müştərilər və paylama kanalları; yəni topdancılar, pərakəndəçilər və digər satıcılar üzərində fokuslanar. İntel daha sürətli mikroprossesorlara ehtiyac duyacaq bir müştəri kütləsi meydana gətirmək üçün on milyardlarla dollar pul xərcləyir. Bu məqsədlə İntel öz hədəflərini tamamlayıcı mal və xidmətlər təmin edən bir çox proqram və təchizat istehsalçısı texnologiya quruluşuyla əməkdaşlıq edir. İntel, sistemdə iştirak edən digər şirkətlərlə satın alma razılaşmaları edir, mühəndislik və texnologiya dəstəyi verir hətta tez-tez doğrudan sərmayə qoyuluşu əlaqələrinə girir, hər yeni nəsil mikroprossesor yüzlərcə şirkəti İntellə birlikdə inkişaf etməsinə məcbur edilir.
Dostları ilə paylaş: |