ŞİRKƏTLƏr arasi rəqabəT


RƏQABƏT VƏ RƏQABƏT HÜQUQU HAQQINDA



Yüklə 0,81 Mb.
səhifə50/97
tarix01.01.2022
ölçüsü0,81 Mb.
#107406
1   ...   46   47   48   49   50   51   52   53   ...   97
Rəqabət Kitabı (3)

RƏQABƏT VƏ RƏQABƏT HÜQUQU HAQQINDA

Fərdlərin fayda, müəssisələrin isə qazanc məqsədiylə reallaşdırdığı hərəkətlərin ictimai rifaha çevrildiyini nəzərdə tutan bazar iqtisadiyyatının söykəndiyi əsas qanun, iqtisadi əlaqələrin sərbəst rəqabət mərkəzli olduğu düşüncəsidir. İqtisadi mənada rəqabət, bir bazarda satıcıların daha çox müştəri əldə edərək mal və xidmət satışlarını, buna görə də qazanclarını artırmaq üçün girişdikləri yarış şəklində təyin olunur. Rəqabət amili, təsirli işləyən bir bazar sistemi üçün əsas təşkil edir. Bazar aktyorları qərarlarının müstəqilliyini və fərdi mənfəətləri güdən hərəkətləri qorumaqla birlikdə, ictimai ədaləti və iqtisadi fəaliyyəti təmin edirlər.

Bazarların öz başına buraxılması nəticəsində bazardakı müəssisələrin dağıdıcı bir yarış içinə girmələri, yarışma yerinə ictimai rifaha və iqtisadi inkişafa mənfi təsir edəcək sövdələşmələrə getməsi ya da iqtisadi güclərini istifadə edərək istismarçı hərəkətlərə yol açması riskiylə qarşı-qarşıya qalınması dövlət müdaxiləsini qaçınılmaz edir. Bu cür hərə­kətlər, əsas demokratik haqq və azadlıqları məhdudlaşdırır. Bu problemlərin aradan qaldırılması, iqtisadi sistemin bir rəqabət qanunu ilə dəstəklənməsi və bu qanunu tətbiq edəcək təsirli bir rəqabət qurumunun və rəqabət hüququnun yaradıl­ması ilə mümkündür.

Rəqabət hüququnun əsaslarının tətbiq edicisi olan rəqa­bət qurumları, əslində sərbəst bazar iqtisadiyyatının təsirli bir model olaraq işləyə bilməsini təmin edirlər. Çünki, sərbəst bazarlar avtomatik bir şəkildə rəqabətçi bir mühit yaratmırlar. Müxtəlif səbəblərə görə, ümumiyyətlə isə əskik rəqabət bazarlarının olduğu diqqətə alındığında, rəqabət siyasəti əskik rəqabət mühitində ictimai rifaha mənfi təsir edən amillərin qarşısını almada ya da bunların təsirini azaltmada əhəmiyyətli bir vasitə olaraq ortaya çıxırlar.

Rəqabət qanunları da ümumiyyətlə rəqabəti məhdud­laşdıran razılaşmaları, hakim vəziyyətdəki müəssisələrin bu vəziyyətlərini sui-istifadə etmələrini qadağan edir. Müəyyən bir bazar payına sahib olan təşkilatların birləşməsini və əl dəyişmələrini nəzarət altında tuturlar. Bir bazardakı kartel və ya monopolyadan istehlakçıların zərər görmələri gözlənilən bir nəticədir. Ancaq, bundan başqa üfüqi ya da şaquli digər rəqabəti məhdudlaşdıran razılaşmalar da rəqabət qanunlarına zidd ola bilər. Bir razılaşma bir tərəfdən təşkilatlar arasındakı rəqabəti məhdudlaşdırarkən, digər tərəfdən bəzi ictimai iqtisadi faydalar da meydana gətirə bilər

Rəqabəti təşviq etmək, bazar iqtisadiyyatının sağlam bir şəkildə işləməsini təmin etmək, cəmiyyətin və buna bağlı olaraq da fərdlərin rifah səviyyəsini yüksəltmək məqsədi ilə Rəqabət Qurumunun yaradılması vacib məsələ kimi ortaya çıxır. Rəqabət Qurumunun əsas missiyası, qlobal meyilləri, xarici ölkələrin təşkilatları və transmilli müəssisələrin fəaliy­yətləri və iqtisadi qaydalarını da diqqətə alaraq, mal və xid­mət bazarlarının sərbəst və sağlam bir rəqabət mühiti içində təşəkkülünü və inkişafını təmin etmək məqsədiylə, mal və xidmət bazarlarındakı rəqabətə maneə törədici, pozucu, məh-dudlaşdırıcı razılaşma, qərar və tətbiqlər ilə bazara hakim olan təşkilatların bu hakimiyyətlərini sui-istifadə etmələrinin qarşısını almaqdır. Rəqabəti əhəmiyyətli dərəcədə azaldacaq birləşmə və əl dəyişmələr istənilən hüquqi əməliyyat və dav­ranışları ortaya çıxarmaq, rəqabət qurumunun missiyasına da­xil­dir. Lazımlı tədbirləri həyata keçirmək, tənzimləmə və nəzarət etmək, rəqabətin sərbəst rəqabətə uyğunluğunu təmin edəcək tədbirlər inkişaf etdirmək və ümumiyyətlə cəmiyyətin bütün seqmentlərində rəqabət şüurunu artırmaq üzrə stra-tegiyalar müəyyənləşdirmək və bunların nəticəsində mal və xidmət bazarlarındakı rəqabətçi prossesin qorunması yoluyla ictimai rifahı artırmaq da buna daxidır.

Rəqabət Qurumunun vizionu, ölkədəki mal və xidmət bazarlarındakı milli rəqabət siyasətinin yaradılmasını təmin edən, beynəlxalq rəqabət siyasətlərini izləyərək milli bazarla­ra tətbiqi istiqamətində işlərin görülməsi, rəqabətin qorunma-sıyla ölkə iqtisadiyyatının və yerli şirkətlərin rəqabətçi bey-nəlxalq bazarlarla inteqrasiya olunmasına köməklik edən, rəqabət mədəniyyətinin yaradılması və mənimsənməsi ilə sər-bəst bazar iqtisadiyyatı çərçivəsində sağlam rəqabətin bütün şərtlərinin meydana gəlməsini və bu yolla ictimai rifahın artmasını təmin edən, istehlakçılara uyğun keyfiyyətli mal və xidmət təqdim edilməsini təmin edici etibarlı, ədalətli, şəffaf bazar iqtisadiyyatının dinamizmine cavab verəcək qabiliy­yət­də insan resurslarına sahib olan və avtonom qərarları, tətbiq­ləri və quruluşu ilə təsirli bir rəqabət qurumu olmalıdır. İctimai azadlıqların qanunlarla tənzimləndiyi kimi, iqtisadi azadlıqların və təsirli rəqabətçi iqtisadiyyatın tənzimlənməsi üçün də Rəqabətin Qorunması Haqqında Qanun və geniş mə­nada rəqabət hüququna ehtiyac var.

Rəqabət Hüququnun başlanğıcı Amerika Birləşmiş Döv­lət­lərində Schermann Aktının qüvvəyə mindiyi 1890-cı ildir. 1890-cı ildəki bu ilk qanundan sonra Avropada rəqabət hüqu­qunun ortaya çıxmasıi İkinci Dünya Müharibəsi ərfəsin­də Almaniyada reallaşıb. Bunu Yaponyada Kartel Qanunu və Avropa Birliyi rəqabət qaydaları izləyib. Avropa Birliyi Rə­qabət Hüququnun əsasları Roma Müqaviləsinin hazırlan­dığı 1956-cı ildə Messine qrubunun fəaliyəti dövründə gün­də­liyə salındı.



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin