ŞİRKƏTLƏr arasi rəqabəT


Bazara Yeni Şirkət Girişləri



Yüklə 0,81 Mb.
səhifə10/97
tarix10.01.2022
ölçüsü0,81 Mb.
#108785
1   ...   6   7   8   9   10   11   12   13   ...   97
Bazara Yeni Şirkət Girişləri

























Müştərilərin

Bazar Gücü




Mövcud Rəqiblər

Arasındaki Rəqabət




Tədarikçilərin Bazar Gücü































Əvəzedici

Məhsullar








Bazara Yeni Şirkət Girişləri

Sektorların gəlirli olması və cazibədarlığı bazara yeni şir­kətlərin daxil olmasını təşviq edir. Bazara yeni girişlər yeni qurulan şirkətlər ola biləcəyi kimi, mövcud sektordakı şir­kətlərin birləşərək və ya onları satın alaraq da ola bilər. Bazara yeni girişlərin olması təhdidi, sektora giriş maneə­lərinə bağlıdır. Sektor quruluşunun bir xüsusiyyəti olaraq sektora giriş maneələri, sektor gəlirliliyinin əhəmiyyətli təyin edicilərindəndir. Ümumiyyətlə, sektora giriş maneələri nə qədər yüksək olarsa, sektor gəlirliliyi də o qədər yüksək olmaya meyillidir. Giriş maneələrinin yüksəkliyi isə, giriş xərclərinə bağlıdır. Giriş xərcləri nə qədər yüksək olsa, giriş maneələri də o qədər yüksək olacaq. Buna görə də, giriş xərc­ləri nə qədər yüksək olsa, sektora yeni girişlərin olması təh­didi o qədər aşağı olacaq. Əhəmiyyətli giriş maneələ­rindən bəziləri bunlardır:



  • Miqyas iqtisadiyyatı, (istehsal miqdarı artdıqca ortalama vahid xərclərdəki azalma deməkdir). Miqyas iqtisadiyyatı, bazara yeni girəcək şirkətləri ya böyük miqyaslı və böyük riskli ya da kiçik miqyaslı və vahid xərclərin yüksəkliyi ilə girməyə məcbur edir. Hər iki ehtimal bazara yeni girəcək şirkətlər üçün arzu edilən deyil və bu vəziyyət girişi daşındıra bilər.

  • Məhsul fərqliləşdirmə; məhsul fərqliləşdirmə ma­neəsi sektordakı mövcud şirkətlərin marka(brend) imicinə və istehlakçı bağlılığına sahib olduqlarına işarə edir. Yeni girəcək şirkətlərin sektordakı möv­cud şirkətlərin məhsulları lehinə olan istehlakçıların seçimlərini dəyişdirə bilmələri üçün daha çox xərc­lər etməyə vadar oluna bilər. Girişin mü­vəf­fə­qiy­yətsiz olması, qurtarılması mümkün olmayan bu xərclərə görə, girişi daşındıra bilər.

  • Sərmayə ehtiyacı; yeni girəcək şirkətlərin sector­da təsirli bir şəkildə rəqabət edə bilmələri üçün bö­­yük miqdarda sərmayə ehtiyacına işarə edir. Bu və­ziy­yət giriş üçün bir maneə meydana gətirə bilər. Xü­susilə, bu sərmayə yalnız istehsal təsisləri üçün de­yil reklam, araşdırma-inkişaf etdirmə kimi təkrar qur­tarılması mümkün olmayan sahələrdə istifadə ediləcəksə, sərmayə daha riskli hala gələ bilər və girişi daşındıra bilər.

  • Dəyişdirmə xərcləri; istehlakçının bir məhsulun ye­ri­nə başqa bir məhsulu istifadə etməsindən qay­naq­lana biləcək xərclərə işarə edir. Məsələn, isteh­lak­çı­nın istifadə etdiyi kompüter proqramını dəyişdir­mə­si yeni proqram üçün kursa getməsini, bunun üçün za­man və pul xərcləməsini tələb edə bilər və nəha­yət öyrənə bilməmə riskini də daşıyır. Bu cür dəyiş­dirmə xərclərinin yüksək olması ehtimalı girişi ən­gəl­ləyə bilər. İstehlakçılar ümumiyyətlə dəyişdir­mə­yə qarşı istəksizdirlər və buna qarşı dirənc göstə­rir­lər. Yeni girəcək şirkətlərin istehlakçıların bu is­tək­­sizliyini aradan qaldırmaq üçün daha yaxşı qiy­mət-performans xüsusiyyətləri olan məhsullar təq­dim etməlidirlər. Bu isə şirkətləri əhəmiyyətli xərc­lər etməyə vadar edəcəyindən yeni girişi daşındıra bilər.

  • Paylaşdırma kanallarına daxil olma; əhəmiyyətli bir giriş maneəsi meydana gətirə bilər. Sektordakı mövcud şirkətlərin paylaşdırma kanallarıyla olan uzun müddətli əlaqələri nəticəsində bu kanallar üzə­rində əhəmiyyətli təsirlərə sahib ola bilərlər. Yeni girəcək şirkətlərin bu paylaşdırma kanallarından faydalana bilmələri üçün qiymət endirimləri, ortaq reklam vs. yollarla paylama kanallarını razı sal­ma­la­rına məcbur ola bilərlər. Xüsusi ilə, müəyyən məh­sullar üçün məhdud paylama kanallarının ol­ması və bunların mövcud şirkətlər tərəfindən isti­fa­də edilməsi, paylaşdırma kanallarını əhəmiyyətli bir giriş maneəsi edir.

  • Maya dəyəri üstünlüyü; yeni girəcək şirkətlərin bö­yüklüyü nə olursa olsun, mövcud şirkətlərin bütün istehsal səviyyələrində yeni girəcəklərə qarşı bir maya dəyəri üstünlüyünə sahib olmalarına işarə edir. Maya dəyəri üstünlüyü girişi daşındıra bilər. Maya dəyəri üstünlüyü bir çox qaynaqdan gələ bilər. Bunlardan bəziləri bunlardır:

    • mövcud şirkətlərin istehsal texnikalarını idarə altında tutmaları,

    • mövcud şirkətlərin istehsal faktorlarını çox da­ha yaxşı şərtlərdə təmin etmələri,

    • möcud şirkətlərin əhəmiyyətli quruluş yer­lə­rini idarə altında tutmaları,

    • mövcud şirkətlərin təcrübə iqtisadiy­yatla­rın­dan faydalanmaları,

    • möv­cud şirkətlərin prioritetli olaraq höku­mət­dən kömək almaları.

  • Təcrübə iqtisadiyyatı; müəyyən bir məhsulun isteh­sal miqdarının artmasıyla, o məhsulun istehsalında qazanılan təcrübələrin gətirib çıxaracağı, ortalama vahid xərclərdəki azalmaya işarə edir. Təcrübə iqtisadiyyatı, qazanılan təcrübələrin şirkətlərdə sir kimi tutulması ilə bir giriş maneəsi yarada bilər. Əks halda, təcrübə iqtisadiyyatının girişi daşındırma təsiri çox az olacaq.

  • Dövlət siyasəti; Dövlət, bəzi sektorlarda girişi məh­dudlaşdıra bilər. Məsələn, bir bankın açıla bilməsi üçün müəyyən standartların təmin edilməsi və hö­kumətdən icazə alınması lazımdır.

  • Misilləmə(reaksiya); Sektora girməyi planlayan şir­kət­lərin girişin reallaşması halında, sektordakı möv­cud şirkətlərin göstərəcəyi mislləmə (reaksiyalar) ehtimalı, yeni girəcək təşkilatın giriş qərarına əhə­miy­yətli dərəcədə təsir edə bilər. Əgər mövcud şir­kət­lərin sektora girişə qarşı sərt bir reaksiya verməsi gözlənilirsə, bu sektora girişi daşındıra bilər. An­caq, mislləmə ehtimalı təsirli bir giriş maneəsi ola bilməsi üçün inandırıcı olmaladır. Aşağıdakı şərtlər inandırıcılığı artırar və sektora girəcək şirkətlərə sərt bir misilləmənin siqnallarını verər:

    • sektorda əlavə istehsal həcminin olması,

    • sektordakı böyümənin yavaş olması,

    • mövcud şirkətlərin, əsas resursları istifadə et­mə­ləri,

    • mövcud şirkətlərin sərt misilləmə vermədə məş­hur olmaları.




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin