Müştərilərin bazar gücü, bunların qiymətləri salma və ya daha keyfiyyətli məhsullar tələb edə bilmə qabiliyyətlərinə işarə edir. Müştərilər, şirkətləri qiymətləri salmağa və ya keyfiyyəti yüksəltməyə məcbur edərək, şirkətlərin gəlirini və ya sektorun gəlirinin azalmasına səbəb ola bilərlər. Aşağıdakı şərtlərdən hər hansı birinin reallaşması zamanı, müştərilərin bazar gücünün olduğu deyilə bilər:
Şirkətlərin satışlarına görə, böyük miqdarlarda alan müştərilər ola bilər. Bu vəziyyətdə, müştərini itirmənin təhlükəsi böyük olacaq. Xüsusilə, sabit xərclərin yüksək olduğu sektorlarda, böyük miqdarlarda alışlar edən müştərilər əhəmiyyətli bazar gücünə sahibdirlər. Sektorda satın alınan məhsullar standart deyil və fərqliləşdirilməmişdir. Bu vəziyyətdə, istehlakçıların dəyişdirmə xərcləri aşağı olacağından, asanca başqa şirkətlər tapa bilərlər və şirkətləri qarşı qarşıya qoya bilərlər.
Sektordan satın alınan məhsullar müştərinin xərcinin əhəmiyyətli bir hissəsini meydana gətirməkdədir. Bu vəziyyətdə, müştərilər daha yaxşı qiymətlər əldə etmək üçün araşdırma etmə meylində olacaqlar. Sektor məhsullarının müştərilərin xərcinin kiçik bir qisimini meydana gətirməsi vəziyyətində, müştərilər ümumiyyətlə qiymətə qarşı daha az həssasdırlar.
Sektordan satın alınan məhsullar müştərilərin məhsullarının keyfiyyəti üçün çox əhəmiyyətli deyil. Müştərilərin məhsullarının keyfiyyətinin böyük ölçüdə sektor məhsulundan qaynaqlanması vəziyyətində, müştərilər ümumiyyətlə qiymətə qarşı daha az həssasdırlar.
Müştərilərin geriyə doğru şaquli inteqrasiya olunma imkanları var. Bu vəziyyətdə, müştərilər öz ehtiyaclarını özləri qarşılaya biləcək vəziyyətdə ola biləcəkləri üçün, bazarda imtiyazlar tələb edə bilərlər.
Müştərilər, sektor məhsulunun keyfiyyəti, maya dəyəri, bazar qiyməti vs. haqqında kifayət qədər məlumata malikdir. Bu vəziyyətdə, müştərilər şirkətləri bazardakı ən yaxşı qiyməti verməyə məcbur edəcəklər. Əgər müştərilərin yuxarıdakı mövzularda kifayət qədər məlumatları yoxsa, bazarda zəif vəziyyətə düşəcəklər.
Dostları ilə paylaş: |