IKINCI BÖLÜM
YENİ RƏQABƏT ŞƏRTLƏRİ VƏ ONUN ƏSASLARINNIN TƏHLİLİ
Müasir dövrümüzdə şirkətlər, həddindən artıq şiddətli rəqabət, bazar fəaliyyətlərinin intensiv şəkildə dəyişməsi, texnologiyanın köhnəlməsi, məhsulların ömrünün qısa olması, şüurlu müştəri sayının get-gedə artması və onların tələbatını ödəməyin əhəmiyyətinin yüksəlməsi ilə bağlı səbəblər üzündən güclü təzyiqlərə məruz qalırlar. Öz varlıqlarını qorumaq, fəaliyyətlərini davam etdirmək bugün get-gedə şirkətlər üçün daha da çətinləşir. Lakin buna baxmayaraq onlar fərqli şəraitdə, eləcə də yeni rəqabət şəraitində fəaliyyətlərini davam etdirməyə, şirkəti yaşatmağa məcburdur. Yeni rəqabət şərtləri şirkətləri əvvəlkindən daha qeyri-müəyyən, qarışıq, anlaşılmaz və qlobal bazar şəraiti ilə qarşı-qarşıya qoyur. Belə bir bazar mühitiundə yaşaya bilmək, fəaliyyətlərini davam etdirə bilmək üçün şirkətlərin əsaslı dəyişikliklər etmələri və rəqabəti kökündən dəyişdirmələri üçün yeni strategiyalar inkişaf etdirmə məcburiyyətində qaldıqları aydındır. Bunun üçün isə rəqabət şərtlərinin dəyişdiyini və rəqabətin bünövrəsindəki yenilikləri dərk etməklə yeni strategiyaları inkişaf etdirmək mümkündür.
Dostları ilə paylaş: |