ŞİRKƏTLƏr arasi rəqabəT



Yüklə 0,81 Mb.
səhifə24/97
tarix10.01.2022
ölçüsü0,81 Mb.
#108785
1   ...   20   21   22   23   24   25   26   27   ...   97
Qarşılıqlı və Davamlı Asılılıq

Sistemlərin formalaşması bir neçə səviyyədə reallaşır. Müəyyən bir səviyyədə iştirak edən bir sistem, daha üst sə­viy­yələrdəki formalar üçün təməl daşı rolunu oynayır və iç içədir. Sistem nəzəriyyəsi buna ‘Rus kuklası'-nda olduğu ki­mi baxır. Sistemin parçası olan bir elementi heç bir zaman tək başına, təcrid olmuş vəziyyətdə ələ almır. Əvvəlki səviyyə ilə sonrakı səviyyəni əlaqələndirir və ümumi mühitdəki yeri içində təhlil edir. İqtisadi sitemin bir parçası olan şirkətlərin də sistemdəki hər parçanın digərlərini təsir etdiyi və di­gər­lə­rin­dən təsirləndiyini başa düşməlidir. Bütünün, parçaların cə­min­dən daha çox olduğu bir əlaqəlik şüuru, bir iş şüuru inki­şaf etdirmələri lazımdır.

Canlı orqanizm tək yaşaya bilmədiyi kimi şirkətlərin də bir-biri ilə qarşılıqlı əlaqədə olmadan yaşaması qeyri-müm­kündür. Şirkətlərin, həyatlarını davam etdirə bilmələri üçün tərəf müqabilləri olan-müştərilərlə, şərikətlərlə, təda­rük­çi­lər­lə, paylaşdırma kanalında olan təşkilatlarla, reklam agent­lə­riylə, təhsil qurumları və digərləri ilə-qarşılıqlı qazanma dü­şün­cəsiylə və etibara dayanan əlaqələr yaratmağa və bu əla­qə­ləri davamlılıq ərz edən asılılığa məcbur ediyini daha əvvəl qeyd etmişdik. Bu da sistem anlayışının əsasını təşkil edir. Qu­rulacaq əməkdaşlığı həyata keçirmək üçün qarşılıqlı qa­zan­ma və etibara söykənən əlaqələr hər iki tərəfi bir-birinə bağ­layır. Şirkətlər arası etibar, etimad edilən bir tərəf mü­qa­bi­lin alqı-satqı əməliyyatlarında əldə etdiyi nəticələrə, digər tərəf müqabilin razılağıdır. Asılılıq isə, bir şirkətin məq­səd­lə­rinə çata bilmək üçün tərəf müqabili ilə olan əlaqələrini qo­ru­ma ehtiyacıdır.

İqtisadi sistemin bir parçası olan şirkətlər əməkdaşlıq çərçivəsində qarşılıqlı əlaqələr qurmağa məcbur edilir. Şir­kət­ləri qarşılıqlı əlaqələr qurmağa məcbur edən əsasl səbəblərə mi­sal olaraq bunları göstərmək olar:


  • Qarşılıqlı əlaqələr, hər hansı bir bazara xüsusi ilə də qlobal bazarlara girişi asanlaşdırır.

  • Qarşılıqlı əlaqələr, gözlənilməyən normadan artıq xərcləri birlikdə paylaşmağa, risklərin azalmasına imkan verir.

  • Qarşılıqlı əlaqələr, şirkətlərin rəqabət gücünü artır­maq məqsədi ilə bir-birlərinin tamamlayıcı resurs­la­rını istifadə etməyə imkan verir

İqtisadi fəaliyyətləri tək başına icra etmək bir çox sə­bə­bə görə öz cazibədarlığını itirir. İnkişaf etmiş, sabit bazarlar­da şirkətlərin böyümələri və varlıqlarını davam etdirmələri, çox yavaş və eyni zamanda çox bahalı olur. Digər tərəfdən həm mərkəzləşmə, həm də qıvraqlığı tələb edən beynəlxalq qlobal bazarlarda şirkətlərin gücləri tək başına yetərsizdir. Bu əsasən yeni qurulan şirkətlər üçün çox əhəmiyyətli bir amil­dir. Bu da, şirkətləri, bir-birləri ilə əməkdaşlığa sövq edən bir başqa əhəmiyyətli səbəbdir. Bu cür əməkdaşlıqlar, şirkətlərin qabiliyyətlərini inkişaf etdirmələrinə və informasiya təcrübəsi əldə etmələrinə imkan verir. Bununla da öz güclərini artıraraq tərəf müqabillər bir birilərinin resurslarından faydalanma im­kanı əldə edirlər. Digər şirkətlərlə möhkəm əlaqələr qurmaq, şirkətlərin yeni qabiliyyətlər qazanmasına da köməlik göstə­rə­cəyi aydındır. Bu şəkildə şirkətlər texniki imkanlarını pay­la­şa bilir, miqyas iqtisadiyyatları əldə edə bilirlər və tamam­layıcı işçi qüvvəsi və texniki varlıqlarından sinerjiler (sintez) təmin edirlər.

Şirkətlər arası əlaqələrin uzun müddətli olması çox əhə­miyyətlidir. Qarşılıqlı əlaqələr, müəyyən bir məqsədə çatmaq üçün şirkətlərin mövcud və gələcəkdəki fəaliyyətlərini təsir edəcək və qarşılıqlı mənfəətlərini təmin edəcək olan əlaqə­lər­dir. Şirkətlər qarşılıqlı əlaqələr sayəsində strateji məqsədlərini reallaşdıra bilərlər. Rəqabət üstünlüyü təmin edə bilirlər və fəaliyyətləri üçün ehtiyac duyduqları resurslara təmin edirlər. Qarşılıqlı əlaqələr sayəsində fəaliyyət növlərini çeşitləndirmə imkanı əldə edərək, xərclərini azaltma və gəlrlərini artırma imkanı əldə edirlər. Digər tərəfdən də, riskləri paylaşarak hər keçən gün artan qeyri-müəyyənlik şəraitində uğurla fəaliyyət göstərə bilirlər. Şirkətlər arasında qarşılıqlı əlaqələrin qurul­ması, təşkilatların strukturlarında, istehsal proseslərində və bu­nunla da idarəetmə formalarında yeniliklərin həyata keçi­ril­məsinə imkan verəcək.

Şirkətlər ətraf mühütdə baş verən cərayanlar qarşısında təcrid olunaraq problemlərini həll edə bilməyəcəklərini başa düşürlər. Şirkətlər arasındakı qarşılıqlı əlaqələr alqı-satqı əmə­liyyatlarından əlavə olaraq, uzun vədəli bir xüsusiyyət qa­zanır. Bu əlaqələrdə gedərək qarşılıqlı və davamlılıq ərz edən asılılıq müşahidə edilir.

Şirkətlərin gəlirlərini artırmaq məqsədi ilə beynəlxalq bazarlarda fəaliyyət strategiyaları tədbiq etmələri qlobal rə­qabət amilini meydana gətirib. Qlobal rəqabət hər keçən gün şiddətini artıraraq inkişaf edir. Qlobal rəqabətin əsasnı da qar­şılıqlı və davamlı asılılıq təşkil edir. Bugün beynəlxalq rə­qa­bət amilinin də meydana gəlməsi və bu mühitdə müəs­si­sə­lərin yaşaya bilməsi üçün şirkətlər arası qarşılıqlı əlaqələr və davamlı asılılığa olan ehtiyacları əhəmiyyətini daha da artırıb və gələcəkdə də bu məsələ öz aktuallığını qoruyacaq. Rəqa­bə­tin qloballaşması, beynəlxal bazarlardakı fürsətlərdən fay­da­lanma istəyi şirkətləri yerli bazara istiqamətlənmiş stra­te­giyalardan çox, qlobal bazarlara yönəlmiş kompleks strate­gi­yaları inkişaf etdirməyə məcbur edir. Beynəlxalq rəqabət ami­li, şirkətlərin sadəcə ixracat yönümlü strategiyalarla və xa­rici bazarlara investisiya qoyuluşu strategiyaları ilə rəqabət et­mələrini təkamülə uğradaraq, kompleks strategiyaların mey­dana gəlməsinə səbəb olub. Bu təkamül milli bazarlar ara­sında artan qarşılıqlı və davamlılıq ərz edən asılılığı da özündə əks etdirir. Milli bazarlar arasında üç növ qarşılıqlı asılılıq olduğu deyilə bilər. Bunlar:


1   ...   20   21   22   23   24   25   26   27   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin