İnformasiya Texnologiyaları-İnformasiya Cəmiyyəti
İnformasiya cəmiyyəti 1998 tarixli World İnformation Report-a görə "iqtisadi, ictimai, mədəni və siyasi həyatın təbəqələri olaraq informasiyanı sıx istifadə edən cəmiyyət" olaraq tərif olunub. Bu hesabata görə informasiya cəmiyyəti bir-birindən müstəqil iki amilin inkişafına əsaslanır. İqtisadi inkişaf və texnologiyadakı inkişaf. İqtisadi inkişafın birinci mərhələsini kənd təsərrüfatı, ikinci mərhələsini sənaye, üçncü mərhələsini isə xidmətlər sektoru təşkil edir. Kənd təsərrüfatı əkinçilik texnologiyalarının tərəqqisi ilə inkişaf edib və fiziki ehtiyacların təminini əsas alıb. İqtisadiyyatın sənaye dövrü isə kütləvi istehsalatın başlamasıyla əsasən fiziki ehtiyaclarla bərabər daha fərqli və konkret ehtiyacları təmin edib. İnformasiya cəmiyyəti adını kompüter və informasiya texnologiyalarından götürüb. İnformasiya cəmiyyətində isə ünsiyyət, mədəniyyət, öyrənmə və əyləncə kimi daha mücərrəd ehtiyaclar üzərində durulub.
Sənaye cəmiyyətinin ortaya çıxmasında ən əhəmiyyətli faktorun buxar maşını, elektrik, mühərrik kimi enerji texnologiyalarının ixtirası olmuşdur. Informasiya texnologiyalarının ortaya çıxması və sürətlə inkişafı da bənzər bir təsiri də informasiya cəmiyyətini meydana gətirib. İnformasiya və kompüter texnologiyaları, daha bacarıqlı iş-gücünə ehtiyacı hiss etməsi və milli məhsuldarlığı artırma, rəqabətçi üstünlük əldə etmə yolunda daha yüksək dəyərlərə sahib məhsullar ortaya qoyma qabiliyyətinə sahib olduqlarından iqtisadi inkişaf baxımından ən çox əhəmiyyət verilməsi lazım olandır. Onsuz da, informasiya cəmiyyəti anlayışı da yeni texnologiyaların səbəb olduğu iqtisadi və ictimai dəyişmələr mənasında istifadə edilir.
Sənaye cəmiyyətində istehsal faktorları əmək, sərmayə və təbii resurslar idi. İqtisadi inkişafın üçüncü mərhələsindəki cəmiyyətlərdə xüsusilə informasiya və imic, mədəniyyət, ideologiya, dəyər kimi amillər önə çıxdı. Yəni sənaye cəmiyyətində daha çox maddi varlıqlara söykənən bir quruluş göstərirkən, informasiya cəmiyyəti maddi olmayan varlıqlara söykənir. Mikro elektronika, kompüter, ünsiyyət və maliyyə sahələrində reallaşdırılan böyük proseslər inkişaf edən informasiya texnologiyalarının bütün sektorlarda, iqtisadi və ictimai həyatın hər sahəsində istifadə edilməsi, qısa müddətdə istehsalda məhsuldarlığı artırıb. Yeni texnologa, sosiol-iqtisa di və mədəni inkişafı qamçılayan amil kimi qarşılıqlı və davamlı asılılığı da olaraq ortaya çıxarıb.
Önümüzdəki dövr informasiya texnologiyaları ilə təbiətdəki bioloji proseslərlə inteqrasiya olunmasının gətirəcəyi yeni bir cəmiyyətə işarə edir. Gələcəkdəki cəmiyyət fərqli texnologiyaların qaynaşmasından meydana gələcək. Bəzi mütəxəssislər, biyo cəmiyyətin informasiya cəmiyyətinin bir varyantı olduğunu düşünürlər. Pərvanəli təyyarələrdən reaktivlərə keçişdə olduğu kimi eyni texnologiya daha təsirli istifadə edilir. Nano texnologiya biyoteknologiyaya adaptasiya edilir. Aşağıdakı şəkil tarix boyunca yaşanan böyük ictimai dəyişmə dalğalarını göstərir.
İstehsal və əmək, quruluş etibarilə araşdırıldığında sənaye cəmiyyətində kütləvi istehsalın və fiziki əməklə birlikdə fabrikdə tam zamanlı işin əsas olduğu görüləcək. İnformasiya cəmiyyətində isə daha qıvraq texnologiyalar, davamlı yenilik nəticəsində artan fərdiləşmə ilə birlikdə informasiya işçiliyi, yaradıcı əmək, yarı zamanlı və evdən iş kimi mövzular əhəmiyyət qazanıb. İnformasiya cəmiyyəti-İnformasiya texnologiyaları miqyas təsiri, sürət, texnologiyada inkişaf, müştəri mərkəzlilik, təhlükəsizlik kimi dəyərlərin ön planda qiymətləndirilməsini lazımlı edir. Sənaye cəmiyyətinin təşkilatlanması şaquli, bürokratik, sərt və uzun vədəli bir quruluşda idi. Yeni təşkilatlar isə fəaliyyət əsaslı, elastik, bürokratik olmayan şəbəkə strukturları şəklində formalaşırlar. Sənaye cəmiyyətlərində infrastruktura qoyulan sərmayələr əsasən şoselər, yollar, körpülər, limanlar kimi nəqliyyata yönəldilirdi. İnformasiya cəmiyyətində isə xəbərləşmə və şəbəkələrə söykənən elektronik sistemlər önə çıxır.
İnformasiya texnologiyalarının şirkətlərin strategiyalarının yaradılıb tətbiq olunması üzərində nə qədər təsirli olduğu son zamanlarda tez-tez ələ alınan bir mövzu halına gəlib. Qəti olan tək şey, informasiya texnologiyalarının həm milli, həm də şirkətlər səviyyəsində yaradılan strategiyaların əhəmiyyətli bir qisimini meydana gətirdiyidir. Qloballaşmanın meydana gəlməsində böyük rol oynayan informasiya texnologiyaları. xəbərləşmə, əməkdaşlıq fəaliyyətləri, ticari fəaliyyətlər ilə təqdimat məqsədli fəaliyyətləri asan və sürətli bir prosesə çevirib. Qlobal miqyasda xəbərləşmənin sürətlə təmin edilə bilməsinə imkan verən texnologiyalar həm şirkət rəhbərlərinin, həm də siyasətçilərin informasiya texnologiyalarındakı strateji potensialı görmələrini təmin edib. İnformasiya texnologiyaları, informasiyanın təhlili, xəbərləşmə və avtomatlaşdırmadakı tərəqqi, şirkətlərarası informasiya mübadiləsi, inteqrasiya və iş görmə metodları üzərində yarattığı dəyişmələrə səbəb olublar. Bununla birlikdə təchizat xüsusiyyətlərinin yaxşılaşması və xərclərin çox böyük ölçüdə düşməsi, proqramların asanlıqla istifadə edilə bilən hala gəlməsi də informasiya texnologiyalarının stratejik istifadəsinə təsir ediblər.
Qlobal rəqabətlə qarşılaşan şirkətlər, standart məhsullar ortaya qoya bilmə və bazarlarda müvəffəqiyyətli ola bilmək üçün informasiya texnologiyalarını fərqliləşə bilmək, daha elastik hərəkət edə bilmək və özünə xas bazarlar yarada bilmək, məqsədiylə istifadə etməyə cəhd göstərirlər. İnformasiya texnologiyalarının dəstəyi olmadan və istifadə etmədən şirkətlərin qlobal miqyasda strukturlarını yenidən təşkilatlandırmaları qeyri-mümkün görünür. Buna görə də informasiya texnologiyaları gələcəyə yönəlmiş strategiyaların ən əhəmiyyətli amilinə çevrilir. Digər bir ifadəylə, rəqabətçi üstünlük əldə etmək üçün strategiya inkişaf etdirmə proseslərində informasiya texnologiyalarını diqqətə almayan şirkətlər müvəffəqiyyətsiz olacaqdır. Qısaca, rəqabətçi üstünlük üçün əsas amil, informasiya texnologiyalarını idarə etməkdir.
Dostları ilə paylaş: |