ŞİRKƏTLƏr arasi rəqabəT



Yüklə 0,81 Mb.
səhifə29/97
tarix10.01.2022
ölçüsü0,81 Mb.
#108785
1   ...   25   26   27   28   29   30   31   32   ...   97
Dəyişim Dinamikaları

Təzahürləri

İqtisadi Dəyişmə

Qloballaşma, Bölgsəlləşmə, Sərbəstləşmə. Özəlləşdirmə,

Zənginləşmə, Yoxsullaşma.



Siyasi Dəyişmə

Demokratikləşmə, İçtimailəşmə,

Şəffaflaşma, Yerəlləşdirme.



Texnologiyadakı Dəyişim


Kompyüterləşmə,

Sürətli Xəbərləşmə, Robotlaşma.



Sosyal-Mədəni Dəyişim

Milli-Dövlətçilik, Şəhərləşmə, Fərdləşmə, Din

Ekologiyadakı Dəyişim


Ətraf Mühütün Kirlənməsi,

Qlobal İsinmə-Soyma

Erroziya-Çölləşmə


Demografiyadakı Dəyişim

Əhalinin Artımı, Yaşlanma

Təşkilatlardakı Dəyişim

Miqyas Təsiri, Qıvraklıq, Sürət,

Müştəri Mərkəzlilik, Standartlaşma.


Dəyişən iş dünyası və bazar şərtləri şirkətləri davamlı olaraq yeni strategiyaların axtarışına ya da mövcud strate­gi­yalarını bu yeni şərtlərə adaptasiya etməyə məcbur edir. Bugün heç bir şirkət dəyişmədən kənarda qalaraq öz bildiyini oxuma lüksünə sahib deyil. Bir həqiqət olaraq gündəlik hə­yata yerləşmiş olan qloballaşma, informasiya texnolo­gi­ya­la­rın­dakı inqilab və şiddətini hər keçən gün artıran rəqabət mühiti, şirkətləri dəyişmə sürəti qarşısında yenilənməyə məc­bur edir. Yeni şərtlərdə sürət, davamlı dəyişən şərtlərə uyğun­laş­ma və tam zamanlı reaksiya vermə baxımından böyük əhə­miyyət daşıyır.

Bir tərəfdən şiddətli rəqabətlə, müştərilərin alternativ­lə­ri­nin çoxalması, digər tərəfdən kompüter və informasiya tex­nologiyalarındakı sürətli inkişaflar şirkətlərin qərar alma müddətlərini daha da sürətləndirməyə zəruri edir. Bugünkü rəqabət şərtlərində sürət şirkətlər üçün əsas amillərdən biridir. Məhsulların ömrü sürətlə qısalır. 1990-cı illərə qədər bir avtomobil modelinin fikir mərhələsindən istehsal mərhələsinə qədər olan müddət 6 il idi. Bugün bu müddət iki il səviyyə­sin­dədir. Hewlett-Packardın Kompüter Sistemləri təşkilat idarəsinin rəhbəri, bugün HP-in gəlirlərinin böyük hissəsinin bir il əvvəl var olmayan məhsullardan əldə edildiyini ifadə edir. Əvvəllər bir məhsulun müəyyən bir gəlir səviyyəsinə çat­ması on illər ala bilirdi, indiki dövürdə isə məhsulların ömür­ləri qısalmışdır. Müştəri sifarişləri elektronik yoldan alınır və eyni zamanda işlənir, əlaqədar sənədlər elektronik yol­dan geri göndərilir və informasiyalar müntəzam bir şəkildə yenilənir.

Bugünün şirkətləri, yeni rəqabət şərtlərində, rəqabətçi üstünlük və davam etdirilə bilən rəqabətçi üstünlük əldə et­mək istəyirlərsə, dəyişəmələri və bu dəyişmələri idarə edə bil­mələri bütün təşkilatlar üçün aktual bir məsələ kimi gündəliklərində tutmalıdırlar. Çünki, şirkətlərin həm mövcud rəqabət sahələrində təsirli olmaları, həm də yeni rəqabətçi sa­hələr yaratmaları üçün fərqliləşmələri və dəyişmələri qaçı­nıl­maz­dır. Başqaları tərəfindən dəyişməyə məcbur edilmək­dən­sə, dəyişmənin önündə olmaq, dəyişməyi reallaşdırmaq çox daha əhəmiyyətlidir. Rəqabətçi üstünlük cəhətdən baxıldı­ğın­da, dəyişmənin sürəti hər sektorda fəaliyyət göstərən şirkət­lə­ri dəyişən iqtisadi mühitə sürətlə uyğunlaşmağa məcbur edir. Ətraf mühitdəki dəyişmələrə uyğunlaşma bir sonrakı dəyişim dalğasına hazır olma və bu şəkildə rəqabətin arxasınca deyil, rəqabəti şəkilləndirən şirkətlərin sırasında yer almağı təmin edəcəyi mənasını verir.





Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin