Şəbəkə təşkilatlanma
|
Virtual təşkilatlanma
|
Her bir virtual təşkilat şəbəkə təşkilatdır.
Şəbəkə şəklindəki təşkilatlanma həm qalıcı, həm də keçici ola bilər.
Lider tək olabilər.
Bölünmə və ya əlavə olmalar əsaslıdır.
|
Şəbəkə təşkilat formasının xüsusi bir formasıdır.
Hər şəbəkə təşkilatı, virtual təşkilat deyil.
Təşkilatlanma keçicidir, lahiyənin məqsədinə çatması ilə fəaliyyəti dayandırılır.
Lider tək deyil. Lahiyədən lahiyəyə və məqsədə görə dəyişir.
Bölünmə və əlavə fərdə qədərdir.
|
Marketinqin Yeni Məzmunu və Dəyişən Anlayışı
Yaşanan sürətli dəyişmə, marketinq paradiqmalarında da güclü dəyişmələr meydana gətirir və marketinqə yeni məzmun qazandırır. Bu bir mənada yeni rəqabətçi sahələrdə şirkətlərin yaradıcı və yenilikçi bir mövqeyə gəlməsini və rəqabətçi üstünlük üçün fərqli olmanın əhəmiyyətini vurğulayır. Dəyişmə, təbii bir prosesdir; yaradıcılıq isə, bu prosesin ayrılmaz bir parçasıdır. Əslində dəyişmənin hansı istiqamətdə olduğunu başa düşülməsi, yaradıcılıq prosesini sürətləndirdiyi kimi marketinq paradiqmasının dəyişməsinə təsir edir və rəqabətçi üstünlük üçün yol xəritəsini göstəririr. Bu mənada yaradıcı və yenilikçi marketinq paradiqması, şirkətin ehtiyaclarının ən təsirli şəkildə qarşılamağa yönəlmiş bugün üçün ən güclü paradigmalardan biridir. Ən əsası isə odur ki,şirkətlərin fəalyyətlərini sağlam bir şəkildə davam etdirə bilmələrinin və rəqabətçi üstünlüyü əldə edə bilmələrinin əsas şərti kimi görünür.
Şirkətlərin qalıcı rəqabətçi üstünlük təmin edə bilmək üçün, daxili qabiliyyətlər və davam etdirilə bilər yenilik yarada biləcək ünsurları təmin edə bilmələri, müvəffəqiyyətli yeni strategiyalar inkişaf etdirmələrinə bağlıdır. Burada əsas məsələ, informasiyanı təmin etmək və paylaşmaq, informasiya ilə çalışanların iştirakını və yaradıcılığını artırmaqdır. Buna görə də şirkətlərin rəqabətdə yeni anlayışlara ya da köhnə anlayışların yenilənməsi ilə əlaqədar arayışları sürətləndirdikləri diqqət çəkir. Yaradıcı və yenilikçi marketinq bu arayışların ən əhəmiyyətlisidir.
Yaradıcı və yenilikçi marketinq şirkətin dəyər ifadəsini içinə alan bir missiyasının inkişaf etdirilməsidir. Şirkətin dəyər yarada bilməsi əsas məsələdir. Uğurlu bir marketinq strategiyasının fərqləndirici xüsusiyyəti, məsələlərin həlli üçün məsuliyyət ala bilən, qarşılıqlı etibara söykənən struktura sahib ola bilməsidir. Eyni zamanda ölçülmüş risklər altındakı çalışanları uğursuzluklarına görə də cəzalandırmadan səlahiyyət verə bilməlidir.
Yeni rəqabət şərtlərində, bəzi şirkətlər istehsal etdikləri məhsuldan çox vəziyyətlərini yenidən nəzərdən keçirməyi bir çıxış yolu kimi görürlər. Bu isə şirkətlərin var olan məhsullarını və məhsul inkişaf etdirmə qabiliyyətlərini yenidən nəzərdən keçirməyə imkan verir. Bu da şirkətlərin qeyri adi qabiliyyətlərin inkişaf etdirilməsində ehtiyac duydukları əsas amildir. Çünki artıq ehtiyac duyulan yalnız texnoloji inkişaf deyil, müştərilərin xüsusi istəklərini qarşılayan təkliflər gətirə biləcək, onları yeni məhsul komponentləriylə inteqrasiyasını təmin edəcək yüksək səviyyəli xidmətlər istehsalı və müştəriyə çatdırılmasıdır.
Dostları ilə paylaş: |