ŞİRKƏTLƏr arasi rəqabəT


Fərqli Bir Dünyagörüş Qazanmaq



Yüklə 0,81 Mb.
səhifə39/97
tarix10.01.2022
ölçüsü0,81 Mb.
#108785
1   ...   35   36   37   38   39   40   41   42   ...   97

Fərqli Bir Dünyagörüş Qazanmaq

Gələcəyi görməyə çalışmaq fərqli bir dünyagörüşüdə tələb edir. Sınanmış ənənəvi prosseslər, fəaliyyətlər və işlərlə, şirkətlər gələcəklərini təhlükəyə atırlar. Çünkü, ənənəvi işlər və proseslər eyni dünyagörüşə sahib olmağı, eyni düşüncə tərzinin tətbiqi, rəqiblər kimi davranmağı nəzərdə tutur. Bun­lar, ölçülü olduqları üçün rəqiblər tərəfindən asanca təqlid edilə bilərlər. Digər bir ifadəylə, uğurlu belə olsa, şirkətlərin ənənəvi rəqabət strategiyaları rəqiblər tərəfindən fərq edilir və asanca idarə edilə bilər.

Ənənəvi dünyagörüşlə rəqabət etmək, strategiyalar in­kişaf etdirmək günümüz rəqabət şərtlərində mümkün deyil. Məsələn; maya dəyəri liderliyi strategiyası, rəqibin yeni bir texnologiyayla xərclərini azaltması ya da mövcud istehsal kanallarını istifadə etməsiylə təsirsiz hala gəlir. Bu günün fərq­lilikləri də sabahın standartlarını meydana gətirəcəyi üçün fərqliləşdirmə strategiyası da təsirini itirəcək. Ənənəvi rə­qa­bət strategiyaları eroziyaya məhkumdur. Gələcəyin für­sətləri və çətinlikləri haqqında yaxşı düşünülmüş bir çərçivə meydana gətirmədən və fərqli bir dünyagörüşü inkişaf etdir­mə­yən şirkətlərin yollarına davam edə bilməyəcəkləri ay­dındır.

Ənənəvi dünyagörüşlə fəaliyyət göstərən şirkətlər, məh­­­­sul­lar və xidmətlər istehsal edərək bazardakı şərtlərə görə satmağa çalışırlar, məhsullar və xidmətlər satılmadığı təq­dirdə yığılmış xərclərin qarşılana bilməməsi problemi ortaya çıxır və şirkətin iflasını yaxınlaşdırır. Bu dünyagörüş, müş­təriləri ön planda ələ almır. Halbuki fərqli dünyagörüşlə baxa bilən şirkətlər müştərilərini öz vizionlarının daxil etmələri və bu istiqamətdə strategiyalar inkişaf etdirmələri lazımdır. Fərqli dünyagörüş qazanmaq müştəri istiqamətli olmağı, müştərilərini inkişaf etdirməyi, müştərilərinin mənfəətlərini, müştərilərinin xərclərini düşünməyi tələb edir. Digər bir ifadəylə, fərqli dünyagörüş qazanmaq müştəri dəyərlərini və ehtiyaclarını anlamaqla əlaqədardır.

Rəqabətə ənənəvi dünyagörüş, tamamilə bu günün rə­qib­ləri və onların mövcud performansı üzərində cəmləşir, şir­kət­lərin baxışını məhdudlaşdırır. Buna qarşılıq, şirkətlər ba­zar­dakı digər əsas komponentləri, ümumiyyətlə görə bilmir­lər. Davam etdirə bilər rəqabətçi üstünlük üçün, şirkətlər üçün fərqli dünyagörüş qazanmaq, görüş bucaqlarını geniş­lədərək qlobal dünyagörüşlə, rəqiblərdən fərqli düşünməyi, müştərilərin, məhsul və xidmətlərinin məqsədini qəbul et­mələri, potensial rəqabətin və oyun dəyişdiricilərin kimlər ola biləcəyini görmələri mənasını verir .


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin