Maddə 11. Təbii inhisarçılıq
1. Bu və ya digər malların istehsalı və xidmətlər sahəsində özlərinin təbii inhisar mövqeyindən sui-istifadə edərək ölkənin, təsərrüfat subyektlərinin mənafelərinə və istehlakçıların hüquqlarına ziyan vuran idarəetmə orqanlarının və təsərrüfat subyektlərinin fəaliyyəti üzərində antiinhisar nəzarəti xüsusi formada həyata keçirilir.
2. Təbii inhisarçıların siyahısını Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının təqdimatı ilə Azərbaycan Respublikası Milli Məclisi müəyyən edir.
Dostları ilə paylaş: |