Maddə 15. İnhisarçılıq fəaliyyətinin aradan qaldırılması
Hökmran mövqe tutan təsərrüfat subyektləri inhisarçılıq fəaliyyəti göstərirlərsə və onların fəaliyyəti rəqabətin xeyli məhdudlaşdırılmasına səbəb olarsa, müvafiq icra hakimiyyəti orqanı təşkilati, texnoloji və ərazi şəraitinin imkan verdiyi halda onların məcburi bölünməsi haqqında qərar qəbul edə bilər. Bu halda antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı təsərrüfat subyektlərinin xüsusiyyətini nəzərə alaraq onların məcburi qaydada bölünməsi müddətlərini altı aydan az olmamaq şərti ilə müəyyənləşdirir.
Dostları ilə paylaş: |