ŞİRKƏTLƏr arasi rəqabəTBazara Yeni Şirkət Girişləri
Bazara Yeni Şirkət GirişləriSektorların gəlirli olması və cazibədarlığı bazara yeni şirkətlərin daxil olmasını təşviq edir. Bazara yeni girişlər yeni qurulan şirkətlər ola biləcəyi kimi, mövcud sektordakı şirkətlərin birləşərək və ya onları satın alaraq da ola bilər. Bazara yeni girişlərin olması təhdidi, sektora giriş maneələrinə bağlıdır. Sektor quruluşunun bir xüsusiyyəti olaraq sektora giriş maneələri, sektor gəlirliliyinin əhəmiyyətli təyin edicilərindəndir. Ümumiyyətlə, sektora giriş maneələri nə qədər yüksək olarsa, sektor gəlirliliyi də o qədər yüksək olmaya meyillidir. Giriş maneələrinin yüksəkliyi isə, giriş xərclərinə bağlıdır. Giriş xərcləri nə qədər yüksək olsa, giriş maneələri də o qədər yüksək olacaq. Buna görə də, giriş xərcləri nə qədər yüksək olsa, sektora yeni girişlərin olması təhdidi o qədər aşağı olacaq. Əhəmiyyətli giriş maneələrindən bəziləri bunlardır: Miqyas iqtisadiyyatı, (istehsal miqdarı artdıqca ortalama vahid xərclərdəki azalma deməkdir). Miqyas iqtisadiyyatı, bazara yeni girəcək şirkətləri ya böyük miqyaslı və böyük riskli ya da kiçik miqyaslı və vahid xərclərin yüksəkliyi ilə girməyə məcbur edir. Hər iki ehtimal bazara yeni girəcək şirkətlər üçün arzu edilən deyil və bu vəziyyət girişi daşındıra bilər. Məhsul fərqliləşdirmə; məhsul fərqliləşdirmə maneəsi sektordakı mövcud şirkətlərin marka(brend) imicinə və istehlakçı bağlılığına sahib olduqlarına işarə edir. Yeni girəcək şirkətlərin sektordakı mövcud şirkətlərin məhsulları lehinə olan istehlakçıların seçimlərini dəyişdirə bilmələri üçün daha çox xərclər etməyə vadar oluna bilər. Girişin müvəffəqiyyətsiz olması, qurtarılması mümkün olmayan bu xərclərə görə, girişi daşındıra bilər. Sərmayə ehtiyacı; yeni girəcək şirkətlərin sectorda təsirli bir şəkildə rəqabət edə bilmələri üçün böyük miqdarda sərmayə ehtiyacına işarə edir. Bu vəziyyət giriş üçün bir maneə meydana gətirə bilər. Xüsusilə, bu sərmayə yalnız istehsal təsisləri üçün deyil reklam, araşdırma-inkişaf etdirmə kimi təkrar qurtarılması mümkün olmayan sahələrdə istifadə ediləcəksə, sərmayə daha riskli hala gələ bilər və girişi daşındıra bilər. Dəyişdirmə xərcləri; istehlakçının bir məhsulun yerinə başqa bir məhsulu istifadə etməsindən qaynaqlana biləcək xərclərə işarə edir. Məsələn, istehlakçının istifadə etdiyi kompüter proqramını dəyişdirməsi yeni proqram üçün kursa getməsini, bunun üçün zaman və pul xərcləməsini tələb edə bilər və nəhayət öyrənə bilməmə riskini də daşıyır. Bu cür dəyişdirmə xərclərinin yüksək olması ehtimalı girişi əngəlləyə bilər. İstehlakçılar ümumiyyətlə dəyişdirməyə qarşı istəksizdirlər və buna qarşı dirənc göstərirlər. Yeni girəcək şirkətlərin istehlakçıların bu istəksizliyini aradan qaldırmaq üçün daha yaxşı qiymət-performans xüsusiyyətləri olan məhsullar təqdim etməlidirlər. Bu isə şirkətləri əhəmiyyətli xərclər etməyə vadar edəcəyindən yeni girişi daşındıra bilər. Paylaşdırma kanallarına daxil olma; əhəmiyyətli bir giriş maneəsi meydana gətirə bilər. Sektordakı mövcud şirkətlərin paylaşdırma kanallarıyla olan uzun müddətli əlaqələri nəticəsində bu kanallar üzərində əhəmiyyətli təsirlərə sahib ola bilərlər. Yeni girəcək şirkətlərin bu paylaşdırma kanallarından faydalana bilmələri üçün qiymət endirimləri, ortaq reklam vs. yollarla paylama kanallarını razı salmalarına məcbur ola bilərlər. Xüsusi ilə, müəyyən məhsullar üçün məhdud paylama kanallarının olması və bunların mövcud şirkətlər tərəfindən istifadə edilməsi, paylaşdırma kanallarını əhəmiyyətli bir giriş maneəsi edir. Maya dəyəri üstünlüyü; yeni girəcək şirkətlərin böyüklüyü nə olursa olsun, mövcud şirkətlərin bütün istehsal səviyyələrində yeni girəcəklərə qarşı bir maya dəyəri üstünlüyünə sahib olmalarına işarə edir. Maya dəyəri üstünlüyü girişi daşındıra bilər. Maya dəyəri üstünlüyü bir çox qaynaqdan gələ bilər. Bunlardan bəziləri bunlardır: mövcud şirkətlərin istehsal texnikalarını idarə altında tutmaları, mövcud şirkətlərin istehsal faktorlarını çox daha yaxşı şərtlərdə təmin etmələri, möcud şirkətlərin əhəmiyyətli quruluş yerlərini idarə altında tutmaları, mövcud şirkətlərin təcrübə iqtisadiyyatlarından faydalanmaları, mövcud şirkətlərin prioritetli olaraq hökumətdən kömək almaları. Təcrübə iqtisadiyyatı; müəyyən bir məhsulun istehsal miqdarının artmasıyla, o məhsulun istehsalında qazanılan təcrübələrin gətirib çıxaracağı, ortalama vahid xərclərdəki azalmaya işarə edir. Təcrübə iqtisadiyyatı, qazanılan təcrübələrin şirkətlərdə sir kimi tutulması ilə bir giriş maneəsi yarada bilər. Əks halda, təcrübə iqtisadiyyatının girişi daşındırma təsiri çox az olacaq. Dövlət siyasəti; Dövlət, bəzi sektorlarda girişi məhdudlaşdıra bilər. Məsələn, bir bankın açıla bilməsi üçün müəyyən standartların təmin edilməsi və hökumətdən icazə alınması lazımdır. Misilləmə(reaksiya); Sektora girməyi planlayan şirkətlərin girişin reallaşması halında, sektordakı mövcud şirkətlərin göstərəcəyi mislləmə (reaksiyalar) ehtimalı, yeni girəcək təşkilatın giriş qərarına əhəmiyyətli dərəcədə təsir edə bilər. Əgər mövcud şirkətlərin sektora girişə qarşı sərt bir reaksiya verməsi gözlənilirsə, bu sektora girişi daşındıra bilər. Ancaq, mislləmə ehtimalı təsirli bir giriş maneəsi ola bilməsi üçün inandırıcı olmaladır. Aşağıdakı şərtlər inandırıcılığı artırar və sektora girəcək şirkətlərə sərt bir misilləmənin siqnallarını verər: sektorda əlavə istehsal həcminin olması, sektordakı böyümənin yavaş olması, mövcud şirkətlərin, əsas resursları istifadə etmələri, mövcud şirkətlərin sərt misilləmə vermədə məşhur olmaları. Yüklə 0,81 Mb. Dostları ilə paylaş: |