Miqyas İqtisadiyyatı - İxracata yönəlmiş strategiyalr vasitəsi ilə şirkətlər miqyas iqtisadiyyatını əldə etmək üçün istehsal mərkəzlərində cəmləşərək buna nail olublar. Milli bazarlar arasında qarşılıqlı asılılıqdan birincisi olan miqyas iqtisadiyyatı ixracat strategiyasıdır. Bu mərhələ qısa olub. Şirkətlərin məhsullarını itxal edən bir çox xarici dövlət şirkətləri itxal edilən məhsulun öz ölkələrində istehsalını tələb ediblər. Bu da öz növbəsində xarici investisiya qoyuluşu strategiyasının ortaya çıxmasına yol açıb.
Fəaliyyətdə Qarşılıqlı Asılılıq - Şirkətlər xaricə sərmayə qoyuluşu sadəcə tələb etdikləri üçün deyil, eyni zamanda rəqiblərin strategiyalarına reaksiya vermək üçün də ölkədən kənara investisiya qoyurlar. Buna ən gözəl nümuna Coca-Cola ilə Pepsi-Cola şirkətləridir. Coca-Cola şirkətinin investisiya qoyduğu hər bir ölkədə Pepsi-Cola şirkəti də var. İlkin mərhələdə şöbələr avtonomiya formasında idarə olunr. Lakin zamanla, bu öz növbəsində fəaliyətlərdə qarşılıqlı asılılığı artırıb. Şirkətin şöbəsində və ya əməkdaşlıq etdiyi tərəf müqabilinin istehsal etdiyi yarımfabrikatlara olan ehtiyacı şirkətləri qarşılıqlı asılılığa yönəldib. Bir şirkətin fəaliyyətindəki tərəf müqabilinin fəaliyyətinə olan ehtiyac fəaliyyətlərdə qarşılıqlı asılılığı meydana gətirir. Bu da milli bazarların bir-birinə qarşılıqlı və davamlı asılılığını artırır.
İnformasiyada Qarşılıqlı Asılılıq - Qlobal rəqabətin üçüncü dövrəsi iformasiyada qarşılıqlı asılılığın təkamülüylə birlikdə ortaya çıxır. Bu mərhələdə fərqli bazarlardan öyrənmə, öyrəndiklərini mənimsəmə və bunu bazarlardakı strateji mövqeyini gücləndirmədə istifadə etmə ehtiyacıdır.
Oyuna Təsir Edə Bilmək Ya da Aktyor Olmaq
Yeni rəqabət şərtləri, oyunda iştirak edən aktyorların rollarını və qarşılıqlı təsirlənmələri yenidən qiymətləndirilməyi də tələb edir. Bu da öz növbəsində qloballaşma şəraitində, rəqabətin əsasını təşkil edir və aktyorların rollarını, oyunun qaydalarını dəyişdirir. Çünki, oyunu artıq sərhədləri qeyri-müəyyən olan qlobal bir arenada oynamaq lazımdır. Qlobal arenanın oyunçuları mütəmadi olaraq yenilənir və dəyişir. Hər iştirakçı, qaydaları ilə iştirak etməyə, bir aktyor kimi rollarını oynamağa çalışır. Oyuna qatılanlar, oyuna təsir etdikləri ölçüdə və əldə etdikləri qazancla özlərini göstərirlər. Nə var ki, oyun oynamaq oyunçuların təşəbbüsündədir. Oyunçular, oynamaq üçün məcbur olmadıqları kimi qazanc əldə etmək üçün də məcbur edilə bilməzlər. Qazanc əldə etmək üçün oyuna qatılmaq lazımdır. Qaldı ki, heç bir aktyor itirmək üçün oyuna girməz. Girmədən əvvəl əldə edəcəyi qazancı düşünür. Təhqiqatlar, oyunda müvəffəqiyyətli olan şirkətlərin ümumiyyətlə yeni iştirakçılar olduğunu ortaya çıxarmışdır.
Şirkətlər lider şirkətləri nümunə götürərək onlar qədər təsirli olmağa çalışırlar. Bu cür fəaliyyətlər oyunda qala bilmək üçün şərtdir. Amma oyunda qala bilmək də kafi deyil. Oyunda qala bilmək üçün rəqiblərin olduqları yerə çatmaq əhəmiyyətli ola bilər bəlkə, amma əsl olan oyunda qalib gəlmə yolunda yeni oyun qaydaları icad etmə qabiliyyətini daşımaqdır.
Qloballaşan rəqabət arenasında davamlı dəyişmə (dəyişən-aktyorlar və rolları, şərait, vasitələr) prosesi yaşanır. Bu proseslə birlikdə bir sonrakı oyun qaydaları da dəyişir. Buna görə də mövcud rəqabət qaydaları üzərində deyil, gələcəyin rəqabəti üzərində fikirləşmək lazımdır. Bunun üçün bənzərsiz və təqlid edilə bilməz dəyər yaratmaq lazımdır. Buda öz növbəsində digər şirkətlərlə qarşılıqlı əlaqələr quraraq əməkdaşlıq çərçivəsində oyunun aktyorlarından biri olmağa imkan verir. Bununla yeni rolların nələri ehtiva etdiyi, digər aktyorlarla inteqrasiya olunmanın necə olacağının yaşanaraq öyrənilməsini təmin edir və şirkətlərə davamlı öyrənmə imkanı tanıyır.
Yeni rəqabət şərtlərində şirkətlər üçün yenilənmə, yaradıcı düşünmə daha da əhəmiyyətli bir amildir. Mövcud sektorlarda rəqabətin bünövrəsini yenidən meydana gətirə bilmək və yeni sektorlar yarada bilmək yenilənməyi, yaradıcı düşünməyi tələb edir. Bazara yeni girən aktyorların rollarının dəyişməsi qarşısında, şirkətlər dəyişmək zərurəti hiss edirlər. Əks təqdirdə, arenadan çəkilərək, digər aktyorların rollarını oynamalarına imkan verərək, özləri oyundan kənarda qalacaqlar və bunun reallaşmaması üçün hər şeyi yenidən düşünmələri lazımdır. Hər şeyin yenidən, yaradıcı bir düşüncə ilə ələ alınması isə yeni fürsətlərin qiymətləndirilməsinə imkan verəcək. Bu cür düşünmə forması keçmişin səhvlərindən təmizlənməyi və keçmişdəki uğurlarla öyünməkdən xilas olmağı təmin edir. Hər şeyi yenidən düşünmək, radikal qərarlar almağı da tələb edir. Hər şeyi yenidən düşünərək təxəyyül iyerarxiyası meydana gətirmədə bəşəri sərmayələrinin(işçi qüvvəsinin) iştirakını da təmin edərlər. Bununla da yeni strateji düşünmənin içərisində təzə səslərin iştirakını reallaşdırmış olarlar.
Dostları ilə paylaş: |