ŞİRKƏTLƏr arasi rəqabəT


Dinamik Bir Planlama Etmək



Yüklə 0,81 Mb.
səhifə40/97
tarix10.01.2022
ölçüsü0,81 Mb.
#108785
1   ...   36   37   38   39   40   41   42   43   ...   97

Dinamik Bir Planlama Etmək

Naməlum və də kompleks ətraf mühütə qarşı həssas olmaq, tendensiyaları izləmək və dəyişmə prossesini asan­laş­dır­maq istiqamətində elastikliyə sahib olmaq, bütün çalı­şanlarla eyni məqsəd hörgüsü içərisində iştirak etmək, şirkətə fərqli dünyagörüş qazandıraraq gələcəyin rəqabətində davam etdirilə bilər uğurlar əldə etmək, dinamik planlama etməyi tələb edir.

Dinamik planlama etmək, ətraf mühütdəki fürsətlərdən faydalanmaq üçün şirkət varlıqlarını mövqeləndirmədə bir qanun kimi strategiyadan faydalanmağı nəzərdə tutur. Strate­giya şüurlu bir əsas təşkil edir. Strategiya, sektoru, müştə­riləri, rəqibləri və əsas meylləri anlamada və ətraf mühütdəki fürsətlər üçün təşkilatın qabiliyyətlərinin uyğun hala gətiri­lə­rək uğurlu bir şirkət mühütünü meydana gətirmədə əhəmiy­yət­lidir. Buradakı ana vurğu sistematik uzaqgörənlik, məlu­mat toplama və planlama prossesləri üzərindədir.

Planlamanın məqsədi bacarılması çətin bir vəzifə olan gələcəyi təxmin etmək deyil. Buna qarşılıq, dəyişən bazarlara uyğunlaşma təmin edərək ortaya çıxan trendleri təyin etmək, bu trendlerin təqdim etdiyi fürsətləri istifadə etmək məqsə­diy­lə davam etdirilə bilər rəqabətçi üstünlük əldə etmək, təş­kilati dəyişməyi istiqamətləndirmək, dəyər yaradıcı faktorları idarə etməkdir.

Şirkətlərin bu gündən çox gələcəyə istiqamətlənmiş dün­yagörüşləri ilə çalışanlarını necə motivasiya edə bilə­cə­yinin mərkəzində stratejik planlar durur. Şirkətlərin ətrafında yaşanan və ya yaşanacağı təxmin olunan müsbət ya da mənfi tendensiyaların, potensial şirkət qaynaqları ilə necə qiymət­ləndirilə biləcəyinin ortaya çıxarıldığı planların inandırıcılığı, tətbiqində rəhbərliyin atacağı addımlarda göstərdiyi qətiyyət­lik və fərdlərin aktiv iştirakı ilə meydana gəlir. Şirkətin hə­dəflərinin, təşkilatın bütün addımlarında vahid və fərd əsaslı hədəflərə çevrilmiş olması və bu hədəflərini reallaşdırması demək şirkət hədəflərinin reallaşması deməkdir. Planlama pro­sesi və onun uğurlu icrası, çalışanların iştirakına və bağ­lılığına bağlıdır. Çalışanlar bazara aid məlumatı bilən və strategiyanın işləməsini təmin etmək məcburiyyətində olan kəslərdən meydana gəlir.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin