Strategiya və Taktika: Taktika, üsul və texniki baxımdan strategiyadan daha detallıdır.Strategiya, məqsədlərə çatmaq üçün əldəki güclərin və ya resursların yerləşdirilməsi və paylanması planı olduğunu bilirik. Taktika, bu yerləşdirilən güclərin hərəkətə keçirilməsi yəni tətbiq olunması ilə əlaqədardır. Taktika daha xüsusi və daha qısa fikirlərdən və tətbiq sənədindən meydana gəlir. Strategiya, bir nizam, nizam və qanun ilə əlaqədar fikri bir əməliyyata, taktika isə hərəkətə keçmə və tədbiqin detallı bir nizamı ilə əlaqədardır. Taktikalar əslində, strategiyanın reallaşmasına köməkçi detallar və hətta proqramlardır. Strategiyanı tətbiq edəcək mütləq bir neçə taktikalar lazımlıdır. Buna görə taktika strategiyanı reallaşdıran bir vasitə, onun ayrılmaz davamıdır.