ŞİRKƏTLƏr arasi rəqabəT


Mövcud Şirkətlər Arasındakı Rəqabət



Yüklə 223,9 Kb.
səhifə14/91
tarix01.01.2022
ölçüsü223,9 Kb.
#107112
1   ...   10   11   12   13   14   15   16   17   ...   91
Rəqabət Kitabı (1)

Mövcud Şirkətlər Arasındakı Rəqabət

Bir sektordakı rəqabət, şirkətlərdən birinin mövqeyini yaxşılaşdırmaq üçün bir fürsət görməsi və ya təzyiq hiss etməsi nəticəsində stratejik bir hərəkətdə olması və digər şir­kət­lərin bu hərəkətə qarşı reaksiya verməsi və ya qarşı hə­rəkətdə olması nəticəsində meydana gəlir. Başqa bir ifadə ilə rəqabət, şirkətlərin sektorda yaxşı bir mövqe tapmaları üçün müxtəlif strateji hərəkətlərdə olmaları şəklində reallaş­maq­dadır.



Bir sektordakı mövcud şirkətlər arasındakı rəqabətin müxtəlifliyi və sıxlığı sektorun gəlir potensialına əhəmiyyətli dərəcədə təsir edir. Şirkətlər arasındakı rəqabət ümumiyyətlə qiymət və qiymət xarici rəqabət olaraq iki qrupa ayrıla bilər. Qiymət rəqabəti, şirkətlərin gəlirlərini azaldaır. Qiymət xarici rəqabət (reklam, yeni məhsul inkişaf etdirmə, xidmətlər, zə­ma­nətlər vs.) isə xərclərini yüksəldərək gəlirlərinin azalma­sı­na gətirib çıxarır. Ancaq, şirkətlər xərc artımlarını müəyyən öl­çüdə yüksək qiymətləri istehlakçılara əks etdirə biləcək­lə­rin­dən, qiymət xarici rəqabətin gəlirləri azaltma potensialının, qiymətə söykənən rəqabətdən daha az olacağı deyilə bilər. Ayrıca, sektordakı rəqabətin sıxlığı artdıqca, şirkətlərin buna görə də sektorun gəlirliliyi azala bilər. Bir sektordakı rəqa­bə­tin sıxlığına təsir edən əsas amillərdən bəziləri bunlardır:

  • Sektorun sıxlaşma dərəcəsi; sektordakı şirkətlərin sayı və böyüklüyü ilə əlaqədar bir anlayışdır. Sıxlaşma, sektordakı satışların böyük bir hissəsinin az sayda şirkət tərəfindən nəzarət edilməsi olaraq təyin oluna bilər və sıxlaşma nisbəti ilə ölçülür. Məsələn, sənaye satışlarının 80%-inin 4 böyük şirkət tərəfindən nəzarət edilməsi vəziyyətində sıxlaşma nisbəti SN=0.8 olaraq göstərilir. Sıxlaşma dərəcəsinin yüksək olması vəziy­yə­tində, yəni sektorun bir və ya bir neçə böyük şirkət tərəfindən istiqamətləndirilməsi vəziyyətində, rəqabə­tin daha az olacağı gözlənilə bilər Çünki, böyük şir­kət­lər miqyaslarına dayanan qiymət liderliyi vs. Yol­larla bazara müəyyən bir ölçüdə təsir edə bilər və di­gər şirkətləri qiymət rəqabətindən daşındırmağa məc­bur edə bilər. Sıxlaşma dərəcəsinin aşağı olması və ya sektorda çox sayda və təxminən eyni böyüklükdə şir­kətlərin olması vəziyyətində, rəqabətin sıxlığı yüksək olma meylindədir.

  • Sektorun böyümə nisbəti; sektordakı ümumi tələbin əvvəlki ilə görə artım sürətinə işarə edir. Sektordakı böyümənin yavaş olması vəziyyətində, böyümək is­tə­yən şirkətlər digər şirkətlərin bazar paylarına yönə­lə­cəkləri üçün, şirkətlər arasındakı bazar payı rəqabəti artacaq. Digər tərəfdən, sektordakı böyümənin sürətli olması vəziyyətində, şirkətlər bazar payı rəqabətindən çox, istehsal tutumlarını artırma yarışına girəcəklər. Bu səbəbdən, sektorun böyümə nisbəti nə qədər aşağı olsa, rəqabətin sıxlığının o qədər artacağı gözlənilə bilər.

  • Məhsul fərqliləşdirmə; sektordakı rəqabətin sıxlığına təsir edən başqa bir amildir. Sektordakı şirkətlərin məhsullarının bir-birinə çox bənzər olması vəziyyətin­də, istehlakçılar seçimlərini böyük ölçüdə qiyməti əsas alaraq edirlər və bu vəziyyət şirkətlər arasında qiymət rəqabəti üçün bir təzyiq yaradacaq. Məhsul­la­rın fərqliləşdirilmiş olması vəziyyətində, istehlak­çı­ların müəyyən məhsullara bağlılıqları və ya kiçik qiy­mət dəyişikliklərindən təsirlənməmələri, şirkətləri müəy­yən mənada qiymət rəqabətindən qorumaqdadır. Digər bir ifadə ilə, məhsullar nə qədər fərqliləşdirilsə rəqabətin o qədər az olacağı gözlənilə bilər.

  • Sabit xərclər; müəyyən bir dövr içərisində istehsal miqdarındakı dəyişmələrdən təsirlənmədən sabit qalan xərclərdir. Sabit xərclərin yüksək olduğu sektorlarda şirkətlər istehsal həcimlərinin istifadə nisbətlərini ar­tır­ma ehtiyacı hiss edərlər. İstifadə olunmayan istehsal həc­mlərinin olması vəziyyətində isə, şirkətlər bunu istifadə etmək üçün qiymətləri salma meylinə girə bilərlər. Buna görə də, sabit xərclərin yüksək olduğu sektorlarda rəqabətin daha sıx olacağı gözlənilə bilər.

  • Sektordan çıxış maneələri; bir şirkətin sektordan çıx­ması vəziyyətində geri dönüşü olmayan, batmış xərc­lər­dir. Əgər bir şirkətin resurslarını başqa bir sektorda istifadə etməsi və ən az əvvəlki sektordakı qədər qa­zanc təmin etməsi imkanı yoxsa, sektordan çıxış ma­neə­ləri vardır. Buna görə də, çıxış maneələrinin var­lığı, böyük ölçüdə, şirkətlərin sahib olduğu resursların alternativ istifadə sahələrinin olub olmadığına bağ­lı­dır. Əsas resursların alternativ istifadə sahələri məh­dud olacağından, çıxış maneələrinin yüksəkliyini, əsa­sən sektorun resurs ehtiyacı təyin edəcək. Çıxış ma­neələrinin yüksək olması istifadə olunmayan istehsal gücünün sektordan ayrılmasına icazə verməyəcəyi üçün, rəqabətin sıxlığını artıracaq. Digər tərəfdən, çı­xış maneələrinə bir növ giriş maneəsi olaraq baxıla bilər. Sektora girişin müvəffəqiyyətsiz olması vəziy­yə­tində qarşılaşıla biləcək batmış xərclərin böyüklüyü girişi daşındıra bilər, giriş və çıxış maneələrinin aşağı və ya yüksək olması vəziyyətləri aşağıdakı şəkildə gös­tərilib.










Yüklə 223,9 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin