ŞİRKƏTLƏr arasi rəqabəT



Yüklə 223,9 Kb.
səhifə2/91
tarix01.01.2022
ölçüsü223,9 Kb.
#107112
1   2   3   4   5   6   7   8   9   ...   91
Rəqabət Kitabı (1)

ÖNSÖZ

Müasir dövr mühüm dəyişikliklər və sürətli inkişaf döv­­­rüdür. Həmin dəyişikliklər və inkişaf fonunda həyatın bü­tün sahələrində yarışmanı ifadə edən və hər keçən gündə daha da şiddətlənən rəqabət bugün bütün istehsal sahələri və şir­kət­­ləri hədələməkdədir. Belə bir şəraitdə şirkətlərin öz var­lıq­la­rını qoruyub saxlamaları üçün müxtəlif strateji planlar iş­lə­yib ha­zırlamaları, müəssisələrinin ömrünün uzun müddətli ol­masına nail ola bilmələri üçün köhnəlmiş, standart metod­lar­dan əl çəkib, daim inkişafda olan dövrün tələblərinə uyğun me­­tod və yollar axtarmaları ən mühüm məsələ kimi qarşıda durur.

Bugün şirkətlər özləri də yeni rəqabət qarşısında da­vam gətirə bilməyəcəklərini başa düşürlər. Buna görə də on­la­rın rəqabət apara bilmələri, gələcəkdə rəqabət üstünlüyünü tə­min etmələri üçün rəqabətin əsasının dəyişildiyini dərindən dərk etmələri və rəqabəti cilovlamaq üçün həmin istiqamərdə iş apararaq özlərinə yeni yol xəritələri hazırlamaları vacibdir.

Bu kitabda məhz şirkətlərə kömək məqsədi ilə gü­nü­müz üçün aktual sayılan bir sıra bu kimi problemlərə toxu­nul­muş­dur. Əsərin aktuallığı ondadır ki, şirkətlərin sahib olduq­ları resurs və imkanlardan xarici mühitə uyğun şəkildə isti­fa­də etmələri üçün yeni nəzəri fikirlər irəli sürülmüşdür. Azər­bay­can şirkətlərinin dünya bazarına çıxa bilməsi və istehsalçı ölkələr arasında gedən rəqabətə qarşı davam gətirməsi, eləcə də rəqabət dünyasında uzun ömürlülüyünü təmin etmək üçün yeni fikirlər irəli sürülmüşdür.

Kitab həm şirkət rəhbərlərinə və çalışanlarına, ali təh­sil qurumlarında iqtisadiyatla əlaqədar çalışanlara və tələ­bə­lərə, həm də bu mövzuya maraq göstərənlərə xitab edir.

Bu kitabın çap olunmasında öz köməkliklərini gös­tə­rən bütün təşkilat və şəxslərə dərin minnatdarlığımı bildiri­rəm.


Bakı, 2010

Yüklə 223,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin