ŞİRKƏTLƏr arasi rəqabəT



Yüklə 223,9 Kb.
səhifə26/91
tarix01.01.2022
ölçüsü223,9 Kb.
#107112
1   ...   22   23   24   25   26   27   28   29   ...   91
Rəqabət Kitabı (1)

Dəyişən İş Dinamikaları

Rəqabətin bünövrəsinin dəyişdiyini başa düşmək üçün, dəyişən iş dinamikalarının təhlil edilməsini də tələb edir. Bu­gün şirkətlər ürküdücü, fantastik, qorxuducu, əyləncəli, qəri­bə və hər böyüklükdəki təşkilatlar üçün fürsətlərlə dolu şərt­lərdə fəaliyyətlərini davam etdirməyə çalışırlar. Bu bölümdə şirkətləri bu dəyişikliyin içinə sürükləyən amillər təhlil edilib.



Qloballaşma

Qloballaşma, son illərdə müxtəlif platformalarda fərqli cəhətləri ilə müzakirə olunan bir mövzu halına gəlib. Tex­no­logiyaların tərəqqisindəki sürət, artan rəqabət və beynəlxalq bazarlarda fəaliyyət göstərən şirkətlər iqtisadi, siyasi və mə­dəni mənada qloballaşma hərəkətini bir həqiqət olaraq gün­də­lik həyatda yaşayır və yaşadırlar. Xüsusilə informasiya tex­no­logiyalarının sürətlə inkişaf edərək bütün dünyada fərdlərin və təşkilatların bir-birindən xəbərdar olmalarına imkan verə­cək şəkildə əhatə etmələri, qloballaşma anlayışının indiki vaxt­da artıq tamamilə hakim bir amil halına gəlməsinə səbəb olub.

Qloballaşma, ölkələr arasındakı iqtisadi, ictimai və si­ya­si əlaqələrin inkişafı, fərqli cəmiyyət və mədəniyyətlərin inanc və münasibətlərin daha yaxşı tanınması, beynəlxalq əlaqələrinin sıxlaşması kimi bir-biriylə əlaqəli mövzuları ehtiva edən bir anlayışdır.

Qloballaşma dövrü olaraq adlandırılan yaşadığımız dünyada hər hansı bir sahədəki dəyişikliklər dərhal kompleks bir şəkildə ətraf mühütdəki diyər sahələrə də öz təsirini gös­tərir. Buna misal olaraq dünyada yaşanan son iqtisadi krizisii göstərmək olar. Amerikada başlayan krizis qısa bir müddətdə diyər ölkələrə də sirayət etdi və bütün sahələrdə öz təsirini hiss etdirdi. İndiki dövürdə milyonlarla insan, fərqinə var­ma­dan uzaq məsafədə olmalarına baxmayaraq bir-biriləri ilə əla­qə qururlar. Bu əlaqələrin genişləməsində və inkişaf etmə­sin­də beynəlxalq şirkətlərin rolu böyükdür.

Qloballaşma anlayışı, genişləyən beynəlxalq ticarət, sər­həd tanımayan maliyyə resurslarının dövrüyyəsi, artan xa­rici investisiyalar, böyüyən qlobal şirkətlər kimi amillərlə izah olunur. İqtisadçı Richard Lipsey iqtisadiyyatın qlobal­laş­ma­sını "bir çox fərdi ölkə iqtisadiyyatındakı maliyyə və isteh­sal sektorlarının artan ölçülərdə inteqrasiya olunması" kimi ifadə edir. Dünyanın müxtəlif ölkələrindəki fabriklərindən təmin edilən parçaların son montaj üçün bir başqa ölkədə toplanması və istehsal müddətinin dəyişik mərhələlərində müx­təlif ölkələrin sərmayə bazarlarından təmin edilməsi bu tərifə uyğun bir misaldır.

Qloballaşma, şirkətlərin beynəlxalq sərmayə strategi­ya­la­rında, xüsusilə istehsalın yerli olmaqdan çıxarılıb fərqli böl­gə­lərdə reallaşdırılmasını ehtiva edən radikal bir yenidən möv­qe təyin etmə səyini tələb edir. Milli iqtisadiyyatda yaşa­nan böhranlar nəticəsində şirkətlər istehsal xəttlərini beynəl­xalq hala gətirmək məcburiyyətində qalmışlar. Lakin, dün­ya­da yaşanan son iqtisadi krizis onu göstərdi ki, artıq bey­nəl­xalq iqtisadi münasibətlərdəki qarşılıqlı asılılıq elə bir sə­viy­yə­yə gəlib ki, dünyanın bir ölkəsində iqtisadi sahədə baş ve­rən hadisələr digər ölkələri də əhatə edir və təsir altına alır.

Qloballaşma, özündə fərqli ölçülərdə bir çox ictimai, iq­tisadi və siyasi vb. mövzunu əhatə edən kompleks bir məz­muna malikdir. İqtisadçılar və ekologiyaçılar bənzər şəkildə "qlobal yerliləşmə" anlayışından danışırlar. Bu yanaşma "qlo­bal düşün, yerli fəaliyyət göstər" şüarıyla ifadə edilir. Əsas eti­barilə iqtisadi bir amil olaraq görülən qloballaşmaya so­sioloqlar isə mədəni bir proses kimi baxırlar. Tez-tez qeyd ediliyi kimi dünya kiçilməkdə, amma inteqrasiya olun­ma­maq­dadır. Milli iqtisadiyyatlar bir-birinə yaxınlaşdıqca xalq­lar, şəhərlər və bölgələr bir-birindən ayrılır. R.J.Barnet və J.Ca­vanagha görə qlobal iqtisadi inteqrasiya olunma prosesi si­yasi və ictimai dağılmağı sürətləndirir. Ailə bağları qopur, cəmiyyətdəki münasibətlər pisləşir. Xalqlar da eynilə hücey­rə­lər kimi bölünərək çoxalır.

Aşağıdakı misal, bu gün qloballaşmanın şirkətlər üçün nəyi ifadə etdiyini aydın bir şəkildə ortaya qoyur:



"Bir Amerikalı General Motorsdan Pontiac Le Mans maşını aldığında, fərqində olmadan beynəlxalq bir əmə­liy­ya­ta daxil olur. Avtomobil üçün GM-a ödənən 20.000 dolların 6000 dolları işçilik və montaj xərcləri üçün Cənubi Kore­ya­ya, 3500 dolları inkişaf etmiş hissələrin təmin edildiyi Yapo­ni­yaya, 1500 dolları dizayn xərcləri üçün Almaniyaya, 800 dol­ları kiçik hissələr üçün Tayvana, Singapura və Yapo­ni­yaya, 500 dolları reklam üçün İngiltərəyə, 100 dolları mə­lumat əməliyyat üçün İrlandiya və Barbadosa gedir. Qalan 8000 dollar da Detroitdəki strategiya mütəxəssislərinə, New Yorkdakı banklar və vəkillərə, Vaşinqtondakı lobbi fəaliyyəti icra edənlərə, ölkədəki sığortaçı və təmircilərə və bir çoxu da olkə daxilində yaşayan, ancaq xarici vətəndaşlar olan şir­kətin səhimlərini alan səhm sahibləri tərəfindən paylaşılır."

Qloballaşma prosesində nəhəng şirkətlərin hökm sür­dükləri və bu vəziyyətin önümüzdəki dövrdə davam edəcəyi fikiri yanıldıcı ola bilər. Çünki, indiki vaxtda və gələcəkdə sürətli dəyişmə qlobal iş dünyasında hər ölçüdə şirkətə çox dəyişik fürsətlər təqdim edir. Müştəri seçimlərindəki də­yiş­mə, qlobal məhsulların meydana gəlməsi, texnologiyadakı in­ki­şaflar, nəqliyyat və xəbərləşmə sahəsindəki irəliləmələr qlo­bal iş imkanlarını növlərə ayırıb və yaxın zamana qədər müvəffəqiyyətli görünən nəhəng şirkətləri öz strukturlarını tərk etməyə məcbur edib.

Xüsusilə, informasiya texnologiyalarındakı inkişaflar qlobal bazarlar meydana gətirmədə kiçik şirkətlərə çox əhə­miyyətli rəqabət imkanları təqdim edir. Dünya iqtisadiyyatı böyüdükcə ən kiçik və orta böyüklükdəki oyunçuların gücü artacaq. Yəni, qlobal iqtisadiyyatın dinamik ünsürü kiçik və orta böyüklükdəki şirkətlər olacaq. Bu məzmunda, dünyanın hər yerində, nəhəng şirkətlər belə özlərini yenidən təşki­lat­lan­dırırlar. Bu yenidən təşkilatlanma prosesində nəhəng şirkətlər parçalanaraq avtonom müəssisələrə bölünürlər və yeni struk­turlar yaradırlar. Nəhəng şirkətlər yaşaya bilmək və varlıq­la­rını davam etdirmək üçün bürokratiyanı parçalamaq məcbu­riy­yətindədirlər. Misal olaraq, Amerikanın nəhəng şirkəti olan Asea Brown Boveri özünü 1300 şirkətə və 5000 avto­nom müəssisəyə böldü. Digər tərəfdən, ABŞ-ın ixracatının 50%-i 19 ya da daha az işçisi olan şirkətlərin payına düşür. 500-dən çox işçisi olan şirkətlərin ixracatdakı payı isə 7%-dir.


Yüklə 223,9 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin