Ümumi rəqabət strategiyaları rəqabət üstünlüyü əldə etmənin alternativ yollarıdır. Bu strategiyalar, müəyyən şərtlər altında, davam etdirilə bilən rəqabət üstünlüyünə, buna görə də sektor ortalamasının üzərində performansa yol aça bilərlər. Bu nöqtədə qarşımıza əhəmiyyətli bir sual çıxır. Əgər bu strategiyalar şirkətin rəqabətçi mövqeyinə və performansına dəyişik şəkillərdə müsbət təsir göstərirsə, şirkət eyni zamanda birdən çox rəqabət strategiyası izləyərək, performansını daha da yaxşılaşdıra bilməz? Nəzəri olaraq suala verilən cavab ümumiyyətlə 'xeyr" dır. Çünki, bu strategiyalar fərqli ekoloji və təşkilatı şərtlər tələb etdiyi üçün bir-biriylə ziddiyyətlidir. Məsələn, bazarın geniş bir hissəsini hədəfləyən bir şirkətin müəyyən bazar hissələrində mütəxəssisləşmənin təmin edəcəyi üstünlüklərdən faydalanması çətindir. Ayrıca, məhsul fərqliləşdirmə ümumiyyətlə xərcləri artırıdığından, maya dəyəri liderliyi məhsul və ya xidmətin istehsalında standartlaşmağı tələb etdiyi üçün, ümumiyyətlə fərqliləşdirmədən güzəşt verərək rəqabət strategiyaları arasında seçim etməsini zəruri hala gətirir. Birdən çox strategiyanı eyni zamanda tətbiq edən, lakin bunların tətbiqində müvəffəqiyyətli olamayan şirkətlər ortada qalacaqlar.
Ortada qalma, şirkəti necə rəqabət edəcəyi haqqında qeyri-müəyyənliyə və strategiya seçimində qərarsızlığa yol aça bilər. Belə bir şirkət müxtəlif alternativlər arasında tərəddüd edib dayanar, ancaq heç birisini bacara bilməz. Çünki, fərqli strategiyalar fərqli şirkət fəaliyyətlərini tələb edir Ayrıca, böyümə məqsədiylə ümumi bir strategiyadan imtina istəyi də, ortada qalmağa yol aça bilər Bu təhlükə xüsusilə mərkəzləşmə strategiyasını izləyən şirkətlər üçün daha böyükdür. Mərkəzləşmə strategiyası potensial satış həcmini məhdudlaşdırmağı tələb edir. Ancaq, hədəf bazarda müvəffəqiyyətli olmuş fokuslama strategiyasını tədbiq edən şirkətlər ümumi strategiyalardan imtina etmək yerinə, qaynaqlarını digər əlaqədar sektorlarda istifadə etmə imkanlarını araşdıra bilərlər.
Fərqliləşdirmənin ümumiyyətlə xərcləri yüksəltdiyi, maya dəyərinin aşağı salınması da ümumiyyətlə fərqliləşdirmədən güzəşt verməyi tələb etdiyi qəbul edilə bilər. Ancaq, bir şirkətin rəqabət üstünlüyü qazanması üçün, sektorda ən yüksək faydanı yaradan və ya maya dəyəri lideri olması şərt deyil. Buradakı əhəmiyyətli olan, şirkətin rəqiblərinə görə yaratdığı dəyərin böyüklüyüdür. Daha əvvəl də ifadə edildiyi kimi, məhsul fərqliləşdirmə strategiyasını izləyən şirkətlərin sektordakı xərc standartlarını, maya dəyəri liderliyi strategiyasını izləyən şirkətlərin də sektordakı fərqliləşdirmə standartlarını bir dərəcəyə qədər tutması lazımdır. Buna görə də, bir şirkət eyni zamanda həm faydaya həm də xərcə söykənən üstünlükləri əldə etməyə çalışa bilər. Bunu bacarması ilə performansının daha da yaxşı olmasını təmin edə bilər. Çünki, aşağı xərclər və yüksək qiymətlər qazancı artıracaq. Digər tərəfdən, şirkətin hər iki strategiyanı da eyni anda bacarması aşağıdakı şərtlərdən ən az birinin varlığını tələb edir:
Rəqiblər ortada qalıb,
Maya dəyəri əsasən bazar payı tərəfindən müəyyənləşir,
Şirkət çox əhəmiyyətli bir yeniliyə liderlik edir.
Bir şirkətin hər iki strategiyanı da eyni zamanda tətbiq edə bilməsi üçün fərqliləşdirmədən güzəşt etməyi tələb etməyən bütün xərc azaltma fürsətlərini və xərci artırmayan fərqliləşdirmə fürsətlərini diqqətlə izləməsi lazımdır. Şirkət, bu iki strategiyadan birini qərarlı bir şəkildə tətbiq edən güclü bir rəqiblə qarşılaşdığı zaman seçim etmək məcburiyyətində qala bilər.
Dostları ilə paylaş: |