ŞİRKƏTLƏr arasi rəqabəT


BİRİNCİ BÖLÜM RƏQABƏTƏ ÜMUMİ BAXIŞ: NƏZƏRİ TƏHLİL



Yüklə 223,9 Kb.
səhifə3/91
tarix01.01.2022
ölçüsü223,9 Kb.
#107112
1   2   3   4   5   6   7   8   9   ...   91
Rəqabət Kitabı (1)

BİRİNCİ BÖLÜM


RƏQABƏTƏ ÜMUMİ BAXIŞ: NƏZƏRİ TƏHLİL

Bu hissə əsasən rəqabət və strategiya anlayışlarının iza­hına və rəqabətin nəzəri təhlilinə həsr olunmuşdur. Bu his­sədə rəqabətin göstəriciləri, strukturca təyin edicilər, rəqa­bətçi üstünlük və davam etdirilə bilən rəqabət anlayışları açıq­lanaraq, ümumi rəqabət strategiyalarına toxunulub.



Rəqabət və İnkişafı

Rəqabət tez-tez istifadə edilən, ancaq tərifi üzərində tam bir razılaşma olmayan, fərqli mühitlərdə fərqli mənaların yükləndiyi bir anlayışdır. Rəqabətin təyin olunmasında və ölçülməsindəki əhəmiyyətli bir çətinlik rəqabətin ölkə, bölgə və ya bloklar arasında olduğu kimi, şirkətlər arasında da ifadə edilməsidir. Rəqabət, ümumi mənada, həyatın hər sahəsində müəyyən bir məqsədə çatmaq üçün yarışmağı ifadə edir.

Rəqabətin əsas elementi, insan şüuru və yüksəlmə istəyi ilə qaynaşmasıdır. Rəqabətin məqsədi, daha çox güc və qazanc əldə etməkdir. Buna görə rəqabətin ən çox tətbiq sahəsi iqtisadi sahələrdir.

Mikro iqtisad baxımından, rəqabət birbaşa və ya bila­vasitə bazarlara məhsul və ya xidmət təqdim edən şirkətlərin fəaliyyətlərinin bir bütünü olaraq təyin olunur. Ancaq rəqa­bətin işləməsi üçün məqsədini məhdudlaşdıran və ya maneə törədən bir amilin olmaması əsas şərtdir. Sərbəst rəqabət, hər zaman sərbəst bazarın mövcud olmasına bağlıdır. Çünki sərbəst bazar iqtisadiyyatı rəqabətin əsasını meydana gətirir.

Yarım əsirlik zaman içərisində idarəetmə mövzularında xüsusi yer tutan rəqabət məfhumu, əslində iş dünyasının tarixi qədər köhnədir. İdarəetmədə özünə xas yer əldə etmiş rəqabətin inkişaf prosesi belə yekunlaşdırıla bilər:


  • 1960-cı illərə qədər ən əhəmiyyətli məsələ, məhsul­dar­lığı artırmaq və daha çox mal və ya xidmət istehsal etmək şirkətlərə rəqabət gücü verirdi. Çünki bu dövr­də istehsal olunan hər mal və ya xidmətin satılması əsas fərziyyə kimi qəbul olunurdu. Buna görə rəqabət bu dövrdə istehsal mərkəzliydi.

  • 1970-ci illlər təklifin tələbdən çox olması ilə əlaqədar beynəlxalq ticarətin ilk addımları atılmağa başlandı. Bu dövrdə maya dəyəri və qiymət anlayışları ön plana çıxdı və qiymət üzərində ciddi bir rəqabət başlandı.

  • 1980-ci illərdə isə Ümumi Keyfiyyətin İdarə Olun­ması (TCM) fəlsəfəsinin ortaya çıxmasıyla keyfiyyət an­layışı ön plana çıxmış və qiymətin yanında keyfiy­yət də rəqabət amili olmuşdur.

  • 1990-cı illərədə sürət və qıvraqlıq, rəqabət səylərində əhə­miyyətli anlayışlar halına gəldi və məhsul müx­təli­fliyi artdı.

  • 2000-ci illərdə isə yenilikçi və yaradıcı fəlsəfənin məh­sulu olan bənzərsiz və müştəriyə xüsusi məhsullar üzə­rində rəqabət başladı.


Yüklə 223,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin