ŞİRKƏTLƏr arasi rəqabəT


Rəqabət Strategiyalarını Anlamanın Vacibliyi



Yüklə 223,9 Kb.
səhifə46/91
tarix01.01.2022
ölçüsü223,9 Kb.
#107112
1   ...   42   43   44   45   46   47   48   49   ...   91
Rəqabət Kitabı (1)

Rəqabət Strategiyalarını Anlamanın Vacibliyi

Yaşanan dəyişmə sürəti qarşısında şirkətlərin rəqabət strategiyalarını yenidən nəzərdən keçirmələri və təkrar mey­da­na gətirmələri lazımdır. Rəqabət strategiyası, müştəri se­çimlərindəki dəyişmələri görə bilmək, iş vərdişlərindəki də­yiş­mələri müşahidə edə bilmək və müştəriyə rəqiblərin təq­dim edə bilməyəcəyi çox fərqli faydalar təqdim edə bil­mək­dir. İndiki vaxtda rəqabət üstünlüyü əldə etmənin ən tə­sirli yol­larından biri strategiya meydana gətirməkdir. Rəqabət strategiyası, şirkətləri rəqabətçi bir ətraf mühüt içərisində dü­şünməyə yönəldir. Strategiya, şirkətlərin rəqabətdə necə üs­tünlük əldə edəcəkləri və əldə edilən bu üstünlüyü necə qo­ruyacaqları ilə əlaqədardır. Buna görə də, strategiya-namə­lum, kompleks və qlobal bir mühitdə uğurun açarıdır. Bəzi şirkətlərin rəqabət güclərini əhəmiyyətli dərəcədə itirdikləri və uğursuzluklarının səbəbini strategiya inkişaf etdirmə işlə­rinin istənilən səviyyədə reallaşdırmamaları ilə açıqlamaq mümkündür.

Rəqabətdə qalıcılıq və davamlılıq rəqibdən daha yaxşı et­məyə deyil, daha fərqli edə bilməyə söykənir. Fərqli bir şir­kət olmaq üçün, fərqli görünmək və yeni tərzdə iş zəruriliyi tələb edir. İstiqamət təyin etmə, seçki etmə, fərq yaratma isə strategiyanın özündə var. Rəqabətdə qalıcı üstünlük ancaq şirkət strategiyasının yenidən yaradılması ilə mümkündür. Na­məlum, kompleks,qlobal bazarlarda fəaliyyət göstərən şir-kətlərin rəqabət edə bilmələri böyük ölçüdə strategiyanın yenidən qurulmasına asılı olacaq.

Rəqabət strategiyası, sektoru, müştəriləri, rəqibləri və əsas meylləri anlamada və ətraf mühütdəki fürsətlərdən isti­fadə etmək üçün təşkilatın qabiliyyətlərinin uyğun hala gəti­rilərək uğurlu bir şirkət mühütini meydana gətirmədə əhəmiy­yətli rol oynayır. Buradakı ana vurğu sistematik uzaqgö­rən­lik, məlumat toplama və planlama prossesləri üzərinədir.

Rəqabətə söykənən iqtisadi bir mühitdə strategiya yeni­liyi, irəliləməyi və şirkətlərin davamlı olaraq ətrafa uyğunlaş­masını və ya ətraf mühit ilə qarşılıqlı uyğunlaşma içində ol­ması­nı təmin edərək, meydana gələn dəyişiklikləri idarə al­tına alan idarəetmə vasitəsidir. Strategiya fəaliyyət üçün müəy­­­yən nisbətdə qaynaqların əl altında saxlanılması, ətraf­dakı dəyişiklilər qarşısında bu qaynaqlara baxılaraq qərarlar verilməsi lazımdır. Alınacaq olan bu qərarlar, şirkətlərin məlumat və iradəyə söykənən dinamik və qabaqcıl bir üsulun içəridə alınmasını, gələcəyin uzun vədəli dəyişmələrini nəzər­də tutaraq sistematik bir şəkildə təşkil edilməsini təmin edə­cək. Beləcə şirkətlərin həyatında qədərə və ya bəxt amilinə buraxılan nöqtələr azaldılmış və ya idarə altına alınmış ola­caq .

Şirkətlərin davam etdirilə bilər rəqabətçi üstünlükləri, bazarın quruluşunu dəyişdirəcək strategiyalar yaratmasına və bazar quruluşunu bir zaman sonra yenidən dəyişdirənə qədər müəyyən bir mövqe əldə etmələri ilə təmin edilə bilər. Bu strategiyaların məzmunu müştəriyə yaratdığı dəyərlə təchiz edildiyi zaman şirkətə davam etdirilə bilər rəqabətçi üstünlük təmin edəcək.




Yüklə 223,9 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin