ŞİRKƏTLƏr arasi rəqabəT


Haqsız Rəqabət Haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 223,9 Kb.
səhifə70/91
tarix01.01.2022
ölçüsü223,9 Kb.
#107112
1   ...   66   67   68   69   70   71   72   73   ...   91
Rəqabət Kitabı (1)

Haqsız Rəqabət Haqqında Azərbaycan Respublikasının Qanunu

№ 1049. 2 iyun 1995-ci il.


Bu Qanunun haqsız rəqabətin qarşısının alınmasının və ara­dan qaldırılmasının təşkilati-hüquqi əsaslarını müəyyən edir, sahibkarlıq fəaliyyətinin ədalətli üsullarla aparılmasına hü­quqi zəmin yaradır, bazar subyektlərinin haqsız rəqabət me­tod­larından istifadəyə görə məs`uliyyətini nəzərdə tutur.

Qanun Azərbaycan Respublikasının ərazisində fəaliyyət gös­tərən bütün bazar subyektlərinə şamil edilir.



I fəsil. Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

Bu Qanunun un məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:



rəqabət — bazar subyektləri arasında sahibkarlıq fəaliy­yətinin ən əlverişli şərtləri uğrunda mübarizənin elə forma­sı­dır ki, bu zaman onların müstəqil fəaliyyəti hər birinin bazar­da əmtəə (məhsul, iş, xidmət) dövriyyəsinin ümumi vəziy­yətinə tə`sir etmək imkanını əsaslı surətdə məhdudlaşdırır və istehlakçıya lazım olan əmtəələrin istehsalını stimullaşdırır;

haqsız rəqabət — bazar subyektinin sahibkarlıq fəaliy­yə­tində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üs­tünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar sub­yekt­lərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətləri;


Yüklə 223,9 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin