Strategiya və Üsul: Üsul istifadə xüsusiyyəti baxımından siyasətə bənziyir, siyasət və strategiya geniş bir sahəni ya da əsas bir problemi ələ alır. Üsul əsasəsn siyasətin və ya strategiyanın tədbiq forması ilə əlaqədardır. Buna görə strategiya və siyasət əhatə baxımından üsuldan daha genişdir. Hər üç anlayışın müştərək istiqamətləri davamlı və uzun müddətli olmalarıdır. Üsul ilə proqramın bir-birlərinə bənzər cəhətləri, tətbiqə daha yaxın olmalarıdır. Əhəmiyyətli cəhətlərdən biri də üsulun xüsusilə strategiyaya nəzərən standartlaşdırma xüsusiyyətinin olmasıdır.
Strategiya və Plan:Bir-birinə yaxın iki anlayışdan biridə strategiya və plandır. Strategiya uzun müddətli və məqsədlərlə əlaqədardır. Plan isə məqsədlərə çatmaq üçün vasitələr və yolların müəyyənləşdirilməsi və nəyin necə ediləcəyinin qərarlaşdırılmasıdır. Plan ümumi olaraq strategiya, siyasət, üsul və proqram olaraq izah edilən bütün anlayışları əhatə edir. Çünki plan şirkətin ətraf mühütüylə əlaqəsini və inkişaf istiqaməti ilə əlaqədardır. Bu cəhəti, plan ilə strategiyanı bir-birinə yaxınlaşdırır. Plan rəqəmlərlə ifadə olunmuş məqsədlərin müəyyənləşdirilməsidir. Planda da strategiyada olduğu kimi bir risk və naməlumluq dərəcəsi mövcuddur