ŞİRVAN ŞƏHƏR MƏRKƏZLƏŞDİRİlMİŞ KİTABXANA SİSTEMİ
Qara yanvar, qırmızı qərənfillər.
/metodiki vəsait/
ŞİRVAN-2018
Qara yanvar, qırmızı qərənfillər.
Qatil gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üç rəngli bayrağı öz qanlarıyla
Vətən göylərinə çəkdi şəhidlər.
( B.Vahabzadə )
Bakı 1990 –ci il... yanvarın 19 -20- nə keçən gecə görən tarixin hansı gününə düşür bu ağrı? O hansı gündür ki, ömür – ömür bizimlə birgə duracaq, qaldıqca qalacaq, təqvimin ən ağır vərəqinə yazılacaq...
Həmin gecə saat 12-də silahlarla silahlanmış ordu Bakıya daxil olub, yalın əllə torpağını müdafiə edən oğullarımızı,qızlarımızı qana boyadı.Yüz əlli ilə yaxın bir müd- dətdə torpağımızdan sovurub apardığı qızıl neftlə qızıl qanımızı da tökdürlər. Nə idi çiçəyi burnunda ölən yeniyetmələrimizin,qız- gəlinlərimizin günahı, o qanlı şənbə ağ saçlı Azərbaycan xalqı min illik qəhrəmanlıq tarixini dünyaya yenidən göstərdi. O, öz varlığını bir daha sübut etdi. O, sübut etdi ki, bu xalq azadlığı yolunda ölümə də hazırdı. Ölümə hazır olmayan millət isə azadlığını qzana bilməz. Yalın əllə özünü tankın üstünə atan cavanlarımız sübut etdilər ki, bu millət üçün azadlıq zəruriyyət səviyyəsinə yüksəl-mişdir.
Analar deyir ağı,
Bizə kim qıydı axı.
Gör neçə dağ çəkildi ,
Xalqa şəhidlər dağı.
Şəhidlər dağı... Bu gün bu dağdan yalnız Bakı və Xəzər deyil, bütün Azərbaycan görünür- o tayı, bu tayı. Bu gün bura Azərbaycanın ən yüksək dağı, ən uca zirvəsidir. Bu dağın zirvəsindən keçmişimizi də görürük.gələcəyimizi də .
Tariximizin rəmzidir şəhidlər dağı- min bir əziyyətli məşəqqətli,keşməkeşli tariximizin, iqidliyin,qeyrətin,qürurun rəmzidir şəhidlər dağı.
“Şəhidlər xiyabanı” bizim xalqın and yeri, şənbə gecəsi isə qatillərimizə nifrət gecəsi kimi yaddaşlara həkk olunacaq.
Ən böyük qırğın Bakının girəcəyində, xı qızıl orduya ucaldılmış abidənin ətrafında olmuşdur.Xalq abidənin başına qara bayraq sancıb,ətrafında isə hər gün təzə qərənfillər düzürdü.Bununla ürəyindəki nifrət alovunu söndürdü.1920 –ci ilin 28 aprelində Azərbaycanı işğal edən ordu 1990 – ci ilin 20 yanvarında yenidən gəldi və adına ucaldıl- mış abidənin önündə yenidən xalqımızın qanını tökdü. Beləliklə də adına layik iş görüb öz işğalçı adını bir daha doğrultdu. O qanlı şənbə gecəsi qəlbimizə elə dağ çəkdilər ki, bu dağın sızıltısı hələ bundan sonra yüz illər davam edəcək və çəkdiyimiz bütün əzab və əziyyəti bizə həmişə xatirladacaq. Təqvimlərimizdə 20 yanvar qara həriflərlə yazıla – caq və gələcək nəsillər bu rəqəmi tarix kimi yadda saxlayıb tarix boyu qatillərimizə lənət oxuyacaqlar.
1990 – ci il yanvarın 19-dan 20 –nə keçən gecə Bakımızın neçə min illik yaşında ən uzun, ən müdhiş, ən faciəli gecə idi. O, gecə yüzlərlə analarımız oğulsuz ,gəlinlərimiz ərsiz qaldı. Bizim dərdimiz elin, torpağın, xalqın dərdirdi. Gül- çiçək dənizində itibbitmiş Şəhidlər xiyabanına baş çəkənlər bunu hər gün, hər saat hiss eləyirlər. Şəhidlər xiyaba- nı şəhərin ən uca yerindədir, elə də olmalı idi – bu ucalığı şəhidlərimiz ideyalarımız yolunda qurban verməklə, şərəfli bir ölümlə qazanıblar. xx əsrdə totalitarizmin törətdiyi ən qanil terror aktları sırasında 20 yanvar cinayəti də var. Bu, bəşəriyyat və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhəliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949- ilin Genevrə Konvensiyasının, Beynəlxalq İnsan haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. Bu məqamlar 20 yanvar hadisələri ilə bağlı aparılmış ən səthi tədqiqatlarda də təsdiqlənir.
O gün Moskvada matəm saxlayan Heydər Əliyevin etiraz səsi bütün dünyaya yayılmış- dı.20 yanvar günü heç kəs başını aşağı əymədi.”Azadlıq!”sədası göylərə qalxdı. Biz o azadlığı qanımız bahasına əldə etdik. İndi nəyin bahasına olursa- olsun biz hamımız azadlığımızı qorumalıyıq. Budur bizim şəhidlər qarşısında müqəddəs burcumuz .Xalqımızım ümumilli Lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 1994 – cü ildə 20 yanvar hadisəlrinə siyasi – huquqi qiymət verilmiş və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırılmışdı. 20 yanvar Umumxalq Hüzn Günü elan edilmişdir.
Hər il yanvar ayının 20 – də minlərlə insan vətənin azadlığı uğrunda canlarından keç- miş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziya- rət edirlər. Nəsillər dəyişəcək, lakin vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşaya –
caqdır.
Görkəmli şəxslər 20 yanvar haqqında
1.Bizim xalqımız o günü heç vaxt unutmayacaqdır. Çünki o ayrı –ayrı insanlara edilən qəst, təcavüz deyildi, bu bütün Azərbaycan xalqına, Azərbaycan millətinə, Azərbaycan ölkəsinə edilən təcavüz idi. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır”. Heydər Əliyev
Ümummilli Lider.
2. Bizim vəzifəmiz həmin günü sadəcə qeyd etməklə , şəhidlərin məzarını ziyarət etməklə ,başqa tədbirlər kecirməklə kifayətlənmək deyil.Biz bu günlər o faciənin yaranma səbəblərini, Azərbaycan xalqına nə qədər zərbə vurduğunu bütün vasirələrlə açmaqdır.
Heydər Əliyev
Ümummilli lider
3.XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət ,əslində ,bəşəriyyətə,humanizmə, insanlığa qarşı həyata kecirilmiş dəhşətli bir əməldir. Həmin cinayəti törədənlər indiyə - dək öz cəzalarını almamışlar.Xalqımımız əmindir ki, müqəssirlər tarix,bəşiriyyət, eləcə də Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar.
Heydər Əliyev
Ümummilli Lider.
4.20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcəvüzünə məruz qalmış Azər-
baycan xalq öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq - ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları Qanlı Yanvarda xalqımızın qəhtəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti.
5.Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq və gələcəkdə də hər il bu uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünki müstəqil, qüdrətli, Azərbaycan xalqımızın ən böyük sərvətidir . Şəhidlərimizin,canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti.
20 yanvar faciəsinin kitabxanalarda təbliği
20 yanvar – Ümumxalq Hüzn Gününü kitabxanalarımız geniş miqyasda qeyd edirlər. Bu il 20 yanvar faciəsinin 28 ili tamam olur. Bununla əlaqədar olaraq 20 yanvar faciə- sinin həqiqətlərinin təbliğ edilməsi istiqamətində kitabxanalar da müəyyən işlər görməlidirlər. Faciə ilə əlaqədar bütün kitabxanalarda faciəni özündə əks etdirən sərgilər,foto – güşələr düzəldilməlidir.”Qan yaddaşımızda yaşayan müsbətlərimiz”, “Qürur və hüzn günü,””Urəklərin yarası – qara yanvar”,”Şəhidlər xiyabanı əbədi ünvandır”,”Ölümləri ilə azadlığa yol açanlar”,Qara yanvar, Qırmızı qərənfillər,”Qəh-
rəmanlıq tariximizin 20 yanvar zirvəsi”və s. başlıqlı tədbirlər keçirmək olar.
Tədbirlərin keçirilməsi üçün aşağıdakı ədəbiyyatlardan istifadə etmək olar.
1.Əbdülsəlimzadə, Q.20 yaşlı 20 yanvar / Q.Əbdülsəlimzadə.- Bakı:Şirvannəşr, 2010.-391 s.
2.Şıxlar, N. Dünyamızın 20 yanvar faciəsi / N.Şıxlar. red R. Əsgər. – Bakı:Müəllim,2010. -92 s.
3.Məhərrəmov .V. Qanlı gecə, qanlı tarix / V.Məhərrəmov.Bakı: Hərbi Nəşriyyat,2011.-95 s
4. Şəhidlər: Biblioqrafiya M,Faxundov adına Azərbaycan Respublikasının mədəniyyət və Turizm Nazirliyi,tərt.ed. M.Məmmədova, A.Əliyeva; ixtisas red. və burax.məsul.K.Ta-hirov.- Bakı: 2010.-397 s.
5.Abbasov.İ. 20 yanvar –Qəhrəmanlıq salnaməsi / Abbasov // iki sahil. 2014.- 15 yanvar.s15.
6. 20 yanvar -əsarətin son gecəsi // Şərq – 2014 – 18 yanvar.- s.7.
7.Nəsirov E.-20 yanvar faciəsi – Sovet imperiyasının sonunun başlanğıcı. / E.Nəsirov // Xalq – 2015. – 20 yanvar.s.2.
8.Əmircanov P. Qanlı Yanvar günlərində Bakıda böyük qırğın törətdiyini”SOS”siqnalı ilə dünyaya çatdıranlar./ P.Əmirsalanov // Xalq. – 2015.- 20 yanvar .S. 3.
9.Əhmədqızı M.- 20 yanvar faciəsi Qəhrəmanlıq salnaməsidir . / M.Əhmədzadə // işıq 2015. – 17 yanvar .s-2.
10. Salman, Rəhman”Tarixin qan yaddaşı”/ Rəhman Salmanlı // Azərbaycan – 2016. Yanvar – s.5.
11.Bədəlov. Ə”20 yanvar – Azərbaycan tarixinin səlnaməsi” / Əliqismət Bədəlov // Xalq – 2016. – 13 yanvar – s.4.
12. Feziyev.C. 20 yanvar əsarətin son gecəsi / Cavanşir Feziyev // iki sahil.- 2016.19 yanvar. – s.21.
13. 20 Yanvar faciəsi: xalq hərəkatına və müstəqil dövlətin yaranmasına // Respublika. – 2017. – 19 yanvar. –s 8.
14.Salmanlı,R. Xalqımızın Qəhrəmanlıq tarixi /Rəhman Salmanlı // Azərbaycan. – 2017.- 17 yanvar. – s.5.
Tərtib etdə metodist Heydərov.T.
Dostları ilə paylaş: |