Şirvani Ədilli Ağa Məhəmməd şah Qacar bədii əsərlərdə


Aqil Abbasın “Batmanqılınc” romanında (1983)



Yüklə 70,26 Kb.
səhifə5/9
tarix10.01.2022
ölçüsü70,26 Kb.
#110236
növüYazı
1   2   3   4   5   6   7   8   9
Aqil Abbasın “Batmanqılınc” romanında (1983) hadisələr Nadir şahın hakimiyyəti dövründən Ağa Məhəmməd şahın qətlinə qədərki zaman kəsiyində cərəyan edir. Əsərdə döyüş səhnələrinin təfərrüatlı təsvirləri xüsusi yer tutur və bu cəhətdən eyni dövrə aid olan digər bədii əsərlərdən seçilir. Burada hadisələrin əsas mərkəzi Qarabağ olsa da, Ağa Məhəmməd şah Qacarın mübarizə yolu və şəxsiyyəti haqqında da xeyli məlumat verilir. Müəllif əsərdə Ağa Məhəmməd şah Qacarın Azərbaycan türkü olduğunu, qoşununun Azərbaycan-türk qoşunu, qurduğu dövlətin də Azərbaycan-türk dövləti olduğunu dəfələrlə vurğulayır. Məsələn, onun siyasi mübarizəsinin tarixi mahiyyəti belə açıqlanır (1, s. 68):

Kərim xanın ölümündən sonra ...hadisələrin necə şəkil alacağı çox qaranlıq idi. ...Məhəmmədhəsən xanın oğlu Ağa Məhəmməd ...Azərbaycan tayfalarının içində qoşun toplamaqla məşğuldu. Kərim xanın oğlu (əslində qardaşı nəvəsi – Ş.Ə.) Lütfəli xan Zənd də ...şahlıq eşqiylə fars torpaqlarında özünə tərəfdar axtarırdı. Fars tayfaları da onu hakimiyyətə gətirmək üçün hər şeydən keçməyə hazır idi. İran tarixi yaranandan bu günədək neçə yüz illər idi şahlıq taxtı-tacında azərbaycanlılar oturmuş, bütün yüksək vəzifələr də azərbaycanlıların əlində olmuşdu. Kərim xanın hakimiyyətə gəlməsi ilə necə deyərlər, farsların ulduzu parlamışdı və indi hakimiyyəti asanlıqla əldən vermək istəmirdilər”

Romanın başqa bir yerində müəllif həmin fikirlərini daha da konkretləşdirərək Ağa Məhəmməd xanın Zəndlərlə mübarizəsini iki böyük millətin mübarizəsi kimi qiymətləndirir (1, s. 78-79):

...dağılmış imperiyanı yenidən bərpa edəcək bir kimsə hələ ki, meydanda yox idi. Lakin tarixi şərait belə bir şəxsiyyəti yetişdirməkdə idi. ...Kərim xanın qəfil ölümü həmin şəxsin qılıncını sıyırıb meydana atılmasına bir təkan oldu. ...Taxt-tac uğrunda yenidən şiddətlənən qanlı davalar artıq sülalələr arasında deyil, iki böyük millətin – azərbaycanlılarla farsların arasında gedirdi. Fars tayfalarının başında Kərim xanın oğlu... Lütfəli xan dururdu. ...azərbaycanlılar isə Qacarın qızılbaş bayrağı altında hərəkət edirdilər... Kərim xanın yanında neçə illər ömrünü kitablara bağlayaraq hər bir sirrə dərindən yiyələnən Qacar tez bir zamanda güclü və nizami qoşun yarada bilmişdi”.

Bütün bu fikirlərin məntiqi davamı kimi yazıçı əsərdə Qacar qoşunu ilə Qarabağ xanlığı qoşunu arasında olan döyüşlərin eyni millətin və eyni yurdun övladları arasında getdiyini dönə-dönə və təəssüflə vurğulayır. Məsələn (1, s. 7 və s.143):

Bir göyün altında, bir adada yaşayıb, bir anadan doğulanlar, bir kişinin belindən gələnlər idi bu qırıb-qırılanlar. Qardaş qardaşı qılınclayırdı, qardaş qardaş balasını nizəyə keçirirdi, doğulduğu obaya od vururdu”.

Digər yerdə (1, s. 114):

...qana susamış qılınclar qınından sıyrılmışdı... Bir himə bənd idi ki, eyni yurdun bu qanlı igidləri bir-birlərini ac qurd kimi parçalasın... cəmi düşmənləri xoşbəxt eləsin”.

Yenə də bu fikirlərin məntiqi davamı kimi müəllif Azərbaycan xanlarının apardığı siyasəti tarixi məntiqlə bu cür qınayır (1, s.87):

İndi Azərbaycan xanları qılınclarını birləşdirmək və boş qalmış İran taxt-tacına yiyələnmək (məhz bunun üçün, “düşmənə qarşı mübarızə aparmaq üçün” yox – Ş.Ə.), vahid bir dövlət yaratmaq haqqında deyil bir-birilərinin torpaqlarını ələ keçirmək barədə düşünürdülər”.



Burada müəllif incə bir məqama toxunub. Xanların biri-biri ilə düşmən olması sovet tarixşünaslığında da pislənir, amma başqa tərəfdən. Belə ki, onlar birləşib işğalçıya – İran şahı Qacara (halbuki Qacar düşmən deyildi, onlardan biri idi) qarşı mübarizə aparmamaqda ittiham edilir. Burada isə müəllif Azərbaycan xanlarını İran taxt-tacının özünü ələ keçirmək iddiasında olmamaqda ittiham edir. Yəni xanların başqalarının ərazisini işğal etməsinə o vaxt bəraət qazandırmaq olar ki, onlar bunu şahlığı ələ keçirmək, dağılmış imperiyanı bərpa etmək məqsədi ilə etsinlər, əks halda bu vahid dövlətçiliyimizə qarşıdır. Yəni gücün varsa, onu ara müharibələrinə sərf etmə, imperiyanı bərpa et, şahlığı ələ keçir, özün şah ol. Buna gücün yoxdursa ölkəni birləşdirmiş şaha itaət etməlisən. Bu mövqeyi ilə müəllif Azərbaycan dövlətçiliyinin xanlıq səviyyəsinə endirilməsinə qarşı çıxmış olur və Azərbaycan xalqının imperiyalar qurmuş və məhz imperiyaya layiq bir xalq olduğunu bildirir. Bu yeni tarixi-konseptual baxışları ilə A.Abbas əsərin yazıldığı dövrü, o dövrün tarixşünas­lığını çox-çox qabaqlamışdır və roman bu cəhəti ilə hər cür tərifə layidir!

Əsərdə Ağa Məhəmməd şah həmçinin bacarıqlı sərkərdə və dövlət başçısı, ağıllı, müdrik, ədalətli, mərd, sözü bütöv, könüllü itaət edən əhaliyə toxunmayan, namus məsələsində biqeyrətlik etməyən bir hökmdar və şəxsiyyət kimi təqdim olunur.

Onun dövlət quruculuğu siyasəti əsərdə aşağıdakı kimi təsvir olunur (1, s. 81):

Qacar qarşısına qoyduğu böyük amala çatmaq üçün bir neçə vacib məsələni təxirə salmadan həyata keçirməyi lazım bilirdi.



Birincisi, bütün xalqları və məşhur nəsilləri tamamilə öz iradəsinə tabe etmək və ölkəyə Qacar hökmranlığının sonsuz olduğunu bildirmək. Qacar gözəl başa düşürdü ki, ...çoxu məcburiyyət üzündən onun şahlığını qəbul ediblər, ...yenidən onun düşməninə çevrilə bilərlər.


Yüklə 70,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin