Şirvani Ədilli
ƏRUZ VƏZNİNİN SADƏLƏŞDİRİLMİŞ QƏLİBLƏRİ
“Türküstan” kitabxanası
Redaktor:
Fil. el. d., prof. Nəsir Əhmədli
Ədilli Şirvani
Əruz vəzninin sadələşdirilmiş qəlibləri. Bakı, “Adiloğlu”-2011, 50 səh.
Kitabda əruz vəzninin yaranması, xüsusiyyətləri, türkcə-mizə və folklorumuza uyğunluq məsələlərinə toxunulmuş, bu vəznin daha asan öyrənilməsi üçün Azərbaycan şeirində işlənən əruz bəhrlərinin sadələşdirilmiş qəlibləri tərtib edilmişdir. Kitab şeir vəznləri ilə maraqlanan, o cümlədən əruz vəznini öyrənmək istəyən şəxslər üçün nəzərdə tutulmuşdur.
“BAKI – “ADİLOĞLU” – 2011
Əruz vəzni bizə yaddırmı?
Ədəbiyyatşünaslığımızda zaman-zaman əruz vəzninə yanlış baxış formalaşmışdır. Belə ki, əruz vəzni dilimizə və folklorumuza tamamı ilə yad bir ünsür kimi qəbul olunmuşdur. Düzdür, əruz vəznli klassik Azərbaycan şeirində dilimizin qanunlarına zidd meyllər (saitlərin süni surətdə uzadılması və əcnəbi sözlərdən həddən çox istifadə) mövcud olmuşdur, lakin, bu əruzun zəruri tələbindən daha çox bir ənənə olmuşdur.
Dostları ilə paylaş: |